Azərbaycan
Respublikası Hökuməti
ilə Qazaxıstan Respublikası Hökuməti
arasında Azərbaycan
Respublikası ərazisində
müvəqqəti işləyən
Qazaxıstan Respublikası
vətəndaşlarının və Qazaxıstan Respublikası ərazisində
müvəqqəti işləyən
Azərbaycan Respublikası
vətəndaşlarının əmək fəaliyyəti
və sosial müdafiəsi haqqında
Saziş
Bundan sonra “Tərəflər” adlandırılan Azərbaycan
Respublikası Hökuməti
ilə Qazaxıstan Respublikası Hökuməti,
Birləşmiş
Millətlər Təşkilatının
insan hüquqları sahəsində əsas sənədlərini və
Beynəlxalq Əmək
Təşkilatı çərçivəsində
işlənmiş prinsipləri
əsas tutaraq,
Azərbaycan
Respublikası ərazisində
müvəqqəti işləyən
Qazaxıstan Respublikası
vətəndaşlarının və Qazaxıstan Respublikası ərazisində
müvəqqəti işləyən
Azərbaycan Respublikası
vətəndaşlarının əmək fəaliyyəti
və sosial müdafiəsi sahəsində
hərtərəfli əməkdaşlığın
inkişaf etdirilməsi
məqsədi ilə,
aşağıdakılar
barədə razılığa
gəldilər:
Maddə
1
Bu Sazişin məqsədi üçün qeyd edilən terminlər aşağıdakı mənanı
daşıyır:
«milli
işçilər» — Tərəflərin
birinin ərazisində
daimi yaşayan və qanuni əsaslarla əmək fəaliyyəti ilə məşğul olan şəxs;
«işəgötürən»
— mülkiyyət və
təşkilati-hüquqi formasından
asılı olmayaraq işlə təmin edən Tərəfin ölkəsində işə
qəbul edən müəssisə, idarə,
təşkilat, həmçinin
fiziki şəxslər;
«gediş
Tərəf» — əmək
fəaliyyəti ilə
məşğul olmaq
məqsədi ilə digər Tərəf ölkəsinə miqrasiya
edən əməkçi
miqrantın daimi yaşadığı ölkə;
«işlə
təmin edən Tərəf» — digər Tərəf ölkəsindən
gələn əməkçi
miqrantın fərdi əmək müqaviləsi
(kontraktı) əsasında
müvəqqəti əmək
fəaliyyəti ilə
məşğul olduğu
ölkə;
«əməkçi
miqrant» — gediş Tərəfinin ərazisində
daimi yaşayan və qanuni əsaslarla işlə təmin edən Tərəfin ərazisində
haqqı ödənilən
əmək fəaliyyəti
ilə məşğul
olan şəxs;
«ailə
üzvü» — əməkçi
miqrantın arvadı
(əri), onun himayəsində olan azyaşlı uşaqları
və işlə təmin edən Tərəfin qanunvericiliyinə
uyğun olaraq ailə üzvü sayılan digər şəxslər.
Maddə 2
Bu Saziş əməkçi
miqrantlara və onların ailə üzvlərinə şamil
edilir.
Maddə 3
Tərəflər
insan hüquqları sahəsində beynəlxalq
müqavilələrə və
Tərəflərin qanunvericiliyinə
uyğun olaraq, cinsinə, yaşına, irqinə, dilinə, etnik və sosial
mənşəyinə, dini
və siyasi baxışlarına, vətəndaşlığına,
ailə və əmlak vəziyyətinə
və digər əlamətlərinə görə
istənilən formada
diskriminasiyaya yol verməməklə əməkçi
miqrantların və onların ailə üzvlərinin hüquqlarına
hörmətlə yanaşmağı,
onların hüquqlarının
müdafiəsini təmin
etməyi öz üzərinə götürürlər.
Maddə 4
Bu Sazişin yerinə yetirilməsində Tərəfləri
təmsil edən səlahiyyətli orqanlar aşağıdakılardır:
Azərbaycan
Respublikası tərəfindən
— Azərbaycan Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;
Qazaxıstan
Respublikası tərəfindən
— Qazaxıstan Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi.
Maddə 5
Əməkçi
miqrantın işlə
təmin edən Tərəfin ərazisinə
gəlməsi, qalması,
qayıtması və
əmək fəaliyyəti
işlə təmin edən Tərəfin qanunvericiliyinə və Tərəflərin ölkələri
arasında bağlanmış
beynəlxalq müqavilələrə
uyğun həyata keçirilir.
