1. 1999-cu il
dekabrın 2-də Bakı şəhərində Azərbaycan
Respublikası ilə Bolqarıstan Respublikası arasında
imzalanmış aşağıdakı sənədlər təsdiq
edilsin:
1) Azərbaycan
Respublikası Hökuməti və Bolqarıstan Respublikası
Hökuməti arasında turizm sahəsində
əməkdaşlıq haqqında Saziş;
2) Azərbaycan
Respublikası Hökuməti və Bolqarıstan Respublikası
Hökuməti arasında standartlaşdırma, metrologiya
və sertifikatlaşdırma sahəsində
əməkdaşlıq haqqında Saziş;
3) Azərbaycan
Respublikası Dövlət Statistika Komitəsi ilə
Bolqarıstan Respublikası Milli Statistika İnstitutu
arasında statistika sahəsində əməkdaşlıq
haqqında Saziş.
2. Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, bu Sərəncamın 1-ci
bəndinin 1-ci və 2-ci yarımbəndlərində
göstərilən Sazişlərin həyata
keçirilməsini təmin etmək üçün
lazımi tədbirlər görsün.
3. Azərbaycan Respublikası
Dövlət Statistika Komitəsinə
tapşırılsın ki, bu Sərəncamın 1-ci
bəndinin 3-cü yarımbəndində göstərilən
Sazişin həyata keçirilməsini təmin etmək
üçün lazımi tədbirlər görsün.
4. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi bu
Sərəncamın 1-ci bəndində göstərilən
sənədlərin qüvvəyə minməsi
üçün zəruri olan dövlətdaxili
prosedurların yerinə yetirilməsi barədə
Bolqarıstan Respublikası Hökumətini xəbərdar
etsin.
Azərbaycan
Respublikası Hökuməti və Bolqarıstan Respublikası
Hökuməti arasında turizm sahəsində
əməkdaşlıq haqqında
Bundan sonra «Razılığa
Gələn Tərəflər» adlandırılacaq
Azərbaycan Respublikasının Hökuməti və
Bolqarıstan Respublikasının Hökuməti,
Azərbaycan
Respublikasının və Bolqarıstan Respublikasının
xalqları arasında qarşılıqlı anlaşma və
dostluq münasibətlərinin möhkəmləndirilməsi
üçün turizmin mühüm vasitə olduğunu
dərk edərək,
hər iki ölkənin tarixi
və mədəni irsi ilə, habelə təbii
sərvətləri ilə daha yaxşı tanış
olmağa köməklik edilməsini arzu edərək,
Birləşmiş
Millətlər Təşkilatının 1963-cü ilin
sentyabrında Romada keçirilmiş turizm və beynəlxalq
səyahətlər üzrə konfransının prinsip və
tapşırıqlarını rəhbər tutaraq, habelə
Ümumdünya Turizm Təşkilatının Statusuna
müvafiq olaraq,
aşağıdakılar
barədə razılığa gəldilər:
Maddə 1
Razılığa
Gələn Tərəflər bərabər hüquq və
qarşılıqlı fayda əsasında bu Sazişə,
hər iki dövlətin milli qanunvericiliyinə,
Razılığa Gələn Tərəflərin
qoşulduqları beynəlxalq sazişlərə müvafiq
olaraq, hər iki ölkə arasında turizm sahəsində
əməkdaşlığı
möhkəmləndirəcək və inkişaf
etdirəcəklər.
Maddə 2
Razılığa
Gələn Tərəflər, mülkiyyət formasından
asılı olmayaraq, Azərbaycan və Bolqarıstan turizm
cəmiyyətləri, assosiasiyaları və müəssisələri
arasında əməkdaşlığın yaradılması
və inkişaf etdirilməsində öz
dövlətlərinin turizm üzrə dövlət
orqanlarının fəaliyyətini
dəstəkləyəcəklər.
Maddə 3
Razılığa
Gələn Tərəflər, Razılığa
Gəlmiş Tərəflərin dövlətlərindən
birinin ərazisindən digərinin ərazisinə
turistlərin qrup halında və fərdi qaydada
səyahətlərinə köməklik edirlər.
Maddə 4
Razılığa
Gələn Tərəflər
ixtisaslaşdırılmış qrupların, o
cümlədən festival, sərgi, simpozium, konqreslərdə
iştirak etmək və müalicə olunmaq məqsədi
ilə mübadiləsini fəallaşdırırlar.
