Azərbaycan Respublikası Hökuməti
ilə Qazaxıstan Respublikası Hökuməti
arasında səhiyyə
və tibb elmi sahəsində əməkdaşlıq haqqında
Saziş
Bundan sonra “Tərəflər” adlandırılan Azərbaycan
Respublikası Hökuməti
və Qazaxıstan Respublikası Hökuməti,
dövlətlərin suverenliyinə hörmət
edərək, səhiyyə
və tibb sahəsində ənənəvi
əlaqələrin qorunub
saxlanılması və
inkişaf etdirilməsi
istəyinə diqqət
yetirərək,
uzunmüddətli
və sabit əsaslarla qarşılıqlı
faydalı və bərabərhüquqlu əməkdaşlıqda
hər iki Tərəfin maraqlarını
nəzərə alaraq,
aşağıdakılar barədə razılığa
gəldilər:
Maddə 1
Tərəflər
milli səhiyyə sisteminin daha da inkişaf etdirilməsi məqsədi
ilə, səhiyyə
və tibb elmi sahəsində qarşılıqlı faydalı
əməkdaşlığın inkişafına kömək
edəcəklər.
Maddə 2
Tərəflər
səhiyyə və tibb elminin aşağıdakı
sahələrində qarşılıqlı
faydalı əlaqələri
inkişaf etdirəcəklər:
əhalinin
yaşlı və uşaq təbəqəsinə
ilkin və xüsusiləşdirilmiş tibbi
yardımın göstərilməsi;
profilaktik
təbabət və reabilitasiya;
farmaseptika
və tibbi texnika, o cümlədən
istehsalı;
elmi və tibbi kadrların
hazırlanması;
birgə elmi tədqiqat işlərinin aparılması;
operativ məlumat
mübadiləsi, simpoziumların
təşkili;
səhiyyədə
kompüter məlumat sistemlərinin hazırlanması
və tətbiqi;
tibbi statistika;
fövqəladə
vəziyyətlərin tibbi-sanitar
nəticələrinin qarşısının
alınması və ləğvi;
operativ məlumatların mübadiləsi,
simpoziumların təşkili,
monoqrafiya və məqalələrin dərc
olunması.
Maddə 3
Bu Sazişin həyata keçirilməsi
üçün aşağıdakı
orqanlar məsuliyyət
daşıyırlar:
Azərbaycan Respublikasında — Azərbaycan
Respublikasının Səhiyyə
Nazirliyi;
Qazaxıstan Respublikasında
— Qazaxıstan Respublikasının
Səhiyyə Məsələləri
üzrə Agentliyi.
Müvafiq orqanların əməkdaşlığının
qayda və şərtləri xüsusi
sazişlərlə müəyyənləşdiriləcəkdir.
Maddə 4
Tərəflər
ali və orta ixtisas tibb
təhsil müəssisələri
tərəfindən verilmiş
diplomları qarşılıqlı
surətdə tanıyırlar.
Maddə 5
Tərəflər
səhiyyə orqan və müəssisələri
arasında kadr mübadiləsi, birgə konfrans, simpozium və seminarların keçirilməsi üzrə
birbaşa əlaqələrin
təşkilinə qarşılıqlı
kömək göstərəcəklər.
Maddə 6
Tərəflər
öz qarşılıqlı
münasibətlərini milli qanunvericiliklərə uyğun
olaraq, bağlanmış
saziş, müqavilə
və kontraktlar əsasında quracaqlar.
Müqavilə və kontraktlar üzrə öhdəliklərin
yerinə yetirilməsi
üçün məsuliyyəti
Tərəflərin müvafiq
təşkilatları daşıyır.
Maddə 7
Tərəflər
dövlətlərinin nazirlik
və idarələrinin
tabeliyində olan müalicə-profilaktik, elmi-tədqiqat
və digər səhiyyə müəssisələrinə
müalicə-konsultativ, elmi
və digər növ əməkdaşlığın
həyata keçirilməsinin
təşkilində kömək
göstərəcəklər.
Maddə 8
Tərəflər
şərtləşdilər ki, ikitərəfli əməkdaşlıq
müqavilə əsasında
qarşılıqlı surətdə
xəstələrin konsultasiyası,
müalicəsi və
reabilitasiyası məqsədi
ilə xüsusiləşdirilmiş
tibb mərkəzlərinə
qəbulunun təmin edilməsi, birgə elmi tədqiqatların aparılması, tibbi, müəllim, və elmi kadrların hazırlanması, mütəxəssislərin
və tibbi-texniki məlumatların mübadiləsi,
yeni diaqnostika və müalicə üsullarının
tətbiqi üzrə
metodik materialların işlənib hazırlanması
yolu ilə həyata keçiriləcəkdir.
