Azərbaycan
Respublikasının Gədəbəy
rayonunun inzibati ərazi bölgüsündə
qismən dəyişikliklər
edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının
Milli Məclisi qərara alır:
Azərbaycan Respublikasının
Gədəbəy rayonunun
inzibati ərazi bölgüsündə aşağıdakı
dəyişikliklər edilsin:
Ağamalı kəndi
Orconikidze kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Ağamalı kənd inzibati ərazi vahidi yaradılsın.
Azərbaycan Respublikasının Prezidenti
Heydər Əlİyev
Bakı şəhəri,
4 aprel 2000-ci il
№ 856-IQ
Azərbaycan Respublikasının
Qanunvericilik toplusu.-2000.-
30 iyun, № 6.- S. 2482.