F. Ə. Məmmədovun
Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyinin
rəisi vəzifəsindən azad edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
FƏRMANI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara
alıram:
Fazil Əsəd oğlu Məmmədov Azərbaycan
Respublikası Baş Dövlət Vergi Müfəttişliyinin
rəisi vəzifəsindən azad edilsin.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev
Bakı şəhəri, 11 fevral 2000-ci il
№ 282
Azərbaycan Respublikasının Qanunvericilik toplusu. -
2000.- 29 fevral, № 2.- S.555.