Maddə 5
Razılığa
Gələn Tərəflər öz dövlətlərinin
qanunvericiliklərinin tələblərinə müvafiq olaraq
turizm haqqında sorğu və reklam materialları, statistik
göstəricilər, turizm sahəsində
münasibətləri tənzimləyən normativ aktlar
haqqında və Razılığa Gələn
Tərəflərin dövlətlərinin ərazisinə
xarici vətəndaşların gəlməsinin şərtləri
barədə, hər iki dövlətin turist ehtiyatları
və turist bazarının vəziyyəti haqqında,
sərmayə qoyuluşu təklifləri ilə bağlı
və öz dövlətlərinin ərazisində turist
obyektlərinin özəlləşdirilməsində
iştirak etmə şərtləri haqqında məlumat
mübadiləsi edəcəklər.
Maddə 6
Razılığa
Gələn Tərəflərdən hər biri digər
Razılığa Gələn Tərəfə peşəkar
turizm kadrlarının hazırlanmasında, turizm sahəsində
ixtisaslaşan elmi işçilər və ekspertlər
mübadiləsində kömək göstərəcək
və Azərbaycan Respublikasının və Bolqarıstan
Respublikasının bu sahədə tədqiqat aparan
təşkilatlarının hərtərəfli
əlaqələrinə və birgə fəaliyyətinə
yardım edəcəkdir.
Maddə 7
İqtisadi, sənaye,
ticarət və texniki əməkdaşlıq üzrə
Azərbaycan—Bolqarıstan Müştərək
Hökumətlərarası Komissiyası
çərçivəsində turizm üzrə
işçi qrup yaradılır ki, bu da hazırkı
Saziş üzrə öhdəliklərin yerinə
yetirilməsini müşahidə və analiz edəcək,
habelə turizm sahəsində qarşılıqlı maraq
kəsb edən digər məsələləri
müzakirə edəcəkdir.
Maddə 8
Razılığa
Gələn Tərəflər qarşılıqlı
razılıq əsasında hazırkı Sazişə
zəruri dəyişiklik və əlavələr edə
bilər ki, bunlar da hazırkı Sazişin ayrılmaz
tərkib hissəsi olan müvafiq protokollarla tərtib edilir
və hazırkı Sazişin 9-cu maddəsində
nəzərdə tutulan qaydada və şərtlərlə
qüvvəyə minir.
Maddə 9
Bu Saziş, onun
qüvvəyə minməsi üçün zəruri olan
müvafiq dövlətdaxili prosedurların yerinə
yetirilməsi barədə Razılığa Gələn
Tərəflərin bir-birinə göndərdikləri ikinci
notanın alındığı tarixdən qüvvəyə
minir.
Saziş 5 (beş) il
müddətinə bağlanır və əgər
Razılığa Gələn Tərəflərdən biri
Sazişin müddətinin bitməsinə azı altı ay
qalmış onu ləğv etmək niyyəti barədə
digər Tərəfi yazılı surətdə
xəbərdar etməzsə, bu Sazişin qüvvəsi
avtomatik olaraq sonrakı 5 (beş) illik müddətə
uzadılır.
Razılığa
Gələn Tərəflərin digər
razılığı olmazsa, hazırkı Sazişin
qüvvəsinin ləğv edilməsi həmin Sazişin
qüvvədə olduğu dövrdə turizm sahəsində
razılaşdırılmış proqram və
layihələrin yerinə yetirilməsinə xələl
gətirmir.
Saziş Bakı
şəhərində 2 dekabr 1999-cu il tarixdə, hər biri
Azərbaycan, bolqar və rus dillərində olmaqla 2 (iki)
əsl nüsxədə imzalanmışdır, bütün
mətnlər eyni qüvvəyə malikdir.
Bu Sazişin
müddəalarının təfsiri zamanı
mübahisələr yaranarsa, Razılığa Gələn
Tərəflər rus dilindəki mətnə istinad
edəcəklər.
