Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında səfirliklərin fəaliyyəti ilə əlaqədar məsələlərin qarşılıqlı tənzimlənməsi haqqında

 

Saziş

 

 

 Bundan sonra «Tərəflər» adlandırılan Azərbaycan Respublikası Hökuməti Özbəkistan Respublikası Hökuməti,

 suverenlik prinsiplərinə, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin müddəalarına hörmət edərək, Diplomatik əlaqələr haqqında 18 aprel 1961-ci il Vyana konvensiyasına digər beynəlxalq hüquq normalarına əsaslanaraq,

 ikitərəfli dostluq əlaqələrini hörmət, bərabərlik qarşılıqlı fayda ruhunda inkişaf etdirməyə səy göstərərək,

 Azərbaycan Respublikasının Daşkənd şəhərindəki Səfirliyinin Özbəkistan Respublikasının Bakı şəhərindəki Səfirliyinin fəaliyyətləri ilə əlaqədar məsələlərin tənzimlənməsində qarşılıqlı səylər göstərərək,

 aşağıdakılar barədə razılığa gəldilər:

 

 

Maddə 1

 

 Tərəflər ümumi maraqlardan çıxış edərək, Azərbaycan Respublikasının Daşkənd şəhərindəki Səfirliyinin Özbəkistan Respublikasının Bakı şəhərindəki Səfirliyinin fəaliyyətləri ilə əlaqədar məsələlərin paritet əsaslarda həll edilməsinə razılaşdılar.

 

 

Maddə 2

 

 

 Azərbaycan Respublikası Hökuməti Özbəkistan Respublikası Hökumətinə Bakı şəhər, Nəsimi rayonundakı ünvanda yerləşən 631 ¹-li məhəllədə S.Qazıyeva adına parkda 0,7 ha torpaq sahəsi ayırır.

 Ərazinin binanın dəqiq yerləşdiyi yer sahəsi bu Sazişin ayrılmaz hissəsi sayılan plan-sxemdə göstərilmişdir. (Əlavə 1).

 Özbəkistan Respublikası Hökuməti Azərbaycan Respublikası Hökumətinə Daşkənd şəhəri Xalqlar Dostluğu prospekti (Şarq Tonqi 25, 39) ünvandakı torpaq sahəsini ayırır.

 Ərazinin binanın dəqiq yerləşdiyi yer sahəsi bu Sazişin ayrılmaz hissəsi sayılan plan-sxemdə göstərilmişdir. (Əlavə 2).

 Paritetliyin təmin olunması məqsədi ilə Özbəkistan tərəfi Azərbaycan tərəfinə əlavə olaraq 0,22 ha torpaq sahəsi ayırır.

 Tərəflər Səfirlik binalarının, Səfirlərin iqamətgahlarının, yaşayış digər binaların tikintisi yenidən qurulması üçün torpaq sahələri ayırırlar.

 Bu maddədə qeyd olunan torpaq sahəsində Özbəkistan Respublikası Hökuməti hesabına Azərbaycan Respublikasında tikilmiş binalar Özbəkistan Respublikasının mülkiyyəti olacaqdır.

 Bu maddədə qeyd olunan torpaq sahəsində Azərbaycan Respublikası Hökuməti hesabına Özbəkistan Respublikasında tikilmiş binalar Azərbaycan Respublikasının mülkiyyəti olacaqdır.

 Bu Sazişin imzalandığı tarixə, Daşkənd şəhəri Xalqlar Dostluğu prospekti (Şarq Tonqi 25, 39) ünvanındakı torpaq sahəsində yerləşən bina daha sonra satın alınmaq hüququ ilə icarəyə verilmək şərti ilə Azərbaycan Respublikasının istifadəsinə verilir.

 

Maddə 3

 

  Tərəflər bir-birlərinə torpaq sahələrinin 49 il müddətinə istifadəyə verilməsi haqqında razılığa gəldilər. Torpaq sahələri, həmçinin bu ərazilərdə yerləşən bina tikililər dövlət yerli hakimiyyət orqanları tərəfindən tətbiq edilən, qaz, elektrik enerjisi, istilik sistemi, isti soyuq su təchizatı, kanalizasiya, telefon digər belə xidmət növləri üzrə haqların ödənişi istisna olunmaqla, hər cür vergidən azad edilirlər.

 

 Maddə 4

 

 

 Tərəflər bu Sazişin 2-ci maddəsində nəzərdə tutulmuş torpaq sahələrindən istifadə üçün onlara verilmiş hüquqları öz ölkələrinin qanunvericiliyinə uyğun olaraq rəsmiləşdirilməsini həyata keçirəcək müvafiq sənədləri təqdim edəcəklər.

