Azərbaycan
Respublikası Hökuməti ilə Avropa Komissiyası
arasında TACİS Proqramı çərçivəsində
1999-cu maliyyə ili üçün qrant ayrılması
haqqında Maliyyə Memorandumunun Azərbaycan
Respublikasının Hökuməti adından imzalamaq səlahiyyətinin
verilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
SƏRƏNCAMI
1. Azərbaycan Respublikası Hökuməti ilə
Avropa Komissiyası arasında TACİS Proqramı çərçivəsində
1999-cu maliyyə ili üçün qrant ayrılması
haqqında Maliyyə Memorandumunun Azərbaycan Respublikası
Hökuməti adından imzalanması səlahiyyəti Azərbaycan
Respublikası Baş nazirinin müavini Abid Qoca oğlu Şərifova
verilsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər
Nazirliyinə tapşırılsın ki, bu sərəncamın
1-ci bəndində göstərilən Maliyyə Memorandumunun
Azərbaycan Respublikası Hökuməti adından
imzalanması səlahiyyətinin Azərbaycan Respublikası
baş nazirinin müavini Abid Qoca oğlu Şərifova verilməsi
barədə Avropa Komissiyasına müvafiq bildiriş göndərsin.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev
Bakı şəhəri, 2 fevral 2000-ci il
№ 326
Azərbaycan Respublikasının Qanunvericilik toplusu. -
2000.- 29 fevral, № 2.- S.556;557.