Muzeylər haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

 

Bu Qanun Azərbaycan Respublikasında muzeylərinin fəaliyyətinin təşkilati-hüquqi, iqtisadi əsaslarını müəyyən edir bunlarla bağlı münasibətləri tənzimləyir.

 

I fəsil

 

Ümumİ müddəalar

 

Maddə 1. Əsas anlayışlar

 

 

Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir:

muzeymaddi mədəniyyət abidələrinin komplektləşdirilməsi, mühafizəsi, öyrənilməsi, kütləvi nümayişinin təbliğinin həyata keçirildiyi mədəniyyət, elmi tədqiqat müəssisəsi;

muzey fondu - Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən dövlət mülkiyyətində, bələdiyyə mülkiyyətində xüsusi mülkiyyətdə olan muzeylərdə daimi saxlanılan, qorunan muzey əşyalarının kolleksiyalarının məcmusu;

dövlət muzey fondu - dövlət muzeylərinin fondlarında saxlanılan mədəniyyət sərvətlərinin məcmusu;

mədəniyyət sərvətləri - "Mədəniyyət haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş kateqoriyalara aid edilən, dünyəvi dini xarakterli, tarix-bədii əhəmiyyətə malik əşyalar;

muzey əşyası - keyfiyyəti ya xüsusi əlamətlərinə görə cəmiyyət üçün qorunub saxlanılması, öyrənilməsi kütləvi nümayişi zəruri olan mədəniyyət sərvəti;

muzey kolleksiyası - əsas fondun tərkibində vahid tam kimi elmi, tarixi, mədəni əhəmiyyət daşıyan muzey əşyalarının məcmusu;

muzey fəaliyyəti - elmi, mədəni, mənəvi estetik tələbatın ödənilməsi məqsədi ilə insan, onun fəaliyyəti yaşayış mühiti haqqında mədəniyyət sərvətlərinin maddi nümunələrin əldə edilməsi, qorunması, uçotu, tədqiqi, təbliği nümayişi;

muzey əşyalarının kolleksiyalarının mühafizəsi - muzey əşyalarının kolleksiyalarının qorunub saxlanmasını təmin edən, maddi hüquqi şərtlərin yaradılmasını nəzərdə tutan muzey fəaliyyəti;

muzey saxlancları - müvəqqəti olaraq nümayiş etdirilməyən muzey əşyalarının kolleksiyalarının saxlandığı yer.

 

 

 

Maddə 2. Muzey fəaliyyəti sahəsində dövlət siyasətinin əsas prinsipləri dövlətin vəzifələri

 

Muzey fəaliyyəti sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır:

muzeylərdə mühafizə olunan mədəniyyət sərvətlərinin əşyaların nümayişinin hamı üçün açıq olması;

milli sərvətlərin saxlandığı muzeylərin muzey fondlarının mühafizəsinə dövlət qayğısı, onların ilk növbədə maliyyələşdirilməsi.

Muzey fəaliyyəti sahəsində dövlətin vəzifələri aşağıdakılardır:

elmi tədqiqat elmi-kütləvi aparan maddi mədəniyyət obyektlərinin toplandığı yeni muzeylərin yaradılması;

muzeylərin fəaliyyəti üçün zəruri olan normativ-hüquqi aktların hazırlanması onların icrasına nəzarət;muzeylərin müvafiq binalarla təmin edilməsi, muzey binalarının lazımi vəziyyətdə saxlanılması, muzey əşyalarının kolleksiyalarının mühafizəsi vasitələri müasir texniki avadanlıqla təmin edilməsi;

dövlət muzeylərində muzey kolleksiyalarının konservasiya bərpası, muzey əşyalarının nadir nümunələrinin surətlərinin çıxarılması, muzey üçün əşyaların kolleksiyaların satın alınması, elmi işlənilməsi, nəşriyyat fəaliyyəti üçün zəruri olan maliyyə vəsaitinin ayrılması;

xarici ölkə muzeylərində saxlanılan Azərbaycan xalqının milli sərvəti olan nadir muzey əşyalarının kolleksiyalarının tətbiqi, öyrənilməsi Azərbaycan Respublikasına qaytarılmasının təmin olunması;

təbii fəlakət, yanğın, silahlı münaqişə, müharibə digər təhlükə yarandığı zaman muzey fondlarının mühafizəsinin təmin olunması;

muzeylərin saxlanmasına, inkişafına, maddi-texniki bazasının möhkəmləndirilməsinə maliyyə vəsaitinin ayrılması muzey kadrlarının hazırlanması.

