"Azərbaycan Respublikası Hökuməti Almaniya Federativ Respublikası Hökuməti arasında maliyyə əməkdaşlığı haqqında" Sazişin (1998) təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. "Azərbaycan Respublikası Hökuməti Almaniya Federativ Respublikası Hökuməti arasında maliyyə əməkdaşlığı haqqında" 1998-ci il dekabrın 21-də Bakı şəhərində imzalanmış Saziş (1998) təsdiq edilsin.

2. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev

Bakı şəhəri, 17 mart 2000-ci il

¹ 837-IQ

 

 

 

Azərbaycan Respublikası Hökuməti Almaniya Federativ Respublikası Hökuməti arasında maliyyə əməkdaşlığı haqqında

 

Saziş (1998)

 

 

 

 Azərbaycan Respublikası Hökuməti Almaniya Federativ Respublikası Hökuməti Azərbaycan Respublikası Almaniya Federativ Respublikası arasında olan dostluq əlaqələri ruhunda, bu əlaqələrin maliyyə sahəsində əməkdaşlıq vasitəsilə daha da möhkəmləndirilməsini dərinləşdirilməsini arzulayaraq,

 bu əlaqələrin dəstəklənməsinin bu Sazişin əsasını təşkil etdiyini dərk edərək, Azərbaycan Respublikasının sosial iqtisadi inkişafına kömək məqsədi ilə, 8—9 iyul 1998-ci il tarixdə Bonnda hər iki hökumət arasında keçirilmiş danışıqların nəticələrinin həyata keçirilməsi məqsədi ilə aşağıdakı razılığa gəldilər:

 

 

Maddə 1

 

 

 (1) Almaniya Federativ Respublikası Hökuməti Azərbaycan Respublikası Hökumətinə ya hər iki hökumət tərəfindən seçiləcək digər borc alana Yenidənqurma Kredit Bankından, Frankfurt Mayn

 1. a) «Kiçik orta sahibkarlığın inkişafı proqramı» 10.000.000-a qədər AM (sözlə: on milyon alman markası) həcmində ssuda,

 b) «Enerji ötürülməsinin reabilitasiyası» 30.000.000-a qədər AM (sözlə: otuz milyon Alman Markası) həcmində ssuda, bu sahələrin ehtiyacını təsdiq edən yoxlamadan sonra cəmi 40.000.000-a qədər AM (sözlə: qırx milyon alman markası) həcmində ssuda;

 2. Bu Sazişin 1-ci maddəsinin a) bəndində göstərilmiş «Kiçik orta sahibkarlığın inkişafı proqramı»nın həyata keçirilməsi işə rəhbərlik üçün vacib olan digər tədbirlərdən ötrü 2.000.000-a qədər AM (sözlə: iki milyon alman markası) həcmində maliyyə yardımı ayırır.

 (2) Bu Sazişin 1-ci maddəsində göstərilən layihələr Azərbaycan Respublikası Hökuməti ilə Almaniya Federativ Respublikası Hökuməti arasında qarşılıqlı razılaşma əsasında başqa layihələrlə əvəz edilə bilər.

 (3) Əgər Almaniya Federativ Respublikası Hökuməti gələcəkdə Azərbaycan Respublikası Hökumətinə Yenidənqurma Kredit Bankı tərəfindən 1-ci maddədə nəzərdə tutulmuş layihələrin həyata keçirilməsi onlara rəhbərlik edilməsi üçün lazım olan əlaqədar tədbirlərdən ötrü digər maliyyə yardımlarını almaq imkanını yaradarsa, onda bu Saziş tətbiq edilir.

 (4) Bu maddənin 1-ci bəndinin 2-ci yarımbəndinə 3-cü bəndinə müvafiq olaraq hazırlıq digər əlaqədar tədbirlər üçün nəzərdə tutulmuş maliyyə yardımı başqa məqsədlərə istifadə edilərsə, ssuda hesab ediləcəkdir.

