"Azərbaycan
Respublikası Hökuməti
və Almaniya Federativ Respublikası Hökuməti arasında maliyyə əməkdaşlığı
haqqında" Sazişin
(1998) təsdiq edilməsi
barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının
Milli Məclisi qərara alır:
1. "Azərbaycan Respublikası
Hökuməti və Almaniya Federativ Respublikası Hökuməti
arasında maliyyə əməkdaşlığı haqqında" 1998-ci il dekabrın 21-də Bakı
şəhərində imzalanmış
Saziş (1998) təsdiq
edilsin.
2. Bu Qanun dərc edildiyi gündən qüvvəyə
minir.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev
Bakı şəhəri,
17 mart 2000-ci il
¹ 837-IQ
Azərbaycan Respublikası Hökuməti
və Almaniya Federativ Respublikası Hökuməti arasında maliyyə əməkdaşlığı
haqqında
Saziş (1998)
Azərbaycan
Respublikası Hökuməti
və Almaniya Federativ Respublikası Hökuməti Azərbaycan
Respublikası və Almaniya Federativ Respublikası arasında olan dostluq əlaqələri
ruhunda, bu əlaqələrin maliyyə
sahəsində əməkdaşlıq
vasitəsilə daha da möhkəmləndirilməsini
və dərinləşdirilməsini
arzulayaraq,
bu əlaqələrin dəstəklənməsinin
bu Sazişin əsasını təşkil
etdiyini dərk edərək, Azərbaycan
Respublikasının sosial
və iqtisadi inkişafına kömək
məqsədi ilə,
8—9 iyul 1998-ci il tarixdə Bonnda hər iki hökumət
arasında keçirilmiş
danışıqların nəticələrinin
həyata keçirilməsi
məqsədi ilə aşağıdakı razılığa
gəldilər:
Maddə 1
(1) Almaniya
Federativ Respublikası
Hökuməti Azərbaycan
Respublikası Hökumətinə
və ya hər iki hökumət
tərəfindən seçiləcək
digər borc alana Yenidənqurma Kredit Bankından, Frankfurt Mayn
1. a) «Kiçik
və orta sahibkarlığın inkişafı
proqramı» 10.000.000-a qədər
AM (sözlə: on milyon alman markası)
həcmində ssuda,
b) «Enerji
ötürülməsinin reabilitasiyası»
30.000.000-a qədər AM (sözlə:
otuz milyon Alman Markası) həcmində ssuda, bu sahələrin ehtiyacını təsdiq edən yoxlamadan sonra cəmi 40.000.000-a qədər AM (sözlə:
qırx milyon alman markası) həcmində ssuda;
2. Bu
Sazişin 1-ci maddəsinin
a) bəndində göstərilmiş
«Kiçik və orta sahibkarlığın
inkişafı proqramı»nın həyata
keçirilməsi və
işə rəhbərlik
üçün vacib
olan digər tədbirlərdən ötrü
2.000.000-a qədər AM (sözlə:
iki milyon alman markası) həcmində maliyyə yardımı ayırır.
(2) Bu
Sazişin 1-ci maddəsində
göstərilən layihələr
Azərbaycan Respublikası
Hökuməti ilə
Almaniya Federativ Respublikası Hökuməti
arasında qarşılıqlı
razılaşma əsasında
başqa layihələrlə
əvəz edilə bilər.
(3) Əgər
Almaniya Federativ Respublikası Hökuməti
gələcəkdə Azərbaycan
Respublikası Hökumətinə
Yenidənqurma Kredit Bankı tərəfindən
1-ci maddədə nəzərdə
tutulmuş layihələrin
həyata keçirilməsi
və onlara rəhbərlik edilməsi
üçün lazım
olan əlaqədar tədbirlərdən ötrü
digər maliyyə yardımlarını almaq
imkanını yaradarsa,
onda bu Saziş
tətbiq edilir.
(4) Bu
maddənin 1-ci bəndinin
2-ci yarımbəndinə və
3-cü bəndinə müvafiq
olaraq hazırlıq və digər əlaqədar tədbirlər
üçün nəzərdə
tutulmuş maliyyə yardımı başqa məqsədlərə istifadə
edilərsə, ssuda hesab ediləcəkdir.
