Beynəlxalq Telekommunikasiya İttifaqının Nizamnaməsinə Konvensiyasına, habelə düzəliş sənədlərinə qoşulmaq barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikası Beynəlxalq Telekommunikasiya İttifaqının 1992-ci il dekabrın 22-də Cenevrə şəhərində qəbul edilmiş Nizamnaməsinə Konvensiyasına, habelə 1994-cü il oktyabrın 14-də Kioto şəhərində imzalanmış düzəliş sənədlərinə aşağıdakı qeyd-şərtlə qoşulsun:

"Azərbaycan Respublikası Hökuməti aşağıdakı hüquqları özündə saxlayır:

1. Əgər ittifaqın üzvü olan hər hansı dövlət Beynəlxalq Telekommunikasiya İttifaqının Nizamnaməsinin Konvensiyasının ya onlara dair Əlavələrin, Protokolların Reqlamentlərin müddəalarına hər hansı şəkildə əməl etməzsə ya bunları gözləməzsə, əgər hər hansı başqa birliklərin ya üçüncü ölkələrin hərəkətləri Azərbaycan Respublikasının milli suverenliyinə toxunarsa ya onun üçün təhlükə yaradarsa, suverenliyini, ayrılmaz hüquqlarını milli mənafelərini qorumaq üçün zəruri saydığı məqsədəuyğun bildiyi hər hansı bir tədbiri görmək;

2. Əgər İttifaqın hər hansı üzvü İttifaqın xərclərinin ödənilməsində iştirak etməzsə ya İttifaqın başqa üzvlərinin qeyd-şərtləri İttifaqın xərclərinin ödənilməsində Azərbaycan Respublikasının üzvlük haqqı payının artırılmasına ya başqa maliyyə nəticələrinə gətirib çıxararsa, yaxud onun telekommunikasiya xidmətinin işini bilavasitə ya dolayı yolla təhlükə altına salarsa, öz mənafelərini qorumaq üçün zəruri bildiyi tədbirləri görmək;

3. Beynəlxalq Telekommunikasiya İttifaqının Nizamnaməsində ya Konvensiyasında Azərbaycan Respublikasının suverenliyinə bilavasitə ya dolayı yolla təsir göstərə bilən, Azərbaycan Respublikasının Konstitusiyasına qanunlarına zidd olan hər hansı müddəaları özünə aid hesab etməmək".

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

 

Azərbaycan Respublikasının Prezidenti Heydər ӘLİYEV

Bakı şəhəri, 14 mart 2000-ci il

              ¹ 826-IQ

Azərbaycan Respublikasının Qanunvericilik toplusu.-2000.- 30 iyun, ¹ 6.- S. 2320-2321.