Meşə fondunun vəziyyətinə,
istifadəsinə, mühafizəsinə, qorunmasına və
meşələrin bərpasına dövlət nəzarətinin
həyata keçirilməsi qaydasının təsdiq edilməsi
haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR
KABİNETİNİN QƏRARI
Azərbaycan Respublikası Meşə Məcəlləsinin
45-ci maddəsinə uyğun olaraq Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
1. "Meşə fondunun vəziyyətinə, istifadəsinə,
mühafizəsinə, qorunmasına və meşələrin
bərpasına dövlət nəzarətinin həyata
keçirilməsi Qaydası" təsdiq edilsin (əlavə
olunur).
2. "Meşələrin vəziyyətinə, istifadəsinə,
bərpasına, qorunmasına və mühafizəsinə
dövlət nəzarəti haqqında Əsasnamənin təsdiq
edilməsi barədə" SSRİ Nazirlər Sovetinin 1982-ci
il 30 aprel tarixli 360 nömrəli qərarı haqqında"
Azərbaycan SSR Nazirlər Sovetinin 1982-ci il 20 may tarixli 246
nömrəli qərarı qüvvədən
düşmüş hesab edilsin.
3. Bu qərar imzalandığı gündən
qüvvəyə minir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci
il 3 fevral tarixli, 15 nömrəli qərarı ilə təsdİq
edİlmİşdİr
Meşə fondunun vəziyyətinə, istifadəsinə,
mühafizəsinə, qorunmasına və meşələrin
bərpasına dövlət nəzarətinin həyata
keçirilməsi QAYDASI
1. Bu Qayda meşə fondunun vəziyyətinə,
istifadəsinə, mühafizəsinə, qorunmasına və
meşələrin bərpasına dövlət nəzarətinin
həyata keçirilməsini tənzimləyir.
2. Meşə fondunun vəziyyətinə, istifadəsinə,
mühafizəsinə, qorunmasına və meşələrin
bәrpasına dövlət nəzarətinin (bundan sonra —
dövlət nəzarəti) vəzifəsi fiziki və
hüquqi şəxslər tərəfindən meşə
fondundan istifadəni, köküstə oduncaq
buraxılışını, meşəbərpa və
aralıq istifadə qırmaları və digər qırma
qaydalarını Azərbaycan Respublikasının meşə
qanunvericiliyinə uyğun təmin etməkdən ibarətdir.
Bu sahədə dövlət nəzarətini Azərbaycan
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar
Cəmiyyəti, «Azərbmeşə» İstehsalat Birliyi və
Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən
İstifadəyə Nəzarət Komitəsi həyata
keçirir.[1]
3. Dövlət nəzarəti orqanı
aşağıdakıların yerinə yetirilməsi üzərində
dövlət nəzarətini həyata keçirir: [2]
meşə fondundan səmərəli istifadə
olunmasına, meşə istifadəçiləri tərəfindən
icarə müqaviləsinin, meşəqırma biletinin,
orderin, meşə biletinin şərtlərinə əməl
edilməsinə, həmçinin meşə fondundan istifadə
üçün haqqın müəyyən olunmuş müddətdə
ödənilməsinə;
meşələrin torpaqqoruyucu, susaxlayıcı,
sanitar-gigiyenik, sağlamlaşdırıcı və digər
funksiyaları gücləndirən tədbirlərin yerinə
yetirilməsinə;
meşə fondu sahələrində meşə qanunvericiliyinin
tələblərinə zidd məqsədlər və
üsullarla istifadə olunmasına;
təbii mühitin ekoloji tarazlığın
qorunmasına, bioloji müxtəlifliyin saxlanması tələblərinə
cavab verən yeni texnikanın, texnologiyanın və
qabaqcıl təcrübənin tətbiq edilməsinə;
meşələrin dövlət uçotunun, dövlət
kadastrının, meşə monitorinqinin və meşə
quruluşu işlərinin aparılmasının qaydalarına
riayət edilməsinə;
torpaqdan istifadə ixtiyarını təsdiq edən sənədlərin
olmasına, ölçülərin torpaqayırma sənədlərinə
uyğunluğuna, torpaq uçotu sənədlərinin vəziyyətinə
və saxlanmasına;
meşə təsərrüfatının və
meşədən istifadənin həyata keçirilməsi ilə
