Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə Rusiya Federasiyası Daxili İşlər Nazirliyi arasında "Sərhədyanı regionların daxili işlər orqanlarının əməkdaşlığı haqqında" Sazişi və "2000-ci il üçün qarşılıqlı əlaqədar haqqında" Protokolu imzalamaq səlahiyyətinin verilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

 

1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi ilə Rusiya Federasiyası Daxili İşlər Nazirliyi arasında "Sərhədyanı regionların daxili işlər orqanlarının əməkdaşlığı haqqında" Sazişi və "2000-ci il üçün qarşılıqlı əlaqədar haqqında" Protokolu imzalamaq səlahiyyəti Azərbaycan Respublikasının daxili işlər naziri Ramil İdris oğlu Usubova verilsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Sazişi və Protokolu imzalamaq səlahiyyətinin Azərbaycan Respublikasının daxili işlər naziri Ramil İdris oğlu Usubova verilməsi barədə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinə məlumat versin.

 

 

 

Azərbaycan Respublikasının Prezidenti    Heydər Əlİyev

 

 

Bakı şəhəri, 4 fevral 2000-ci il

 

№ 328

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu. - 2000.- 29 fevral, № 2.- S.564.