Azərbaycan Respublikası
Nazirlər Kabinetinin bəzi qərar və sərəncamlarının
qüvvədən düşməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR
KABİNETİNİN QƏRARI
Respublikasının Nazirlər Kabineti qərara
alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin
siyahıda göstərilən qərar və sərəncamları
qüvvədən düşmüş hesab edilsin (əlavə
olunur).
2. Bu qərar imzalandığı gündən
qüvvəyə minir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci
il 3 fevral tarixli, 14 nömrəli qərarına əlavə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən
düşmüş qərar və sərəncamlarının
SİYAHISI
"Azərbaycan SSR bitki karantini üzrə ictimai səlahiyyətli
nümayəndələri haqqında Əsasnamənin təsdiq
edilməsi barədə" Azərbaycan SSR Nazirlər
Sovetinin 1964-cü il 3 iyul tarixli 424 nömrəli qərarı;
"Azərbaycan SSR-də karantin zərərvericisi
olan şərq meyvəyeyəninə qarşı mübarizə
tədbirləri haqqında" Azərbaycan SSR Nazirlər
Sovetinin 1965-ci il 14 oktyabr tarixli 638 nömrəli qərarı;
"Azərbaycan SSR-də komstok yastıcasına
qarşı lokalizasiya və mübarizə tədbirləri
haqqında" Azərbaycan SSR Nazirlər Sovetinin 1973-cü il
18 iyul tarixli 243 nömrəli qərarı;
"Azərbaycan SSR-də meyvə bitkilərinin
karantin ziyanvericiləri - şərq meyvəyeyəninə
qarşı mübarizə tədbirləri haqqında" Azərbaycan
SSR Nazirlər Sovetinin 1980-ci il 11 aprel tarixli 160 nömrəli qərarı;
Azərbaycan SSR Nazirlər Sovetinin 1977-ci il 11 yanvar
tarixli 6 nömrəli sərəncamı;
Azərbaycan SSR Nazirlər Sovetinin 1977-ci il 2 iyul tarixli
207 nömrəli sərəncamı.
İşlər müdiri A.Hacıyev
Azərbaycan
Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 3 fevral 2000-ci il
¹ 14
Azərbaycan Respublikasının Qanunvericilik toplusu. -
2000.- 29 fevral, ¹ 2.- S.637;638.