Maddə
6
Əməkçi
miqrantların əmək
şəraiti işlə
təmin edən Tərəfin qanunvericiliyinə
uyğun olmaqla, milli işçilər üçün nəzərdə
tutulandan pis olmamalıdır.
Maddə 7
Əməkçi
miqrant öz əmək fəaliyyətini
işlə təmin edən Tərəfin qanunvericiliyinə uyğun
olaraq işəgötürənlə
bağlanmış fərdi
əmək müqaviləsi
(kontraktı) əsasında
həyata keçirir.
Maddə 8
Milli əmək
bazarında dəyişikliklər
olduqda və ikitərəfli razılaşmalara
uyğun olaraq Tərəflər yeni əməkçi miqrantların
işlə təmin olunmasını məhdudlaşdıran
tədbirlər həyata
keçirə bilərlər.
Maddə
9
Müəyyən
güzəştlərə əsas verən staj da daxil
olmaqla, əməkçi
miqrantın Tərəflərin
ölkələrindən birinin
ərazisində əmək
fəaliyyəti müddətində
əldə etdiyi əmək stajı qarşılıqlı olaraq
hər iki Tərəf ölkəsində
tanınır.
Əməkçi
miqrant işlə təmin edən Tərəfi tərk etdikdə işəgötürən,
əməkçi miqranta
onun əmək fəaliyyətinin müddəti
və əməyin ödənilməsi haqqında
(hər ay üçün əmək
haqqının məbləği
göstərilməklə) möhürlə təsdiq
edilmiş arayış
təqdim etməlidir.
Maddə 10
İşlə
təmin edən Tərəfin ərazisində
işləyən əməkçi
miqrantlar həmin Tərəfin qanunvericiliyi
ilə müəyyən
olunmuş vəzifələri
daşıyır, hüquq
və xidmətlərdən
istifadə edirlər.
Maddə 11
Əməkçi
miqrantlar və onların ailə üzvləri işlə təmin edən Tərəfin müvafiq tədris müəssisələrinə
qəbul qaydalarına
uyğun olaraq milli işçilər üçün nəzərdə
tutulan eyni əsaslarla və şərtlərlə ümumi
təhsil almaq, ixtisasartırma və peşə hazırlığı
keçmək hüququna
malikdirlər.
Maddə 12
Tərəflərin
qanunvericiliyi ilə müəyyən edilmiş
qaydalara uyğun verilmiş diplomlar, sertifikatlar, təhsil və ixtisas dərəcəsi haqqında
digər dövlət
sənədləri (notarial
qaydada təsdiq edilmiş surətləri)
əlavə leqalizasiya
tələb olunmadan hər iki Tərəf
ölkəsində tanınır.
Maddə
13
Əməkçi
miqrantlar işlə təmin edən Tərəfin mövcud qanunvericiliyinə uyğun
olaraq sosial təminat (xəstəliyə
görə, hamiləlik
və doğuma görə, əmək xəsarəti və peşə xəstəliyinə
görə, dəfn üçün müavinətlər
və işlə təmin edən Tərəfin qanunvericiliyinə
uyğun olaraq sosial müdafiə sisteminin əhatə etdiyi digər hallar) hüququna malikdirlər.
Maddə
14
Pensiya
təminatı ilə
bağlı məsələlər
Tərəflər arasında
bağlanmış xüsusi
Sazişlə tənzimlənir.
Maddə 15
İşəgötürən
əməkçi miqrantların
milli işçilər
ilə eyni əməyin mühafizəsi
hüququna zəmanət
verir.
Əmək öhdəliklərini yerinə yetirərkən aldıqları əmək xəsarəti, peşə xəstəliyi və sağlamlığa digər zərər dəyən halların nəticəsində əməkçi miqrantlara dəymiş zərərin ödənilməsi işlə təmin edən Tərəfin qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
Əməkçi
miqrant əmək fəaliyyəti zamanı aldığı xəsarət
və ya sağlamlığına dəymiş
başqa zərər nəticəsində əmək
qabiliyyətini itirdikdə
və ya vəfat etdikdə işəgötürən zərərçəkənin
və ya vəfat edənin gediş tərəfin ərazisinə göndərilməsini
təmin edir, bununla bağlı bütün xərcləri
öz üzərinə
götürür və
ölüm, bədbəxt
hadisə və ya peşə xəstəliyi ilə bağlı materialları
təqdim etməklə
digər Tərəfin
diplomatik və ya konsulluq nümayəndəliklərinə
məlumat verir.
