Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsinin keçirilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

"Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyi üzrə Dövlət Komissiyasının Azərbaycan Respublikası Prezidentinin 21 fevral 1999-cu il tarixli, 98 saylı Sərəncamı ilə təsdiq olunmuş tədbirlər planına uyğun olaraq qərara alıram:

"Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyinə həsr olunmuş təntənəli gecə Türkdilli dövlətlərin VI Zirvə toplantısına gəlmiş dövlət başçılarının iştirakı ilə Bakı şəhərində 2000-ci il aprelin 9-da keçirilsin.

 

 

 

Azərbaycan Respublikasının Prezidenti    Heydər Əlİyev

 

Bakı şəhəri, 7 fevral 2000-ci il

 

№ 330

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu. - 2000.- 29 fevral, № 2.- S.556.