V. M. Quliyevə fövqəladə və
səlahiyyətli səfir dərəcəsinin verilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
FƏRMANI
Azərbaycan Respublikasının Konstitusiyasının
109-cu maddəsinin 24-cü bəndinə uyğun olaraq qərara
alıram:
1. Azərbaycan Respublikasının xarici işlər
naziri Vilayət Muxtar oğlu Quliyevə fövqəladə və
səlahiyyətli səfir dərəcəsi verilsin.
2. Bu Fərman imzalandığı gündən
qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev
Bakı şəhəri, 8 fevral 2000-ci il
№ 276
Azərbaycan Respublikasının Qanunvericilik toplusu. -
2000.- 29 fevral, № 2.- S.550.