 

 

Maddə 3. Muzeylər haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

 

Muzeylər haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, “Mədəniyyət haqqındaAzərbaycan Respublikasının Qanunundan, digər normativ hüquqi aktlardan Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdən ibarətdir.

Bu Qanunla Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq olunur.

 

 

II fəsil

 

Muzeylər muzey fəalİyyətİ

 

Maddə 4. Muzeylərin yaradılması qaydası məqsədi

 

Azərbaycan Respublikasında muzeylər mədəniyyət, elmi tədqiqat, maarifləndirmə funksiyalarını yerinə yetirən müəssisə forması kimi, “Mədəniyyət haqqındaAzərbaycan Respublikası Qanunu ilə müəyyən olunmuş qaydada yaradılır.

Azərbaycan Respublikasında muzeylər:

muzey əşyalarının kolleksiyalarının aşkar edilməsi, toplanması, qorunması öyrənilməsi təbliği;

Azərbaycan xalqının milli sərvətləri, tarixi görkəmli şəxsiyyətləri ilə geniş xalq kütlələrini tanış etmək, ayrı-ayrı vətəndaşları həmin sərvətlərin toplanmasına öyrənilməsinə cəlb etmək;

muzey əşyalarının kolleksiyalarının nümayiş etdirilməsi təhsil fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə yaradılırlar.

 

 

Maddə 5. Muzeylərin yenidən təşkili ləğv olunması

 

Azərbaycan Respublikasında muzeylərin yenidən təşkili ləğv olunmasıMədəniyyət haqqındaAzərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Yenidən təşkil olunma nəticəsində muzey fəaliyyətinin məqsədinin dəyişməsinə yol verilmir.

Dövlət muzeylərinin ləğvi zamanı həmin muzeylərdə olan muzey əşyaları kolleksiyaları müvafiq icra hakimiyyəti orqanının qərarı ilə digər dövlət muzeylərinə verilir.

 

 Maddə 6. Muzey əşyalarının kolleksiyalarının Azərbaycan Respublikasından müvəqqəti kənara çıxarılması

 

Muzey əşyalarının kolleksiyalarının Azərbaycan Respublikasından müvəqqəti kənara çıxarılması "Mədəniyyət haqqında" Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir.

 

 

Maddə 7. Muzeylərin köçürülməsi

 

Muzeylər onların fondlarına daxil olan ayrı-ayrı muzey əşyaları kolleksiyaları təbii fəlakət, yanğın, silahlı münaqişə, müharibə digər təhlükə yarandığı zaman müvafiq icra hakimiyyəti orqanının qərarı ilə ilk növbədə müəyyən olunmuş qaydada təhlükəsiz yerlərə yaxud mülki müdafiə qurumlarının müəyyən etdiyi yerlərə köçürülürlər.

 

Maddə 8. Muzey fəaliyyəti onun növləri

 

 

Azərbaycan Respublikasında dövlət mülkiyyətində, bələdiyyə mülkiyyətində xüsusi mülkiyyətdə olan muzeylər fəaliyyət göstərir.

