"Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının "Veteranlar haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 24 sentyabr tarixli 150 nömrəli qərarına dəyişikliklər və əlavələr edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

 

"Veteranlar haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 135 nömrəli Fərmanına əlavə edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli 227 nömrəli Fərmanına müvafiq olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının "Veteranlar haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 24 sentyabr tarixli 150 nömrəli qərarının I bölməsinə aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

 

2-ci və 5-ci bəndlərin:

ikinci abzaslarında "Milli Təhlükəsizlik Nazirliyi" sözlərindən sonra "Ədliyyə Nazirliyi" sözləri əlavə edilsin;

üçüncü abzasları çıxarılsın;

axırıncı abzaslarında "Milli Təhlükəsizlik Nazirliyinin" sözlərindən sonra "Ədliyyə Nazirliyinin" sözləri əlavə edilsin.

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

 

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

 

Bakı şəhəri, 3 fevral 2000-ci il

 

№ 13

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu. - 2000.- 29 fevral, № 2.- S.636;637.