Maddə 2
(1) Bu Sazişin 1-ci maddəsinin 1-ci bəndində göstərilən məbləğlərin istifadəsi, onların verilməsi, habelə sifarişlərin yerləşdirilməsi şərtləri Almaniya Federativ Respublikasında mövcud olan qanunvericiliyə uyğun olaraq, Yenidənqurma Kredit Bankı ilə ssuda və ya maliyyə yardımı alanlar arasında bağlanmış müqavilələrlə tənzimlənir.
(2) Bu Sazişin 1-ci maddəsinin
1-ci və 2-ci bəndində
razılaşdırılmış məbləğin verilməsi
üzrə öhdəlik,
həmin öhdəliyin
qüvvəyə mindiyi
ildən etibarən 8 il müddətində ssudanın və ya maliyyə yardımının verilməsi
barədə müqavilə
imzalanmazsa, qüvvədən
düşmüş hesab
olunur. Bu məbləğlər üçün
müddət 2006-cı ildə
bitir.
(2) Azərbaycan
Respublikası Hökuməti,
əgər ssudanı
bilavasitə alan tərəf deyilsə, bu maddənin 1-ci bəndində göstərilən
maliyyələşdirmə sazişlərinin bağlanması
ilə əlaqədar
ssuda alanların öhdəlikləri üzrə
bütün ödənişlərin
alman markası ilə həyata keçirilməsi üçün
Yenidənqurma Kredit Bankına zəmanət verəcəkdir.
(3) Azərbaycan
Respublikası Hökuməti,
əgər maliyyə
yardımını bilavasitə
alan tərəf deyilsə, bu maddənin 1-ci bəndində
göstərilən maliyyələşdirmə
sazişlərinin bağlanması
ilə əlaqədar
məbləğlərin qaytarılması
üzrə mümkün
tələblərin yerinə
yetirilməsi üçün
Yenidənqurma Kredit Bankına zəmanət verəcəkdir.
Maddə 3
Azərbaycan
Respublikası Hökuməti
Yenidənqurma Kredit Bankını bu Sazişin 2-ci maddəsində
göstərilən müqavilələrin
bağlanması və
həyata keçirilməsi
ilə bağlı Azərbaycan Respublikasında
bütün vergi və digər dövlət yığımlarından
azad edir.
Maddə 4
Azərbaycan
Respublikası Hökuməti
ssudanın və maliyyə yardımının
verilməsi ilə əlaqədar dəniz, quru və hava
ilə sərnişin
və yüklərin daşınmasında sərnişinlərə
və mal göndərənlərə nəqliyyat
müəssisəsinin sərbəst
surətdə seçilməsini
təmin edir, Almaniya Federativ Respublikasında yerləşən
nəqliyyat müəssisələrinin
bərabərhüquqlu iştirakını
istisna edən və ya mürəkkəbləşdirən
heç bir tədbir görmür, lazım olduğu təqdirdə onların iştirakına icazə verir.
Maddə 5
Azərbaycan
Respublikası Hökuməti
2-ci maddədə göstərilən
müqavilələrin bağlanması
və həyata keçirilməsi ilə əlaqədar olaraq, Azərbaycan Respublikasına
gəlməli olan bütün şəxslər
üçün Yenidənqurma
Kredit Bankı tərəfindən Azərbaycan
Respublikasının Almaniya
Federativ Respublikasında
olan nümayəndəliyinə
məlumat verildikdən
sonra beş iş günü ərzində rüsumsuz olaraq birdəfəlik giriş üçün icazə verir.
Maddə 6
Bu Saziş imzalandığı
gündən qüvvəyə
minir.
Bakı
şəhərində, 1 dekabr
1998-ci ildə, iki nüsxədə, hər biri Azərbaycan, alman və rus
dillərində olmaqla
imzalanmışdır və
bütün mətnlər
eyni qüvvəyə
malikdir. Azərbaycan və alman dillərində
olan mətnlərin təfsiri zamanı fikir ayrılığı
olarsa, rus dilində olan mətn üstünlük
təşkil edir.
Azərbaycan Respublikası
Hökuməti Almaniya Federativ Respublikası Hökuməti
adından adından
(imza) (imza)
Azərbaycan Respublikasının
Qanunvericilik toplusu.-2000.-
30 iyun, ¹ 6.- S. 2371-2373.