Azərbaycan Respublikası Bolqarıstan
Respublikası
Hökuməti
adından Hökuməti
adından
(imza) (imza)
Azərbaycan
Respublikası Hökuməti və Bolqarıstan Respublikası
Hökuməti arasında standartlaşdırma, metrologiya
və sertifikatlaşdırma sahəsində
əməkdaşlıq haqqında
Bundan sonra «Razılığa
Gələn Tərəflər» adlanan Azərbaycan
Respublikası Hökuməti və Bolqarıstan Respublikası
Hökuməti,
ticarət
münasibətlərində texniki maneələrin aradan
qaldırılması, əhalinin həyatı və
sağlamlığı üçün təhlükəsiz
məhsullarla təmin edilməsi, ətraf mühit və
əmlakın mühafizəsi məqsədi ilə,
beynəlxalq təşkilatlar
tərəfindən bu sahədə qəbul edilmiş prinsip
və normalardan çıxış edərək,
standartlaşdırma, metrologiya və sertifikatlaşdırma
sahəsində əməkdaşlığı inkişaf
etdirmək arzusu ilə,
aşağıdakılar
barədə razılığa gəldilər:
Maddə 1
Razılığa
Gələn Tərəflər bu Saziş
çərçivəsində Azərbaycan Respublikasında
və Bolqarıstan Respublikasında qüvvədə olan
qanunvericiliyi rəhbər tuturlar. Əməkdaşlıq
bərabər hüquqluluq və qarşılıqlı fayda
əsasında həyata keçirilir.
Maddə 2
Razılığa
Gələn Tərəflər standartlaşdırma, metrologiya
və sertifikatlaşdırma sahəsində
əməkdaşlığı aşağıdakı
yollarla inkişaf etdirirlər:
razılaşdırılmış
şərtlərlə standartlaşdırma, metrologiya və
sertifikatlaşdırma üzrə normativ aktların
qarşılıqlı təqdim olunması;
fiziki vahid etalonlarının
təkmilləşdirilməsi və müqayisəsi, maddə
və materialların standart nümunələrinin
işlənib hazırlanması və istehsalı üzrə
işlərin aparılması;
metrologiya üzrə milli
orqanların apardığı ölçmə
vasitələrinin sınaqlarının
nəticələrinin və tipinin təsdiqlənməsinin
və akkreditə olunmuş kalibrləmə laboratoriyaları
tərəfindən aparılan kalibrləmənin
nəticələrinin qarşılıqlı
tanınmasını;
sertifikatlaşdırma
üzrə akkreditə olunmuş orqanların, sınaq laboratoriyalarının
və mərkəzlərinin, həmçinin
qarşılıqlı göndərilən məhsulların
sınaq və sertifikatlaşdırma nəticələrinin
tanınması üzrə hazırlıq işlərinin
aparılması.
Maddə 3
Razılığa
Gələn Tərəflər, qarşılıqlı
göndərilən məhsulların, onlarla əlaqədar qüvvədə
olan normativ aktların, məhsulların normativ aktlara
uyğunluq sertifikatlarının nümunələrinin
razılaşdırılmış siyahısını
müəyyənləşdirirlər və bu haqda öz
səlahiyyətli orqanlarını xəbərdar edirlər.
Maddə 4
Razılığa
Gələn Tərəflər, standartlaşdırma,
metrologiya və sertifikatlaşdırma sahəsində
kadrların hazırlanmasında və ixtisaslarının
artırılmasında, mütəxəssislər
mübadiləsində və
məsləhətləşmələrin aparılmasında
qarşılıqlı fəaliyyət
göstərəcəklər.
Maddə 5
Bu Sazişdə
nəzərdə tutulan işlərin
əlaqələndirilməsi və onların həyata
keçirilməsi
Bolqarıstan Respublikasında —
Bolqarıstan Respublikasının Standartlaşdırma və
Metrologiya Komitəsinə
Azərbaycan Respublikasında —
Azərbaycan Dövlət Standartlaşdırma və Metrologiya
Mərkəzinə həvalə olunur.
Maddə 6
Bu Sazişin 2-ci
maddəsində nəzərdə tutulan istiqamətlər
üzrə öhdəliklərin yerinə yetirilməsi
əlavə sazişlər və birgə proqramlar
əsasında həyata keçirilir.
2-ci və 4-cü
maddələrdən irəli gələn maliyyə
məsələləri hər bir konkret halda müqavilə
əsasında hər iki ölkənin tərəfdaş
təşkilatları və müəssisələri
arasında həll ediləcəkdir.