Azərbaycan Respublikasında muzey fəaliyyətinə:

muzey əşyalarının kolleksiyalarının komplektləşdirilməsi, onların uçotunun, mühafizəsinin təşkili bütövlüyünün təmin olunması;

muzey kolleksiyaları, arxiv, kitabxana digər materiallar əsasında elmi tədqiqatlar;

muzey ekspozisiyalarının sərgilərin təşkili, muzey sahəsində dizayn tərtibat işlərinin həyata keçirilməsi;

muzey əşyalarının konservasiyası bərpasının bütün növləri;

muzey kolleksiyalarının kataloqlarının hazırlanması nəşr olunması;

muzey kolleksiyalarının təbliği daxildir.

 

 

 

Maddə 9. Milli statusa malik muzeylər

 

 

Fondlarında mühafizə olunan mədəniyyət sərvətlərinin, ayrı-ayrı kolleksiyaların əhəmiyyətlilik dərəcəsinə ölkənin mədəni həyatındakı roluna görə "Mədəniyyət haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq muzeylərə milli status verilə bilər.

Milli statusa malik muzeylər xüsusi əhəmiyyətli obyekt kimi dövlət tərəfindən qorunur.

Milli statusa malik muzeylərin işçilərinin əmək haqqlarına əlavələr müəyyən olunur.

Milli statusa malik muzeyləri ləğv etmək onların mülkiyyət formasını dəyişdirmək, habelə binalarında kənar təşkilatların yerləşdirilməsi qadağandır.

 

 

Maddə 10. Respublika əhəmiyyətli muzeylər

 

 

Fondlarının, kolleksiyalarının əhəmiyyətinə işinin həcminə görə respublika səviyyəsində fəaliyyət göstərən muzeylər respublika әhәmiyyәtli muzeylər hesab edilir.

Respublika əhəmiyyətli muzeylərin statusu siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Respublika əhəmiyyətli muzeylər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan əsasnaməyə uyğun fəaliyyət göstərir.

 

Maddə 11. Bələdiyyə mülkiyyətində xüsusi mülkiyyətdə olan muzeylər

 

Bələdiyyə mülkiyyətində xüsusi mülkiyyətdə olan muzeylər qanunvericilikdə müəyyən olunmuş qaydada yaradılır qeydiyyata alınır. Bələdiyyə mülkiyyətində xüsusi mülkiyyətdə olan muzeylər qeydiyyata alındıqdan sonra müvafiq icra hakimiyyəti orqanlarında uçota götürülür təsisçilərinin təsdiq etdikləri əsasnaməyə müvafiq fəaliyyət göstərirlər.

Dövlət bələdiyyə mülkiyyətində xüsusi mülkiyyətdə olan muzeylərin inkişafına daim qayğı göstərir. Bələdiyyə mülkiyyətində xüsusi mülkiyyətdə olan muzeylərin fondları Azərbaycan Respublikasının Dövlət muzey fondunun tərkib hissəsi kimi qorunur.

 

Maddə 12. Muzeylərin hüquqları

 

Muzeylərin hüquqları aşağıdakılardır:

Azərbaycan Respublikasının qanunvericiliyi ilə mühafizə olunan dövlət sirləri istisna olmaqla, mədəni, tarixi, siyasi, təsərrüfat sosial istiqamətli hadisələri nümayiş etdirmək;

müvafiq təşkilatların razılığı ilə lazım sənədlərin surətini çıxarmaq;

muzeylərin fondlarına qiymətli əşyaların alınması üçün həmin məqsədə ayrılmış maliyyə vəsaitlərindən istifadə etmək;

öz gəliri hesabına, müqavilə qiyməti ilə muzey əşyaları almaq;

mətbəə məhsullarını hazırlamaq, nəşr etmək satmaq;

gəlir gətirmək məqsədi ilə istehsal edilmiş suvenir məmulatlar üzərində daşınar daşınmaz muzey əşyalarının əkslərinin verilməsinə görə müəllif hüquqları onların bilavasitə mənsub olduqları muzeylərə məxsusdur. Muzey fonduna daxil olan hər hansı maddi mədəniyyət abidəsinin əksinin məmulat üzərində vermiş hər bir müəssisə, təşkilat əldə etdiyi gəlirin müəyyən faizini reklam etdirdiyi maddi mədəniyyət abidəsinin mənsub olduğu mülkiyyətçisinə ödəməlidir.