 

 

Maddə 2

 

(1)  Bu Sazişin 1-ci maddəsinin 1-ci bəndində göstərilən məbləğlərin istifadəsi, onların verilməsi, habelə sifarişlərin yerləşdirilməsi şərtləri Almaniya Federativ Respublikasında mövcud olan qanunvericiliyə uyğun olaraq, Yenidənqurma Kredit Bankı ilə ssuda ya maliyyə yardımı alanlar arasında bağlanmış müqavilələrlə tənzimlənir.

(2)   Bu Sazişin 1-ci maddəsinin 1-ci 2-ci bəndində razılaşdırılmış məbləğin verilməsi üzrə öhdəlik, həmin öhdəliyin qüvvəyə mindiyi ildən etibarən 8 il müddətində ssudanın ya maliyyə yardımının verilməsi barədə müqavilə imzalanmazsa, qüvvədən düşmüş hesab olunur. Bu məbləğlər üçün müddət 2006-cı ildə bitir.

 (2) Azərbaycan Respublikası Hökuməti, əgər ssudanı bilavasitə alan tərəf deyilsə, bu maddənin 1-ci bəndində göstərilən maliyyələşdirmə sazişlərinin bağlanması ilə əlaqədar ssuda alanların öhdəlikləri üzrə bütün ödənişlərin alman markası ilə həyata keçirilməsi üçün Yenidənqurma Kredit Bankına zəmanət verəcəkdir.

 (3) Azərbaycan Respublikası Hökuməti, əgər maliyyə yardımını bilavasitə alan tərəf deyilsə, bu maddənin 1-ci bəndində göstərilən maliyyələşdirmə sazişlərinin bağlanması ilə əlaqədar məbləğlərin qaytarılması üzrə mümkün tələblərin yerinə yetirilməsi üçün Yenidənqurma Kredit Bankına zəmanət verəcəkdir.

 

 

Maddə 3

 

 

 Azərbaycan Respublikası Hökuməti Yenidənqurma Kredit Bankını bu Sazişin 2-ci maddəsində göstərilən müqavilələrin bağlanması həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasında bütün vergi digər dövlət yığımlarından azad edir.

 

 

Maddə 4

 

 

 Azərbaycan Respublikası Hökuməti ssudanın maliyyə yardımının verilməsi ilə əlaqədar dəniz, quru hava ilə sərnişin yüklərin daşınmasında sərnişinlərə mal göndərənlərə nəqliyyat müəssisəsinin sərbəst surətdə seçilməsini təmin edir, Almaniya Federativ Respublikasında yerləşən nəqliyyat müəssisələrinin bərabərhüquqlu iştirakını istisna edən ya mürəkkəbləşdirən heç bir tədbir görmür, lazım olduğu təqdirdə onların iştirakına icazə verir.

 

 

Maddə 5

 

 Azərbaycan Respublikası Hökuməti 2-ci maddədə göstərilən müqavilələrin bağlanması həyata keçirilməsi ilə əlaqədar olaraq, Azərbaycan Respublikasına gəlməli olan bütün şəxslər üçün Yenidənqurma Kredit Bankı tərəfindən Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasında olan nümayəndəliyinə məlumat verildikdən sonra beş günü ərzində rüsumsuz olaraq birdəfəlik giriş üçün icazə verir.

 

Maddə 6

 

 Bu Saziş imzalandığı gündən qüvvəyə minir.

 Bakı şəhərində, 1 dekabr 1998-ci ildə, iki nüsxədə, hər biri Azərbaycan, alman rus dillərində olmaqla imzalanmışdır bütün mətnlər eyni qüvvəyə malikdir. Azərbaycan alman dillərində olan mətnlərin təfsiri zamanı fikir ayrılığı olarsa, rus dilində olan mətn üstünlük təşkil edir.

 

 

Azərbaycan Respublikası Hökuməti                             Almaniya Federativ Respublikası Hökuməti

 

                            adından                                                                                      adından

 

 

 

       (imza)                                                                                             (imza)

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu.-2000.- 30 iyun, ¹ 6.- S. 2371-2373.