Azərbaycan Dövlət
Teleqraf Agentliyinin (AzərTAc-ın) əməkdaşlarına
"Azərbaycan Respublikasının əməkdar mədəniyyət
işçisi" fəxri adının verilməsi
haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
FƏRMANI
Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın)
80 illiyi münasibətilə agentliyin aşağıdakı əməkdaşlarına
Azərbaycan mətbuatının inkişafındakı xidmətlərinə
görə "Azərbaycan Respublikasının əməkdar
mədəniyyət işçisi" fəxri adı
verilsin:
1. Aslanov Aslan Əhməd
oğlu - baş direktorun birinci müavini
2. Yusifov Sabir Nacı
oğlu - baş redaktorun müavini
3. Məmmədov
(Aydınoğlu) Oqtay Aydın oğlu - baş redaktor
4. Niftəliyev
Ağaqulu Məmmədqulu oğlu - müxbir
5. Cəfərli Elman
Hüseyn oğlu - baş redaktorun müavini
Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev
Bakı şəhəri, 29 fevral 2000-ci il
¹ 285
Azərbaycan Respublikasının Qanunvericilik toplusu. -
2000.- 29 fevral, ¹ 2.- S.556.