əlaqəsi olmayan inşaat və partlayış işlərində,
faydalı qazıntılar aparılmasında, kabel, boru kəməri,
digər xətlərin çəkilməsində, qazma və
digər işlərin aparılmasında meşələrdən
istifadə edilməsi və onların qorunması
qaydalarına;
meşə fondu sahələrindən elmi-tədqiqat,
mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri,
ovçuluq təsərrüfatının ehtiyacları
üçün istifadə qaydalarına;
meşədən istifadə edən müəssisələrin,
idarələrin, digər hüquqi və fiziki şəxslərin
onlar üçün ayrılmış sahələrdə
köküstə oduncaq buraxılışı, digər
qırmalar apararkən qırma sahələrindən istifadəyə
aid texnoloji xəritələrin tələblərinə əməl
edilməsinə, meşəqırma biletində, orderdə
göstərilən tapşırıqdan artıq
özbaşına qırma hallarına, tədarük
zamanı oduncaqdan və oduncaq tullantılarından səmərəli
istifadə edilməsinə və digər meşəqırma
qaydalarına riayət edilməsinə;
qırma sahələrinin düzgün seçilməsinə,
ayrılmasına oduncağın tədarükü və
daşınması texnologiyasına, əməyin təhlükəsizlik
qaydalarına, ikinci dərəcəli meşə
ehtiyatlarının tədarükünün və meşədən
əlavə istifadənin müəyyən edilmiş
qaydalarına və şərtlərinə əməl
olunmasına;
qırıntı üçün təyin olunmuş
ağacların həcm və nırx qiymətlərinin
düzgün hesablanmasına, meşə məsarifi və xidməti
qırıntılar kitabının, meşəqırma
biletinin, orderin və meşə biletinin doldurulmasına,
uçotuna, saxlanmasına, verilməsinə, ləğv
olunmasına;
istifadəsi qurtarmış sahələrin müayinə
aktlarının yazılmasına, təhvil-təslim sənədlərinin
düzgün tərtib olunmasına, meşəqırma
qaydalarının pozulmasına görə cərimələrin
vaxtında ödənilməsinə;
meşəbərpa işlərinin, meşə əkini
və səpini, əkin materiallarının yetişdirilməsi,
qulluq edilməsi, təbii bərpaya köməklik, az əhəmiyyətli
və aşağı sıxlıqlı ağacların
rekonstruksiya edilməsi, hidromeliorativ tədbirlərin və
torpaqların rekultivasiya olunması, habelə çay və
göllərin kənarlarının, dərə-yarğan və
qumluqların, digər qeyri-əlverişsiz torpaqların
meşələşdirilməsi
tapşırıqlarını meşə quruluşu və
meşə əkini layihələrinin tələblərinə
uyğun aparılmasına;
meşə əkinlərinin texniki qəbul edilməsi,
inventarlaşdırılması, meşə ilə
örtülü sahəyə keçirilməsi sənədlərinin
və digər sənədlərin müəyyən
olunmuş qaydada tərtib olunmasına;
daimi meşə toxumluq sahələrinin seçilməsinə,
meşə toxumlarının tədarükü
tapşırığına, onların keyfiyyəti, toxum
ehtiyat fondunun miqdarı, toxumların hazırlanması, tənzimlənməsi
və saxlanması qaydalarına, onların dövlət
standartlarına uyğunluğuna və digər texniki şərtlərə
əməl olunmasına;
meşə fondunda zərərvericilərdən və
xəstəliklərdən mühafizəsi üzrə
fitosanitar qaydalarına riayət edilməsi və meşə
yanğınlarına qarşı əhali arasında izahat
işlərinin aparılmasına, təsərrüfatların
yanğına qarşı yanğınsöndürən
avadanlıqlarla, ləvazimatlarla, texniki təchizatlarla təmin
olunmasına, yolkənarı yanğına qarşı
zolaqların çəkilməsinə, təmir olunmasına və
yanğına qarşı digər mübarizə tədbirlərinin
yerinə yetirilməsinə;
meşə fondunun vəziyyətinə, istifadəsinə,
mühafizəsinə, qorunmasına və meşələrin
bərpasına dair meşə qanunvericiliyində müəyyən
edilən digər tələblərə riayət
olunmasına.
