İnzibati
hüquqpozmalar haqqında
Azərbaycan Respublikası
Məcəlləsinə əlavələr
və dəyişikliklər
edilməsi barədə[1]
Azərbaycan
RESPUBLİKASININ Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi
qərara alır:
Azərbaycan
Respublikasının 1984-cü il 18 dekabr tarixli
Qanunu ilə təsdiq edilmiş İnzibati Hüquqpozmalar haqqında Azərbaycan Respublikası Məcəlləsinə
(Azərbaycan Respublikası
Ali Sovetinin məlumatı, 1984-cü il,
¹ 23, maddə 198; 1985-ci il,
¹ 3, maddə 33, ¹ 9, maddə
112, ¹ 11, maddə 130, ¹ 21, maddə
204; 1986-cı il, ¹ 6-7, maddə
24, ¹ 12, maddə 72; 1987-ci il,
¹ 1-2, maddə 6, ¹ 6, maddə
48, ¹ 12, maddə 118, ¹ 15-16, maddə 153, ¹ 21, maddə
215, ¹ 24, maddə 250; 1988-ci il, ¹ 1, maddə 1, ¹ 5-6, maddə 35, ¹ 8, maddə
58, ¹ 10, maddə 79, ¹ 15, maddə
139, ¹ 16, maddə 150, ¹ 18-19, maddə 173, ¹ 22-23, maddə
220; 1989-cu il, ¹ 4, maddə
27, ¹ 9, maddə 69, ¹ 13-14, maddə
107; 1990-cı il, ¹ 8, maddələr
53, 55, ¹ 12, maddə 155; 1991-ci il, ¹ 12-13, maddə 203, ¹
14, maddə 236; 1992-ci il,
¹ 16, maddə 687, ¹ 18, maddələr
828, 829, ¹ 21, maddə 922; 1993-cü il, ¹ 6, maddə 158, ¹ 15, maddə 423; 1994-cü il,
¹ 9, maddə 97; 1995-ci il,
¹ 7, maddə 135, ¹ 22, maddələr
348, 357; Azərbaycan Respublikasının
qanunvericilik toplusu,
1997-ci il, ¹ 2, maddə
142, ¹ 3, maddə 202, ¹ 4, maddələr
287, 296, 301, 303, ¹ 5, maddələr 388, 394,
419, 420, ¹ 6, maddə 457; 1998-ci il, ¹ 1, maddə 9, ¹ 2, maddə 60, ¹ 5 maddələr
305, 306, ¹ 6, maddə 367, ¹ 8, maddə 488; 1998-ci il 24 noyabr tarixli, 542-IQD saylı Azərbaycan Respublikasının Qanunu;
1999-cu il 30 mart tarixli, 636-IQD saylı Azərbaycan Respublikasının
Qanunu; 1999-cu il 30 mart tarixli, 637-IQD saylı Azərbaycan Respublikasının Qanunu;
1999-cu il 30 mart tarixli, 639-IQD saylı Azərbaycan Respublikasının
Qanunu; 1999-cu il 30 mart tarixli, 642-IQD saylı Azərbaycan Respublikasının Qanunu;
1999-cu il 30 mart tarixli, 645-IQD saylı Azərbaycan Respublikasının
Qanunu) aşağıdakı
əlavələr və
dəyişikliklər edilsin:
I. 249-cu və
251-ci maddələr aşağıdakı
redaksiyada verilsin:
«Maddə 249. İnzibati
qaydada tutma
İnzibati
qaydada tutma, yəni fiziki şəxsin azadlığının
qısa müddətə
məhdudlaşdırılması, müstəsna hallarda inzibati hüquqpozma haqqında işin düzgün və vaxtında baxılmasını
və ya inzibati hüquqpozma haqqında iş üzrə qərarın icrasını təmin etmək üçün zəruri hesab edildikdə tətbiq oluna bilər. İnzibati qaydada tutma aşağıda göstərilən səlahiyyətli
orqanlar (vəzifəli
şəxslər) tərəfindən
həyata keçirilir:
1) daxili
işlər orqanlarının
vəzifəli şəxsləri
— xırda xuliqanlıq
edildikdə, şəxs
polis işçisinin,
habelə hərbi qulluqçunun qanuni sərəncamına və
ya tələbinə qəsdən tabe olmadıqda, şəxs insan ləyaqətini alçaldan və ictimai əxlaqı təhqir edən sərxoş vəziyyətdə
