Həzi Əhəd oğlu Aslanovun 90 illik yubileyi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan xalqının görkəmli oğlu, tank qoşunları general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Əhəd oğlu Aslanovun 90 illik yubileyi ilə əlaqədar qərara alıram:

 

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə, Təhsil Nazirliyinə və Elmlər Akademiyasına tapşırılsın ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurası ilə birlikdə Həzi Əhəd oğlu Aslanovun 90 illik yubileyi ilə bağlı lazımi tədbirlər hazırlayıb həyata keçirsinlər.

 

 

 

Azərbaycan Respublikasının Prezidenti    Heydər Əlİyev

 

 

Bakı şəhəri, 9 fevral 2000-ci il

 

№ 334

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu. - 2000.- 29 fevral, № 2.- S.568.