 

Maddə 5

 

 

 Tərəflərdən hər biri öz büdcə vəsaitləri hesabına tikinti pasportu hazırlayır, həmçinin səfirliklərə göstərilən kommunal xidmətlərin (elektrik enerjisi, soyuq isti su təchizatı, kanalizasiya, istilik, qaz),  telefon s. bu kimi xidmət növlərinin haqqını ödəyirlər.

 Torpaq sahəsi ayıran Tərəf, dövlət büdcəsi vəsaiti hesabına yolların, mühəndis qurğularının (birinci dərəcə üzrə elektrik təminatı, telefon rabitəsi, soyuq isti su təchizatı, kanalizasiya, istilik, qaz s.) ayrılmış torpaq sahələrinin sərhədinə kimi çəkilməsini, həmçinin bu kommunikasiyaların şəhər şəbəkəsinə qoşulmasını həyata keçirirlər.

 

 Maddə 6

 

 

 Yuxarıda qeyd olunan obyektlərin inşası üçün kontraktlar imzalanarkən siyahısı həcmi razılaşdırılmış tikinti materialları avadanlıqlar bütün vergilərin, yığımların, gömrük rüsumlarının ödənilməsindən azad olunurlar.

 

 

Maddə 7

 

 Tərəflər səfirliklərin əməkdaşlarına onların ailə üzvlərinə, diplomatik nümayəndəliklərin əməkdaşlarına xidmət göstərən müalicə müəssisələrində ödənişsiz xidmət göstəriləcəyinə zəmanət verirlər.

 

 

Maddə 8

 

Tərəflər Səfirlik əməkdaşları uşaqlarının dövlət məktəbəqədər müəssisələrinə düzəldilməsinə, dövlət ümumtəhsil məktəblərində orta təhsil müəssisələrində pulsuz təhsil almalarına təminat verirlər.

 

 Maddə 9

 

  Tərəflər:

 torpaq sahələrini bu Sazişə müvafiq onun şərtlərinə uyğun təyinatı üzrə istifadə edəcəklər;

 tikinti, yenidənqurma yenidən planlaşdırma işlərinin aparılması ilə əlaqədar, yerləşdiyi ölkənin müvafiq təşkilatları dövlətin icra hakimiyyətinin şəhər təşkilatları ilə razılaşdırılması üçün layihə digər sənədləri təqdim edəcəklər;

 torpaq sahələrinin istismarı ilə bağlı yerləşdiyi ölkənin qanunvericilik aktlarına riayət edəcəklər;

 istismar xidmətlərinin tələblərinə uyğun olaraq, yerüstü yeraltı kommunikasiyanın, yolların istifadəsində istismarın şərtlərini yerinə yetirəcəklər onların təmiri xidmətinə maneə törətməyəcəklər.

 

 

Maddə 10

 

 

 Tərəflər bu Sazişin həyata keçirilməsində meydana çıxan fikir ayrılıqlarını danışıqlar yolu ilə həll edəcəklər.

 

 Maddə 11

 

 

 Tərəflərin qarşılıqlı razılığı ilə bu Sazişə düzəlişlər əlavələr edilə bilər. Bütün düzəlişlər əlavələr bu Sazişin ayrılmaz hissəsi olan ayrı-ayrı protokollarla rəsmiləşdiriləcəkdir.

 

 

Maddə 12

 

  Bu Saziş dövlətdaxili prosedurların yerinə yetirilməsindən sonra qüvvəyə minir əgər Tərəflərdən biri digər Tərəfə bu Sazişin qüvvəsinin ləğv edilməsi nəzərdə tutulan tarixdən altı ay əvvəl diplomatik kanallarla bu Sazişin qüvvəsinin ləğv edilməsi barədə yazılı surətdə bildirməzsə, Saziş qüvvədə qalacaqdır.

 Daşkənd şəhərində, 23 iyul 1999-cu il tarixdə hər biri iki nüsxədə olaraq, Azərbaycan, özbək rus dillərində imzalanmışdır, bütün mətnlər eyni hüquqi qüvvəyə malikdir.

 Bu Sazişin müddəalarının təfsiri məqsədləri üçün rus dilindəki mətndən istifadə olunacaqdır.

 

 Azərbaycan Respublikası Hökuməti adından (imza)       Özbəkistan Respublikası Hökuməti adından (imza)

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu.-2000.- 30 iyun, ¹ 6.- S. 2283-2285.