Bələdiyyələrin
fəaliyyətinin təşkil edilməsinin bəzi məsələləri
haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
SƏRƏNCAMI
1999-cu il dekabrın 12-də keçirilmiş bələdiyyə
seçkiləri nəticəsində formalaşmış
yerli özünüidarəetmə orqanlarının üzvləri
və həmin orqanların aparatlarının işçiləri
tərəfindən bələdiyyələr haqqında
qanunvericiliyin öyrənilməsinə, onların fəaliyyətinin
müasir tələblərə və hamılıqla qəbul
edilmiş standartlara uyğun təşkil edilməsinə
kömək göstərilməsini təmin etmək məqsədi
ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyinin nəzdində Bələdiyyələrlə
İş və Bələdiyyələrə Metodoloji
Yardım Mərkəzi yaradılsın.
2. Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın
1-ci bəndində göstərilən mərkəzin
Əsasnaməsi layihəsini 15 gün müddətində Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin.
3. Bu Sərəncam imzalandığı gündən
qüvvəyə minsin.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev
Bakı şəhəri, 8 fevral 2000-ci il
№ 333
Azərbaycan Respublikasının Qanunvericilik toplusu. -
2000.- 29 fevral, № 2.- S.567.