Azərbaycan
Respublikasının Beynəlxalq
Əmək Təşkilatının
"Kənd təsərrüfatında
əməyin təftişi
haqqında" 129 saylı
Konvensiyasına, "Sənayedə
və ticarətdə
əməyin təftişi
haqqında" 81 saylı
Konvensiyasına və
"Sənayedə və
ticarətdə əməyin
təftişi haqqında"
81 saylı Konvensiyasına
dair Protokola qoşulması barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının
Milli Məclisi qərara
alır:
1. Azərbaycan Respublikası
Beynəlxalq Əmək
Təşkilatının "Kənd təsərrüfatında
əməyin təftişi
haqqında" 1969-cu il 4 iyun
tarixli 129 saylı Konvensiyasına, "Sənayedə
və ticarətdə
əməyin təftişi
haqqında" 1947-ci il 19 iyun
- 18 iyul tarixli 81 saylı Konvensiyasına və bu Qanunun
2-ci bəndində göstərilən
qeyd-şərtlə "Sənayedə
və ticarətdə
əməyin təftişi
haqqında" 1947-ci il 19 iyun
- 18 iyul tarixli 81 saylı Konvensiyasına dair 1995-ci il 6 iyun tarixli Protokola qoşulsun.
2. "Sənayedə və ticarətdə əməyin təftişi
haqqında" 1947-ci il
19 iyun -18 iyul tarixli 81 saylı Konvensiyaya dair 1995-ci il 6 iyun tarixli
Protokolun ikinci maddəsinin 1-ci bəndində
qeyd edilən aşağıdakı yarımbəndlərdə
göstərilənlər -
"b) Silahlı Qüvvələr
- yalnız hərbi qulluqçular;
c) polis və digər ictimai təhlükəsizlik orqanları;
d) islah müəssisələrinin
yalnız hərbi və xüsusi rütbələrə malik
olan heyəti" Protokolun qüvvə dairəsindən istisna olunsun.
3. Bu Qanun dərc edildiyi gündən qüvvəyə
minir.
Azərbaycan Respublikasının
Prezidenti Heydər
ӘLİYEV
Bakı şəhəri,
8 fevral 2000-ci il
¹ 801-IQ
Azərbaycan Respublikasının
Qanunvericilik toplusu.-2000.-
30 iyun, ¹ 6.- S. 2257.