Kənd təsərrüfatında özəl təsərrüfatların formalaşmasına yardım üzrə dövlət komissiyası haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

 

Kənd təsərrufatında aparılan işlərin daha da dərinləşdirilməsini və sahibkarlığın inkişafının hərtərəfli dəstəklənməsini, habelə Azərbaycan Respublikası ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında imzalanmış "İnkişaf üçün kredit haqqında sazişin (kənd təsərrüfatının inkişafı və kreditləşdirilməsi layihəsi)" icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası prezidentinin 1996-cı il 19 sentyabr tarixli 495 nömrəli fərmanı ilə yaradılmış Kənd Təsərrüfatında Nümunəvi Özəl Təsərrüfatların Formalaşmasına Yardım üzrə Dövlət Komissiyası Kənd Təsərrüfatında Özəl Təsərrüfatların Formalaşmasına Yardım üzrə Dövlət Komissiyası adlandırılsın.

Həmin fərmana müvafiq olaraq yaradılmış özəl kənd təsərrüfatı müəssisələrinin yaradılması layihəsinin tətbiqi üzrə mərkəzi işçi orqan Kənd Təsərrüfatında Özəl Bölmənin İnkişafına Yardım Agentliyi Adlandırılsın.

2. Kənd Təsərrüfatında Özəl Təsərrüfatların Formalaşmasına Yardım üzrə Dövlət Komissiyasının yeni tərkibi aşağıdakı kimi müəyyənləşdirilsin:

 

 

 

Dövlət komissiyasının sədri

 

Abbas Abbasov              - Azərbaycan Respublikası baş nazirinin birinci müavini

 

Dövlət komissiyasının üzvləri:

 

Məmməd Abbasov         - Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti sədrinin birinci müavini

 

Yusif Hümbətov              - Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri

 

Namiq Nəsrullayev       - Azərbaycan Respublikasının iqtisadiyyat naziri

 

Əvəz Ələkbərov                         - Azərbaycan Respublikasının maliyyə naziri

 

İrşad Əliyev                    - Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri

 

Qərib Məmmədov          - Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinin sədri

 

Akif Rəfiyev                   - Azərbaycan Respublikası ədliyyə nazirinin müavini

 

Əhməd Əhmədzadə       - Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi sədrinin səlahiyyətlərini icra edən

 

Vaqif Hüseynov              - Kənd Təsərrüfatında Özəl Bölmənin İnkişafına Yardım Agentliyinin rəhbəri

 

 

Əli Məmmədov               - Azərbaycan Respublikası Nazirlər Kabineti İşlər İdarəsinin aqrar-sənaye şöbəsi müdirinin birinci müavini

 

 

Fərrux Abbasov              - Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun direktoru

 

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etsin.

4. Bu fərman imzalandığı gündən qüvvəyə minir.

 

 

 

Azərbaycan Respublikasının Prezidenti    Heydər Əlİyev

 

 

Bakı şəhəri, 7 fevral 2000-ci il

 

¹ 275

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu .- 2000.- 29 fevral, ¹ 2.- S.549;550.