3-1. Böyük ərazilərdə irimiqyaslı (10
ha-dan çox olan) meşəsalma fəaliyyəti üzrə
layihələrin “Ətraf mühitə təsirin qiymətləndirilməsi
haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulmuş qaydada ətraf mühitə təsirinin qiymətləndirilməsi
(ƏMTQ) sənədi hazırlanmalı və həmin sənədin
dövlət ekoloji ekspertizası keçirilməlidir. [3]
3-2. Böyük ərazilərdə (5 ha-dan çox
olan) meşələrin irimiqyaslı qırılması fəaliyyəti
üzrə layihələrə dair layihələrin “Ətraf
mühitə təsirin qiymətləndirilməsi haqqında”
Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulmuş qaydada ətraf mühitə təsirinin qiymətləndirilməsi
(ƏMTQ) sənədi hazırlanmalı və həmin sənədin
dövlət ekoloji ekspertizası keçirilməlidir.
4. Dövlət nəzarəti aylıq, rüblük və
illik xüsusi iş planları əsasında həyata
keçirilir. İş planlarında dövlət nəzarətinin
məqsədi, vaxtı və aparılma müddəti göstərilir.
İş planları dövlət nəzarətini həyata
keçirən orqanın rəhbəri tərəfindən təsdiq
edilir. Dövlət orqanlarının, ayrı-ayrı təşkilatların,
digər hüquqi və fiziki şəxslərin müraciətləri
əsasında da yoxlamalar aparıla bilər. [4]
Yoxlamanın nəticələrinə görə
müvafiq protokol və ya akt tərtib edilir. Həmin sənədlərdə
təsdiq edilmiş faktlar və məlumatlar göstərilir.
Yoxlama əsasında meşə fondunun vəziyyətinin,
istifadəsinin, mühafizəsinin, qorunmasının və
meşələrin bərpasının
yaxşılaşdırılması üçün
müvafiq tədbirlər işlənib hazırlanır. Bu tədbirlərin
həyata keçirilməsi bütün meşə fondu
istifadəçiləri üçün məcburidir.
4-1. Sahibkarlıq subyektlərində dövlət nəzarəti
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi
və sahibkarların maraqlarının müdafiəsi
haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə
tutulmuş hallarda və qaydada həyata keçirilir.[5]
5. Dövlət nəzarətini həyata keçirən
orqan aşağıdakı hüquq və vəzifələrə
malikdir: [6]
meşə qanunvericiliyinin pozulmasında təqsirkar
olan vətəndaşları və vəzifəli şəxsləri
inzibati məsuliyyətə cəlb etmək;[7]
meşə qanunvericiliyinin pozulması nəticəsində
dövlətə vurulan zərərin ödənilməsi məqsədi
ilə fiziki və hüquqi şəxslərə
qarşı iddia qaldırmaq;
meşə qanunvericiliyinin pozulmasında təqsirkar
şəxsləri cinayət məsuliyyətinə cəlb etmək
məqsədi ilə müvafiq sənədləri
hüquq-mühafizə orqanlarına göndərmək;
meşə fondunun istifadəsinə və mühafizəsinə
dair müəyyən edilmiş qaydalar pozulduqda meşə
fondu ərazisində hüquqi və fiziki şəxslərin
təsərrüfat və digər fəaliyyətlərinə
məhdudiyyət qoymaq və ya dayandırmaq, xitam vermək barədə
müəyyən edilmiş qaydada qərar qəbul etmək.
6. Azərbaycan Respublikasının Ekologiya və Təbii
Sərvətlər Nazirliyi meşə qanunvericiliyinin
pozulmasında təqsirkar olan şəxsləri inzibati məsuliyyətə
cəlb etmək hüququna malikdir. [8]
QƏRARA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 29 iyun 2005-ci il tarixli
122 nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 6, maddə 558) ilə
"Meşə fondunun vəziyyətinə, istifadəsinə,
mühafizəsinə, qorunmasına və meşələrin
bərpasına dövlət nəzarətinin həyata
keçirilməsi Qaydası"nın 2-ci bəndinin ikinci
abzasında "Azərbaycan Respublikası Nazirlər Kabineti
yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi"
sözləri "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı
Nazirliyi yanında Dövlət Meliorasiya və Su Təsərrüfatı
Agentliyi" sözləri ilə əvəz edilmişdir.
8 aprel 2006-cı il tarixli 100 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 4, maddə
370) ilə "Meşə fondunun vəziyyətinə, istifadəsinə,
mühafizəsinə, qorunmasına və meşələrin
bərpasına dövlət nəzarətinin
həyata keçirilməsi Qaydası"nın 2-ci bəndinin
ikinci abzasında "Azərbaycan Respublikasının Kənd
Təsərrüfatı Nazirliyi yanında Dövlət
Meliorasiya və Su Təsərrüfatı Agentliyi"
sözləri "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı
Açıq Səhmdar Cəmiyyəti" sözləri ilə
əvəz edilmişdir.