Maddə 9
Tərəflər
insan həyatı üçün təhlükəli
olan, təcili və təxirəsalınmaz
tibbi yardım tələb edən hallardan başqa, vətəndaşların konsultasiyasını,
müayinə və müalicəsini kommersiya əsasında, qarşılıqlı
hesablaşmaların müqavilə
qiymətləri və
yaxud qüvvədə
olan preyskurantlar üzrə keçirməklə
aparılmasına razılaşdılar.
Maddə 10
Tərəflər
ekstremal şəraitlərdə
əvəzsiz tibbi kömək göstərilməsini
təmin edəcəklər.
Maddə 11
Tərəflər
əməkdaşlıq edən
təşkilat və idarələr arasında tibbi xidmətin göstərilməsi üzrə
kontrakt və müqavilə bağlayarkən
Tərəflərin dövlətlərinin
qanunvericiliyi ilə müəyyənləşdirilmiş məhdudiyyətlər istisna
olunmaqla, digər məhdudiyyətlər qoyulmaması
barədə razılığa
gəldilər.
Maddə 12
Tərəflər
qurultayların, konfransların
və digər belə tədbirlərin keçirilməsi haqda bir-birini xəbərdar edəcək, habelə öz dövlətlərinin
elm, tibb cəmiyyətlərinin
və digər təşkilatlarının xahişi
ilə bu tədbirlərdə əməkdaşlarının
iştirakına kömək
göstərəcəklər.
Maddə 13
Tərəflər
ali və orta ixtisas məktəblərinin
təhsil planları və proqramları üzrə birgə iş aparacaq, birbaşa yaradıcı əlaqələrin yaranmasını
təşkil edəcək,
həmçinin kommersiya
əsasında tələbələrin
və məzunların
mübadiləsini aparacaqlar.
Maddə 14
Tərəflər
tibb texnikası, dərmanların istehsalı
sahəsində əməkdaşlığın
səmərəliliyinin artırılmasına,
o cümlədən tibb
təyinatlı zəruri
məmulatların istehsalı
üzrə birgə müəssisələrin yaradılması
yolu ilə kömək
göstərəcəklər.
Maddə 15
Bu Sazişin müddəalarının
tətbiqi ilə bağlı yaranan bütün mübahisələr
və fikir ayrılıqları Tərəflər
arasında danışıqlar
və məsləhətləşmələr
yolu ilə həll ediləcəkdir.
Maddə 16
Tərəflər
bu Sazişin müddəalarının həyata
keçirilməsi məqsədi
ilə, zəruri olduğu halda, Birgə komissiyalar yaradacaqlar.
Maddə 17
Tərəflər
bu Sazişə, qarşılıqlı razılığa
əsasən, onun ayrılmaz hissəsi sayılan müvafiq protokollarla rəsmiləşdirilən
əlavələr və
dəyişikliklər edə
bilərlər.
Maddə 18
Bu Saziş, onun qüvvəyə minməsi
üçün zəruri
olan dövlətdaxili
proseduraların yerinə
yetirilməsi barədə
Tərəflərin sonuncu
yazılı xəbərdarlığının
tarixindən qüvvəyə
minir və beş il müddətinə
qüvvədədir. Əgər
Tərəflərdən heç
biri bu Sazişin
qüvvəsinin növbəti
müddətinin qurtarmasına
ən azı altı ay qalmış,
Sazişə xitam vermək niyyəti barədə digər Tərəfə yazılı
şəkildə bildirməzsə,
onun qüvvəsi avtomatik olaraq sonrakı beşillik müddətlərə uzadılır.
1999-cu il oktyabrın 22-də Astana şəhərində Azərbaycan, qazax və rus dillərində iki nüsxədə imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir.
Bu Sazişin təfsiri zamanı fikir ayrılığı
olarsa, Tərəflər
rus dilində olan mətndən istifadə edəcəklər.
Azərbaycan Respublikası Hökuməti adından Qazaxıstan Respublikası Hökuməti adından
Azərbaycan Respublikasının
Qanunvericilik toplusu.-2000.-
30 iyun, ¹ 6.- S. 2291-2294.