«Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr edilməsi barədə

 

Azərbaycan RESPUBLİKASININ Qanunu

 

 

 Azərbaycan Respublikası Milli Məclisi qərara alır:

 1. «Azərbaycan Respublikasının Milli Məclisi deputatının statusu haqqında» Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinə uyğun olaraqVətəndaşların pensiya təminatı haqqındaAzərbaycan Respublikası Qanunun (Azərbaycan Respublikası Ali Sovetinin məlumatı, 1992-ci il, ¹ 18, maddə 814; 1994-cü il, ¹ 15, maddə 177; 1995-ci il, ¹ 22, maddə 354; Azərbaycan Respublikasının qanunvericilik Toplusu, 1997-ci il, ¹ 6, maddələr 453, 494; 1998-ci il, ¹ 1, maddə 10; 1999-cu il, ¹ 5, maddə 284) 17-ci maddəsinə aşağıdakı məzmunda yeddinci hissə əlavə edilsin:

 «Səlahiyyət müddəti qurtardıqdan sonra pensiya yaşına çatmış Azərbaycan Respublikası Milli Məclisinin sabiq deputatı pensiya hesablanması (yenidən hesablanması) zamanı deputatın mövcud əmək haqqının 80 faizindən az olmayan məbləğdə pensiya alır».

 2. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

 

 

Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV

 Bakı şəhəri, 3 mart 2000-ci il

  ¹ 817-IQD

Azərbaycan Respublikasının Qanunvericilik toplusu.-2000.- 30 iyun, ¹ 6.- S. 2281.