Razılığa
Gələn Tərəflər, zəruri olarsa, bu Sazişin
müddəalarını yerinə yetirmək
üçün birgə işçi qrupları yaradırlar.
Maddə 7
Bu Saziş
çərçivəsində alınan informasiya
üçüncü dövlətə, onu təqdim edən
Razılığa Gələn Tərəfin
razılığı ilə verilə və nəşr oluna
bilər.
Maddə 8
Bu Saziş, Razılığa
Gələn Tərəflərin digər beynəlxalq
müqavilələrdən irəli gələn hüquq
və öhdəliklərinə toxunmur.
Bu Sazişin
müddəalarının təfsiri və yerinə
yetirilməsi ilə əlaqədar bütün
mübahisələr Razılığa Gələn
Tərəflər arasında qarşılıqlı
məsləhətləşmələr və
danışıqlar yolu ilə həll edilir.
Maddə 9
Bu Sazişə
dəyişikliklər və əlavələr
Razılığa Gələn Tərəflərin
yazılı razılığına əsasən edilə
bilər. Dəyişikliklər və əlavələr 10-cu
maddədə göstərilən qaydaya əsasən
qüvvəyə minir.
Maddə 10
Bu Saziş
qeyri-müəyyən müddətə bağlanır və
Razılığa Gələn Tərəflərin, bu
Sazişin qüvvəyə minməsi üçün
onların qanunvericiliyinə uyğun olaraq zəruri
dövlətdaxili qaydaların yerinə yetirilməsi haqda
diplomatik kanallarla bir-birlərinə göndərdikləri
sonuncu yazılı bildirişin tarixindən qüvvəyə
minir.
Hər bir Razılığa
Gələn Tərəf digər Razılığa
Gələn Tərəfi diplomatik kanallarla yazılı
surətdə xəbərdar edərək Sazişi ləğv
edə bilər.
Saziş, digər
Razılığa Gələn Tərəfin belə
bildirişi aldığı gündən 6 ay sonra öz
qüvvəsini itirir.
Bakı
şəhərində 2 dekabr 1999-cu il tarixdə Azərbaycan,
bolqar və rus dillərində olmaqla iki nüsxədə
imzalanmışdır, bütün mətnlər eyni
qüvvəyə malikdir.
Bu Sazişin təfsiri
zamanı mübahisələr yaranarsa, Razılığa
Gələn Tərəflər rus dilindəki mətnə
istinad edəcəklər.
Azərbaycan Respublikası Bolqarıstan
Respublikası
Hökuməti
adından Hökuməti
adından
(imza) (imza)
Azərbaycan
Respublikası Dövlət Statistika Komitəsi ilə
Bolqarıstan Respublikası Milli Statistika İnstitutu arasında
statistika sahəsində əməkdaşlıq haqqında
Bundan sonra «Tərəflər»
adlandırılacaq Azərbaycan Respublikası Dövlət
Statistika Komitəsi və Bolqarıstan Respublikası Milli
Statistika İnstitutu,
qarşılıqlı
anlaşma, qarşılıqlı fayda və bərabərlik
prinsiplərini rəhbər tutaraq,
əməkdaşlıqda
qarşılıqlı marağa, statistik informasiya
mübadiləsinin genişləndirilməsinə və
hər iki dövlətin statistika orqanlarının
qarşılıqlı fəaliyyətinin yaxşılaşdırılmasına
əsaslanaraq,
Azərbaycan
Respublikasının və Bolqarıstan Respublikasının
dövlət strukturlarının və ictimaiyyətinin
obyektiv informasiya ilə vaxtında təmin edilməsi
məqsədi ilə,
yuxarıda
göstərilən məqsədlərə nail olmaq
üçün müvafiq şəraitin
yaradılmasını arzu edərək,
belə
əməkdaşlığın beynəlxalq
əməkdaşlığın ümumi strukturunun tərkib
hissəsi olacağını nəzərə alaraq,
aşağıdakılar
barədə razılığa gəldilər:
Maddə 1
(1) Tərəflər
aşağıdakı sahələrdə statistika
üzrə əməkdaşlıq edəcəklər:
1. Milli hesablar sistemi;
2. Təsnifatlar, nomenklaturalar
və reyestrlər;
3. Müəssisələrin
statistikası;
4. Elmi tədqiqat
fəaliyyəti, açıqlanma və innovasiya
statistikası;
5. Xarici ticarət
statistikası;
6. Əhalinin
yaşayış səviyyəsinin statistikası;
7. Kənd
təsərrüfatı statistikası;
8. Sənaye statistikası;
9. Xidmət statistikası;
10. Məşğulluq və
işsizlik statistikası;
11. Demoqrafiya statistikası;
12. Region statistikası;
13. Statistik informasiyanın
yayılması.