Dövlət muzeylərinin rəsmi dili Azərbaycan dilidir.

Hüquqi fiziki şəxslərin muzey əşyalarından kolleksiyalarından istifadə etməsi ilə bağlı nəşriyyat fəaliyyəti muzeyin razılığı ona istinad etməklə həyata keçirilir.

 

 Maddə 13. Muzey əşyalarının kolleksiyalarının nümayişi

 

Muzey fondlarına daxil olan dövlət muzeylərində saxlanılan muzey əşyaları kolleksiyaları ilə vətəndaşların tanış olması təmin edilir.

Muzey fondlarına daxil olan muzey əşyalarının kolleksiyalarının nümayişinin məhdudlaşdırılması mülkiyyətçi tərəfindən aşağıdakı əsaslara görə müəyyən edilə bilər:

mühafizə olunan muzey əşyalarının kolleksiyalarının yararsız vəziyyəti;

təmir bərpa işlərinin görülməsi;

muzey əşyalarının kolleksiyalarının muzey saxlanclarında yerləşdirilməsi.

Muzey saxlanclarında yerləşən muzey əşyalarının kolleksiyalarının nümayişi qaydaları şərtləri müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyənləşdirilir.

 

 Maddə 14. Muzey əşyalarının kolleksiyalarının publikasiyası

 

 

Muzey fondlarına daxil olan Azərbaycan Respublikası muzeylərində yerləşən muzey əşyaları kolleksiyaları haqqında ilk publikasiya hüququ həmin muzeylərə məxsusdur.

Muzey fondlarına daxil olan Azərbaycan Respublikası muzeylərində saxlanılan muzey əşyalarının kolleksiyalarının kommersiya məqsədi ilə əks etdirilməsi hüququ muzeylərə məxsusdur.

 

 

III fəsil

 

Muzey fondları, onların uçotu mühafİzəsİ

 

Maddə 15. Muzey fondlarının tərkibi

 

Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən muzeylərin fonduna daxil edilmiş muzey əşyaları kolleksiyaları Azərbaycan xalqının sərvətidir.

Muzey fondlarının tərkibinə aşağıdakılar daxildir:

Azərbaycan xalqının tarixi, mədəniyyəti məişəti ilə, dövlət cəmiyyətin həyatındakı ən mühüm hadisələrlə, elm texnikanın, incəsənət ədəbiyyatın inkişafı ilə, ictimai-siyasi, elm, mədəniyyət incəsənət xadimlərinin, hərbçilərin, tarixi hadisələrin fəal iştirakçılarının həyatı ilə bağlı olan ayrı-ayrı əşyalar kolleksiyalar;

incəsənətin memarlıq, təsviri, musiqi, teatr tətbiqi sənət, o cümlədən xalq sənəti digər növlərinə aid əsərlər;

geologiyanı, paleontologiyanı, mineralogiyanı, fauna floranı, təbiətşünaslıq tarixini xarakterizə edən ayrı-ayrı əşyalar kolleksiyalar;

əlyazmalar, qədim, nadir qiymətli nəşrlər;

numizmatika, heraldika, epiqrafika kolleksiyaları ayrı-ayrı əşyalar;

silah hərbə dair atributlar, eləcə hərb mövzusunda ayrı-ayrı əşyalar kolleksiyalar;

qiymətli metal daşlardan ibarət əşyalar, tərkiblərində qiymətli metal daşlar olan tarixi, bədii ya digər mədəni əhəmiyyətə malik ayrı-ayrı əşyalar kolleksiyalar;

tarixi, elmi, bədii mədəni əhəmiyyət kəsb edən digər əşyalar daxildir.

 

Maddə 16. Muzey fondlarının uçotu mühafizəsi

 

Muzey fondlarına daxil olan sərvətlərin mühafizəsi qorunması dövlət tərəfindən həyata keçirilir.