Maddə
16
Əməkçi
miqrantın və onun ailə üzvlərinin daimi yaşadığı ölkədən
işlə təmin edən Tərəfə getməsi və geriyə qayıtması ilə bağlı nəqliyyat xərcləri,
eləcə də yerdəyişmə zamanı
xəstəlik və ya zəruri stasionar müalicə xərcləri işəgötürən
tərəfindən ödənilir.
Fərdi
əmək müqaviləsində
(kontraktında) digər
hal nəzərdə tutulmadıqda, fərdi əmək müqaviləsi
(kontraktı) əməkçi
miqrantın təşəbbüsü
ilə ləğv edilərsə, yuxarıda
qeyd olunan bütün xərclər
əməkçi miqrant
tərəfindən ödənilir.
Maddə 17
Bu Sazişin qüvvədə
olma müddəti bitdikdə, onun müddəaları əməkçi
miqrantla işəgötürən
arasında bağlanmış
fərdi əmək müqavilələrinin (kontraktların)
müddəti başa
çatanadək qüvvədə
qalır.
Maddə
18
Əməkçi
miqrantlar və onların ailə üzvləri tərəfindən
işlə təmin edən Tərəfin ərazisində əmək
fəaliyyətini həyata
keçirmək üçün
lazım olacaq avadanlıqların və texniki qurğuların gətirilməsi və həmçinin gediş Tərəfə onların
geri qaytarılması,
habelə işçi
miqrantlar və onların ailə üzvləri tərəfindən
işlə təmin edən Tərəfin ərazisində qazanılmış
vəsait hesabına alınmış malların
aparılması hər
bir Tərəfin müvafiq gömrük qaydalarına uyğun olaraq həyata keçirilir.
Maddə
19
Tərəflərin
birinin ərazisində
yaşayan əməkçi
miqrant və onun ailə üzvləri bu Sazişin yerinə yetirilməsi ilə bağlı ortaya çıxan istənilən
məsələ ilə
əlaqədar digər
Tərəfin səlahiyyətli
orqanlarına birbaşa
və ya yaşayış yerindəki
aidiyyəti hakimiyyət
orqanları vasitəsi
ilə müraciət
edə bilər.
Bir Tərəfin səlahiyyətli
orqanının sorğusu
əsasında digər
Tərəfin səlahiyyətli
orqanı həmin Tərəfin qanunvericiliyinə
uyğun olaraq, arxiv materialları da daxil olmaqla
bu Sazişin yerinə yetirilməsi ilə bağlı zəruri sənədləri
təqdim edir.
Maddə 20
Tərəflərin
qarşılıqlı yazılı
razılığı əsasında
bu Sazişə əlavə və dəyişikliklər edilə
bilər. Əlavə
və dəyişikliklər
müəyyən olunmuş
qaydada protokolla rəsmiləşdirilir və
bu Sazişin ayrılmaz hissəsi hesab edilir.
Bu Sazişin tətbiqi və şərhi ilə bağlı bütün mübahisəli
məsələlər səlahiyyətli
orqanlar arasında birbaşa danışıqlar
və məsləhətləşmələr
yolu ilə həll ediləcəkdir.
Maddə 21
Bu Saziş diplomatik kanallarla onun qüvvəyə minməsi
üçün zəruri
olan dövlətdaxili
prosedurları yerinə
yetirməsi barədə
Tərəflərin sonuncu
yazılı bildirişinin
tarixindən qüvvəyə
minir.
Bu Saziş 5 il müddətinə qüvvədədir.
Əgər Tərəflərdən
biri növbəti müddətin başa çatmasına üç
ay qalmış Sazişin qüvvəsinin
ləğv edilməsi
niyyəti barədə
diplomatik kanallarla digər Tərəfə yazılı bildiriş göndərməzsə, onda
bu Sazişin qüvvəsi avtomatik olaraq növbəti beş il müddətinə
uzadılacaqdır.
Astana
şəhərində 1999-cu il oktyabrın 22-də iki nüsxədə Azərbaycan, qazax və rus dillərində
imzalanmışdır, bütün
mətnlər eyni qüvvəyə malikdir.
Bu Sazişin müddəalarının
təfsiri zamanı fikir ayrılığı
yarandığı təqdirdə
rus dilindəki mətndən istifadə olunacaqdır.
Azərbaycan Respublikası
Hökuməti Özbəkistan Respublikası
Hökuməti
adından
adından
(imza) (imza)
Azərbaycan Respublikasının
Qanunvericilik toplusu.-2000.-
30 iyun, ¹ 6.- S. 2286-2290.