ictimai yerlərə gəldikdə, ov, balıq ovu və balıq ehtiyatlarını mühafizə
qaydaları pozulduqda;
2) sərhəd
qoşunları — sərhəd
rejimi və ya Azərbaycan Respublikasının dövlət
sərhədinin buraxılış
məntəqələrində rejim pozulduqda;
3) mühafizə
olunan obyektin olduğu yerdə hərbiləşdirilmiş mühafizə
dəstəsinin yuxarı
vəzifəli şəxsi
— mühafizə edilən
obyektlərə, digər
dövlət əmlakına
və ya ictimai əmlaka qəsd edilməsi ilə əlaqədar hüquqpozmalar törədildikdə;
4) hərbi
avtomobil müfəttişliyinin
vəzifəli şəxsləri
— Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin
nəqliyyat vasitələrini
idarə edən sürücülər və
ya başqa şəxslər tərəfindən
yol hərəkəti
qaydaları pozulduqda;
5) fövqəladə
vəziyyət elan olunmuş yerin komendantlığının və
xüsusi idarəetmə
orqanının vəzifəli
şəxsləri — fövqəladə
vəziyyət rejimi pozulduqda.
İnzibati
qaydada tutulan şəxsin xahişi ilə onun olduğu
yer haqqında dərhal yaxın qohumlarına, işlədiyi
və ya təhsil aldığı
yerin müdiriyyətinə,
eləcə də vəkilinə məlumat verilir.
Yetkinlik
yaşına çatmayan
şəxsin inzibati qaydada tutulması haqqında onun valideynlərinə və ya qanuni nümayəndələrinə
məlumat verilməsi
məcburidir.
İnzibati
qaydada tutulan şəxsə bu Məcəllə ilə müəyyən edilmiş
hüquqları izah olunmalı, bu barədə inzibati qaydada tutma haqqında
protokolda qeyd edilməlidir.
«Maddə 251. İnzibati
qaydada tutma müddətləri
İnzibati
hüquqpozma törətmiş
şəxsin inzibati qaydada tutulması, bu maddənin ikinci və üçüncü hissələri
istisna olunmaqla, üç saatdan çox ola bilməz.
Sərhəd
rejimini və ya Azərbaycan Respublikasının dövlət
sərhədinin buraxılış
məntəqələrində rejimi pozduğuna görə barəsində
inzibati hüquqpozma haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən törədilən
hüquqpozmanın hallarını,
habelə onun şəxsiyyətini müəyyən
etmək üçün
inzibati qaydada tutma 24 saatadək müddətə və ya hüquqpozma törədənin şəxsiyyətini
təsdiq edən sənədləri olmadıqda,
hakimin sanksiyası ilə üç günədək müddətə
tətbiq edilə bilər.
Barəsində
inzibati həbs tənbeh növünün
tətbiqini nəzərdə
tutan inzibati hüquqpozma haqqında iş üzrə icraat aparılan şəxsin inzibati qaydada tutulması 24 saatdan çox ola bilməz.
İnzibati
qaydada tutma müddəti pozuntu törətmiş şəxs
faktiki olaraq saxlanıldığı andan,
sərxoş halda olmuş şəxsin isə, ayıldığı
vaxtdan hesablanır».
II. Məcəlləyə
aşağıdakı redaksiyada
249-1, 250-1 və 259-1-ci maddələr
əlavə edilsin:
«Maddə 249-1. İnzibati
qaydada tutma haqqında protokol
İnzibati hüquqpozma törətmiş
şəxsi tutma haqqında hər bir halda protokol
tərtib edilir və orada aşağıdakılar
göstərilir:
protokolun tərtib
edildiyi tarix və yer;
protokolu tərtib etmiş şəxsin vəzifəsi,
soyadı, adı və atasının adı;
tutulanın şəxsiyyəti haqqında
məlumat;
tutmanın vaxtı və səbəbləri.