Muzey fondlarına daxil olan muzey sərvətlərinin uçotu mühafizəsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Qiymətli muzey əşyalarının mühafizə olunduğu dövlət muzeylərində mülkiyyətçilərin müqavilə öhdəliklərini yerinə yetirə bilməmələri səbəbindən muzeylərin mühafizəsini dayandırmaq, enerji rabitə vasitələrinin kəsilməsi qadağandır

 

 

Maddə 17. Muzey əşyalarının kolleksiyalarının muzey fondlarına daxil edilməsi çıxarılması

 

Muzey əşyalarının kolleksiyalarının muzey fondlarına daxil edilməsi müəyyən olunmuş qaydada ekspertiza aparıldıqdan sonra həyata keçirilir.

Muzey əşyaları kolleksiyaları muzey fondlarının əsas uçot sənədlərində müvafiq qeyd aparıldıqdan sonra muzey fondlarının tərkibində hesab edilir.

Muzey əşyalarının kolleksiyalarının muzey fondlarının tərkibindən çıxarılması bu Qanunun 20-ci maddəsində göstərilən hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

 

Maddə 18. Muzey fondlarının əsas uçot sənədləri

 

Muzey fondlarının əsas uçot sənədləri uçot - mühafizə kitabları kataloqdur.

Muzey fondlarının uçot - mühafizə kitabları muzey fondlarına daxil olan hər bir muzey əşyası kolleksiyası haqqında əsas məlumatı əks etdirən sənəddir.

Mədəniyyət haqqındaAzərbaycan Respublikası Qanununa müvafiq olaraq tərtib edilənAzərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət SiyahısıMədəniyyət sərvətlərinin mühafizə siyahısımuzey fondlarının kataloqu hesab edilir.

Muzey fondlarının əsas uçot sənədləri haqqında Əsasnamə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

 

 Maddə 19. Muzey fondlarına daxil olan muzey əşyalarının kolleksiyalarının dövriyyəsi

 Dövlət muzey fondlarına daxil olan muzey əşyaları kolleksiyaları müəyyən olunmuş qaydada bir hüquqi şəxsdən digərinə müvafiq icra hakimiyyəti orqanının razılığı ilə keçə bilər.

Mədəni sərvətlərin muzey fondlarına daxil edilməsi müvafiq icra hakimiyyəti orqanı nəzdində yaradılmış ekspert komissiyaları, muzeylərdə isə (xüsusi mülkiyyətdə olan muzeylərdən başqa) fond - satınalma komissiyası tərəfindən həyata keçirilir.

Muzey fondlarından muzey əşyalarının kolleksiyalarının dövlətlər arasında mədəni mübadilə yaxud müvəqqəti istifadə olunma məqsədi ilə verilməsi müvafiq icra hakimiyyəti orqanının yazılı icazəsi əsasında həyata keçirilir.

Muzey fondlarına daxil olan əşyaların kolleksiyaların dövriyyə məqsədi ilə verildiyi təşkilatlar əşyaların kolleksiyaların mühafizəsini, bununla bağlı uçot qeydiyyatın aparılmasını təmin etməlidirlər.

 

 

 

Maddə 20. Dövlət muzeyləri fondlarının tərkibi

 

Dövlət muzeyləri fondlarının tərkibinə daxil olan muzey əşyaları kolleksiyaları təbii fəlakət, yanğın, xarab olma habelə digər muzey əşyalarına kolleksiyalarına dəyişmə halları istisna edilməklə, muzeydən kənarlaşdırıla bilməz.

 

 Maddə 21. Muzeylərin fəaliyyətinə dövlət nəzarəti

 

Muzeylərin fəaliyyətinə dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən aşağıdakı qaydada həyata keçirilir:

muzeylərin saxlanması inkişafı üçün maliyyə vəsaitinin ayrılması onun xərclənməsinə nəzarət;

muzey əşyalarının kolleksiyalarının qorunub saxlanma vəziyyətinin mühafizə şəraitinin yoxlanılması;

muzey fondlarının dövlət qeydiyyatının həyata keçirilməsi üçün muzey əşyaları kolleksiyaları barədə zəruri informasiyaların alınması sorğuların göndərilməsi.