26 yanvar 2015-ci il tarixli 14 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 29 yanvar 2015-ci il, ¹ 21, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 1, maddə
66) ilə “Meşə fondunun vəziyyətinə, istifadəsinə,
mühafizəsinə, qorunmasına və meşələrin
bərpasına dövlət nəzarətinin həyata
keçirilməsi Qaydası”nın 2-ci hissənin ikinci
abzasından “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı
Açıq Səhmdar Cəmiyyəti,” sözləri
çıxarılmışdır.
[2] 26 yanvar 2015-ci il tarixli 14 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 29 yanvar 2015-ci il, ¹ 21, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 1, maddə
66) ilə “Meşə fondunun vəziyyətinə, istifadəsinə,
mühafizəsinə, qorunmasına və meşələrin
bərpasına dövlət nəzarətinin həyata
keçirilməsi Qaydası”nın 3-cü hissənin birinci
abzasında “orqanları öz səlahiyyətləri daxilində”
sözləri “orqanı” sözü ilə və
“keçirirlər” sözü “keçirir” sözü ilə
əvəz edilmişdir.
[3] 25 dekabr 2019-cu il tarixli 501 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti,
28 dekabr 2019-cu il, ¹ 290, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cı il, ¹ 12, maddə 2082) ilə
“Meşə fondunun vəziyyətinə, istifadəsinə,
mühafizəsinə, qorunmasına və meşələrin
bərpasına dövlət nəzarətinin həyata
keçirilməsi Qaydası”na yeni məzmunda 3-1-ci və
3-2-ci hissələr əlavə edilmişdir.
[4] 26 yanvar 2015-ci il tarixli 14 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 29 yanvar 2015-ci il, ¹ 21, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 1, maddə
66) ilə “Meşə fondunun vəziyyətinə, istifadəsinə,
mühafizəsinə, qorunmasına və meşələrin
bərpasına dövlət nəzarətinin həyata
keçirilməsi Qaydası”nın 4-cü hissənin birinci
abzasının üçüncü cümləsində
“müvafiq orqanların rəhbərləri” sözləri
“orqanın rəhbəri” sözləri ilə əvəz
edilmişdir.
[5] 16 iyul 2014-cü il tarixli 236 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 22 iyul 2014-cü il, ¹ 155; Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 07, maddə
924) ilə “Meşə fondunun vəziyyətinə, istifadəsinə,
mühafizəsinə, qorunmasına və meşələrin
bərpasına dövlət nəzarətinin həyata
keçirilməsi Qaydası”na 4-1-ci hissə əlavə
edilmişdir.
[6] 26 yanvar 2015-ci il tarixli 14 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 29 yanvar 2015-ci il, ¹ 21, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, ¹ 1, maddə
66) ilə “Meşə fondunun vəziyyətinə, istifadəsinə,
mühafizəsinə, qorunmasına və meşələrin
bərpasına dövlət nəzarətinin həyata
keçirilməsi Qaydası”nın 5-ci hissənin birinci
abzasında “orqanlar öz səlahiyyətləri daxilində”
sözləri “orqan” sözü ilə və “malikdirlər”
sözü “malikdir” sözü ilə əvəz
edilmişdir.
[7] 11 aprel 2007-ci il tarixli 63 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 4, maddə
390) ilə "Meşə fondunun vəziyyətinə, istifadəsinə,
mühafizəsinə, qorunmasına və meşələrin
bərpasına dövlət nəzarətinin həyata
keçirilməsi Qaydası"nın 5-ci bəndinin ikinci
abzası çıxarılmışdır.
[8] 11 aprel 2007-ci il tarixli 63 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 4, maddə
390) ilə "Meşə fondunun vəziyyətinə, istifadəsinə,
mühafizəsinə, qorunmasına və meşələrin
bərpasına dövlət nəzarətinin həyata
keçirilməsi Qaydası"nın 6-cı bəndi əlavə
edilmişdir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 3 fevral 2000-ci il
¹ 15
Azərbaycan Respublikasının Qanunvericilik toplusu. -
2000.- 29 fevral, ¹ 2.- S.638;641.