Azərbaycan
Respublikası ilə Beynəlxalq İnkişaf Assosiasiyası
arasında Ərazilərin Bərpası Layihəsinin təhsil
komponentinin maliyyələşdirilməsi üçün
İsveçrə qrantı üzrə Məktub-Sazişi
imzalamaq səlahiyyətinin verilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
SƏRƏNCAMI
1. Azərbaycan Respublikası ilə Beynəlxalq
İnkişaf Assosiasiyası arasında Ərazilərin Bərpası
Layihəsinin təhsil komponentinin maliyyələşdirilməsi
üçün İsveçrə qrantı üzrə Məktub-Sazişi
imzalamaq səlahiyyəti Azərbaycan Respublikası Baş
nazirinin müavini Abid Qoca oğlu Şərifova verilsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər
Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın
1-ci bəndində göstərilən Məktub-Sazişi Azərbaycan
Respublikası adından imzalamaq səlahiyyətinin Azərbaycan
Respublikası Baş nazirinin müavini Abid Qoca oğlu Şərifova
verilməsi barədə Beynəlxalq İnkişaf
Assosiasiyasına müvafiq bildiriş göndərsin.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev
Bakı şəhəri, 7 fevral 2000-ci il
¹ 329
Azərbaycan Respublikasının Qanunvericilik toplusu. -
2000.- 29 fevral, ¹ 2.- S.564;565.