Azərbaycan Respublikasının Səhmdar Kommersiya Beynəlxalq Bankı ilə "AKA" Alman Bankları Konsorsiumu arasında "1 nömrəli Respublika Klinik Xəstəxanasına tibb avadanlığının alınması üçün Fərdi Kredit Sazişi"ni və bu layihə ilə əlaqədar müvafiq hökumət zəmanəti məktublarını imzalamaq səlahiyyətlərinin verilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

1. Azərbaycan Respublikasının Səhmdar Kommersiya Beynəlxalq Bankı və "AKA" Alman Bankları Konsorsiumu arasında "1 nömrəli Respublika Klinik Xəstəxanasına tibb avadanlığının alınması üçün Fərdi Kredit Sazişi"ni imzalamaq səlahiyyəti Beynəlxalq Bankın İdarə Heyətinin sədri Fuad Namiq oğlu Axundova verilsin.

2. Azərbaycan Respublikasının Səhmdar Kommersiya Beynəlxalq Bankı və "AKA" Alman Bankları Konsorsiumu arasında "1 nömrəli Respublika Klinik Xəstəxanasına tibb avadanlığının alınması üçün Fərdi Kredit Sazişi" ilə bağlı "AKA" Alman Bankları Konsorsiumuna və Azərbaycan Respublikasının Səhmdar Kommersiya Beynəlxalq Bankına verilən hökumət zəmanəti məktublarını, eləcə də 1 nömrəli Respublika Klinik Xәstәxanasının yenidənqurulmasına tələb olunan, Azərbaycan Respublikasının Səhmdar Kommersiya Beynəlxalq Bankından alınacaq kreditin hökumət zəmanəti məktubunu Azərbaycan Respublikası Hökuməti adından imzalamaq səlahiyyəti Azərbaycan Respublikasının maliyyə naziri Əvəz Əkbər oğlu Ələkbərova verilsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci və 2-ci bəndlərində göstərilən sənədlərin imzalanması səlahiyyətinin Azərbaycan Respublikasının Səhmdar Kommersiya Beynəlxalq Bankının İdarə Heyətinin sədri Fuad Namiq oğlu Axundova və Azərbaycan Respublikasının maliyyə naziri Əvəz Əkbər oğlu Ələkbərova verilməsi barədə xarici tərəfdaşa müvafiq bildiriş göndərsin.

 

 

 

Azərbaycan Respublikasının Prezidenti    Heydər Əlİyev

 

 

Bakı şəhəri, 9 fevral 2000-ci il

 

№ 335

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu. - 2000.- 29 fevral, № 2.- S.568;569