 

 

Maddə 22. Muzeylərə dövlət qayğısı

 

Müvafiq icra hakimiyyəti orqanı muzey fondlarına daxil olan muzey əşyalarının kolleksiyalarının mühafizəsi istifadəsi üçün şərait yaratmalıdır.

Müvafiq icra hakimiyyəti orqanları unikal bədii - tarixi komplekslərin, habelə ən böyük dövlət muzeylərində mühafizə edilən ümumdünya əhəmiyyətli muzey əşyalarının kolleksiyalarının qorunması üçün xüsusi qayğı göstərirlər.

Dövlət muzeylərinin inkişafına yönəldilmiş vaxtaşırı subsidiyalara, xeyriyyəçilik sponsorluğa görə hüquqi fiziki şəxslər həmin məqsədə yönəltdikləri vəsait həcmində vergidən azad olunurlar.

Maddə 23. Muzeylərin yerləşdiyi binalar

Muzeylərin yerləşdiyi binalar onların tutduğu sahələr muzeylərin balansına verilməlidir.

 

 

IV fəsil

 

Dövlət muzeylərİnİn malİyyələşdİrİlməsİ dövlət muzeylərİ İşçİlərİnİn sosİal müdafİəsİ

 Maddə 24. Dövlət muzeylərini maliyyələşdirmə mənbələri

 

Dövlət muzeyləri dövlət büdcəsi, büdcədənkənar daxilolmalar qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.[2]

 

Maddə 25. Muzeylərin təsərrüfat fəaliyyəti

 

Muzeylər qanunvericilikdə müəyyən olunmuş qaydada nizamnamələrinə (əsasnamələrinə) uyğun olaraq təsərrüfat fəaliyyəti ilə məşğul ola bilərlər. Bu fəaliyyətdən əldə edilən vəsaitdən (bələdiyyə mülkiyyətində xüsusi mülkiyyətdə olan muzeylər istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun olaraq istifadə edilir.[3]

 

 

Maddə 26. Dövlət muzeyləri işçilərinin sosial müdafiəsi

 

Dövlət muzeyləri işçilərinin sosial müdafiəsinə dövlət tərəfindən təminat verilir.

Dövlət muzeyləri işçilərinin əmək haqlarına elmi dərəcəyə (fəlsəfə doktoru, elmlər doktoru), fəxri adlara xarici dillərdə ekskursiyalar aparmağa görə əlavələr müəyyən olunur.[4]

Muzeylərin statusu, spesifik xüsusiyyətləri nəzərə alınmaqla işçilərə əmək haqqından əlavə, digər ödənişlər tətbiq edilə bilər.

Müvafiq icra hakimiyyəti orqanları, müəssisə, idarə, təşkilatlar öz tabeliklərində olan muzeylərin işçilərinə əlavə kompensasiyalar müəyyən edə bilərlər. Muzey işçiləri dövlət muzeyləri sərgilərinə pulsuz tamaşa edə bilərlər.

Dövlət muzeyləri işçilərinin əmək haqları mədəniyyət sahəsində müvafiq icra hakimiyyəti orqanında çalışan işçilərin vəzifə maaşlarına bərabər tutulur.

 

 

 

V fəsil

 

Yekun müddəaları

 

Maddə 27. Beynəlxalq əməkdaşlıq

Azərbaycan Respublikasındakı muzeylər Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrə uyğun olaraq beynəlxalq mədəni əməkdaşlığı həyata keçirirlər.

Maddə 28. Bu Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun pozulmasında təqsirli olan hüquqi fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

 

 

Azərbaycan Respublikasının Prezidenti Heydər ӘLİYEV

Bakı şəhəri, 24 mart 2000-ci il

¹ 839-IQ

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu.-2000.- 30 iyun, ¹ 6.- S. 2377-2385.