Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında səfirliklərin fəaliyyəti ilə əlaqədar məsələlərin qarşılıqlı tənzimlənməsi haqqında Sazişin təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

 

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında səfirliklərin fəaliyyəti ilə əlaqədar məsələlərin qarşılıqlı tənzimlənməsi haqqında 1999-cu il iyulun 23-də Daşkənd şəhərində imzalanmış Saziş təsdiq edilsin.

2. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

 Azərbaycan Respublikasının Prezidenti   Heydər ӘLİYEV

Bakı şəhəri, 14 mart 2000-ci il

 № 819-IQ

Azərbaycan Respublikasının Qanunvericilik toplusu.-2000.- 30 iyun, № 6.- S. 2282.