(2) Tərəflər
məqsədəuyğun hesab etdikləri və birlikdə
razılaşdıqları digər məsələlər
üzrə də əməkdaşlığı nəzərdə
tutacaq və həyata keçirəcəklər.
Maddə 2
Tərəflər
əməkdaşlığı aşağıdakı
formalarda həyata keçirirlər:
1. Tərəflərin
razılaşdırdığı göstəricilərin
siyahısına əsasən statistik informasiya
mübadiləsi;
2. Statistika nəşrləri
mübadiləsi;
3. Statistik göstəricilər
sisteminin yaradılması və fəaliyyəti, cari statistik
tədqiqatların və siyahıyaalmaların
keçirilməsi üzrə metodoloji materialların və
sənədlərin mübadiləsi;
4. Keçid dövrü
şəraitində inkişafın praktik
məsələlərinə dair təcrübə
mübadiləsi;
5. Dövlət statistika
orqanlarının mütəxəssislərinin
ixtisasının artırılması məqsədi ilə
qarşılıqlı praktik yardım göstərilməsi.
Maddə 3
(1) Əməkdaşlıq
tətbiqetmə mövzuları və metodlarını,
eləcə də maliyyələşdirmə
formalarını əks etdirən və hər iki
Tərəfin razılığı ilə məzmununa
əlavələr edilən və ya dəyişdirilən
illik planlara uyğun olaraq həyata keçiriləcəkdir.
(2) Bütün nəqliyyat
xərclərinə görə məsuliyyəti
göndərən Tərəf, nümayəndə
heyətinin ölkədə olma xərclərini
(gündəlik yemək və mehmanxanada qalma xərclərini)
isə qəbul edən Tərəf öz üzərinə
götürür.
(3) Göstərilən
əməkdaşlıq planları hər iki Tərəfin
təyin etdiyi rəsmi şəxslər tərəfindən
əlaqələndirilir.
Maddə 4
Tərəflər
əməkdaşlığı mərkəzi dövlət
statistika orqanları səviyyəsində həyata
keçirəcək və əməkdaşlığın
region səviyyəsində inkişaf etdirilməsinə
yardım edəcəklər.
Maddə 5
(1) Bu Saziş
imzalandığı gündən qüvvəyə minir.
(2) Bu Saziş üç il
müddətinə bağlanır və əgər
növbəti müddətin başa çatmasına ən
azı altı ay qalmış Tərəflərdən
heç biri onun qüvvəsinin dayandırılması haqqında
öz niyyətini yazılı şəkildə təqdim
etməzsə, Saziş avtomatik olaraq daha üç il
müddətinə uzadılır.
(3) Tərəflərin
qarşılıqlı razılığı ilə bu
Sazişə onun tərkib hissəsi sayılan ayrıca
Protokol ilə rəsmiləşdirilən
dəyişikliklər və dəqiqləşdirmələr
əlavə edilə bilər.
Bakı
şəhərində 2 dekabr 1999-cu il tarixdə Azərbaycan,
bolqar və rus dillərində iki əsl nüsxədə
imzalanmışdır və hər iki nüsxə eyni
qüvvəyə malikdir. Hazırkı Sazişin təfsiri
məqsədi ilə rus dilindəki mətndən istifadə
olunacaqdır.
Azərbaycan Respublikası Bolqarıstan
Respublikası
Dövlət
Statistika Komitəsi Milli
Statistika Komitəsi
adından adından
(imza) (imza)
Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev
Bakı şəhəri, 2 fevral 2000-ci il
№ 327
Azərbaycan Respublikasının Qanunvericilik toplusu. -
2000.- 29 fevral, № 2.- S.557:564.