Protokol onu tərtib etmiş vəzifəli şəxs və tutulmuş şəxs tərəfindən imzalanır.
Tutulmuş şəxs
protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda qeyd edilir. Tutulmuş şəxsin izahat və protokolun məzmunu barədə öz mülahizələrini
təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini
göstərmək hüququ
vardır. Onun bu izahatı və mülahizələri
protokola əlavə olunur.»
«Maddə 250-1. İnzibati qaydada tutulmuş şəxsin hüquqlarının təmin
edilməsi
Səlahiyyətli
orqan (vəzifəli şəxs) inzibati hüquqpozma törətmiş
şəxsin bu Məcəllə ilə müəyyən edilmiş
hüquqlarının təmin
edilməsi üçün
aşağıdakı tədbirləri
görməlidir:
tutulmuş şəxsi inzibati hüquqpozma haqqında protokolla tanış etməlidir;
tutulmuş şəxsə dərhal onun tutulmasının əsaslarını bildirməli,
onun hüquqlarını
izah etməlidir;
tutulmuş şəxsin xahişi ilə yaxın qohumlarına, işlədiyi
və ya təhsil aldığı
yerin müdiriyyətinə,
yaxud vəkilinə məlumat verməlidir;
tutulmuş yetkinlik yaşına çatmayan şəxsin valideynlərinə və ya qanuni nümayəndələrinə
dərhal məlumat verməlidir;
tutulmuş şəxslə davranışda
onun şəxsiyyətinə
və ləyaqətinə
hörmətlə yanaşmalıdır;
tutulmuş şəxsə öz vəkili ilə əlaqə saxlamaq və onunla görüşmək imkanı
yaratmalıdır;
tutulmuş şəxsin öz vəkili olmadıqda ona müvəqqəti saxlama yeri üzrə
ərazidə hüquq
məsləhətxanasında fəaliyyət göstərən
vəkillərin siyahısını
təqdim etməlidir,
seçilmiş vəkillə
əlaqə saxlamaq və onunla görüşmək imkanı
yaratmalıdır.»
«Maddə
259-1. Vəkilin iştirakının
məcburiliyi
İnzibati qaydada tutulan yetkinlik yaşına çatmayanların, lal, kar, kor, fiziki
və ya psixi qüsurları üzündən özlərinin
müdafiə hüququnu
həyata keçirə
bilməyən sair şəxslərin işlərində,
habelə inzibati tənbeh növü kimi inzibati həbsin
tətbiqini nəzərdə
tutan inzibati hüquqpozma törətmiş
şəxslərin işlərində
vəkilin iştirakı
məcburidir.
Belə hallarda vəkil inzibati hüquqpozma haqqında iş üzrə icraatda iştirak etməyə səlahiyyətli orqan (vəzifəli şəxs)
tərəfindən inzibati
hüquqpozma haqqında
və ya inzibati qaydada tutma haqqında protokol tərtib edildiyi vaxtdan buraxılır.
Əgər bu müddətdə inzibati hüquqpozma törətmiş şəxs tərəfindən seçilmiş vəkilin gəlməsi qeyri-mümkündürsə, səlahiyyətli orqan (vəzifəli şəxs) Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həmin şəxsi vəkillə təmin edir.
Maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmayan inzibati qaydada tutulmuş şəxsə dövlət hesabına hüquqi yardım göstərən vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz.
Bu maddədə göstərilən
hallarda vəkil öz vəzifələrini
yerinə yetirmədikdə
və ya yerinə yetirməkdən
imtina etdikdə, o, Azərbaycan Respublikasının
qanunvericiliyi ilə nəzərdə tutulmuş
qaydada məsuliyyət
daşıyır.»
III. Məcəllədən
250-ci maddə çıxarılsın.
IV. Bu Qanun dərc olunduğu gündən qüvvəyə
minir.
Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV
Bakı
şəhəri, 24 mart
2000-ci il
¹ 855-IQD
Azərbaycan Respublikasının
Qanunvericilik toplusu.-2000.-
30 iyun, ¹ 6.- S. 2479-2482.