«Notariat haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi haqqında
Azərbaycan
RESPUBLİKASININ Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi
qərara alır:
I. «Notariat haqqında» Azərbaycan Respublikası Qanununa (26 noyabr 1999-cu il, ¹ 762-IQ) aşağıdakı əlavələr
və dəyişikliklər
edilsin:
1. 30-cu maddənin
üçüncü hissəsindəki
«25» və «75» rəqəmləri
müvafiq olaraq «15» və «85» rəqəmləri
ilə əvəz edilsin.
2. Qanunun
1 saylı Əlavəsi
— «Dövlət rüsumunun
dərəcələri» aşağıdakı
redaksiyada verilsin:
«1 saylı Əlavə
- dövlət rüsumunun
dərəcələri
Notariat
hərəkətlərinin aparılmasına görə
alınan dövlət
rüsumunun dərəcələri
aşağıdakılardır:
1. daşınmaz
əmlakın (mənzillərin,
bağ evlərinin, qurğuların, tikililərin,
torpaqların və başqa daşınmaz əmlakın) özgəninkiləşdirilməsi,
mənzil sahələrinin
və bağ evlərinin müvəqqəti
istifadəyə verilməsi
barədə müqavilələrin
təsdiqi üçün:
a) müqavilə
üzrə əmlak ərə (arvada), uşaqlara, valideynlərə,
babaya, nənəyə,
nəvəyə, qardaşa,
bacıya, keçirsə
— aylıq əmək
haqqının vergi tutulmayan məbləğinin
0,5 misli miqdarında;
b) müqavilə
üzrə əmlak başqa vətəndaşlara
və ya hüquqi şəxslərə
keçirsə — Bakı
şəhərində aylıq
əmək haqqının
vergi tutulmayan məbləğinin 7 misli
miqdarında, digər
şəhər və
rayonlarda — aylıq əmək haqqının
vergi tutulmayan məbləğinin 3 misli
miqdarında;
c) müqavilə
üzrə əmlak xarici ölkənin vətəndaşı və
ya hüquqi şəxsinə və ya vətəndaşlığı
olmayan şəxsə
keçərsə — aylıq
əmək haqqının
vergi tutulmayan məbləğinin 20 misli
miqdarında;
ç) mənzil sahələrinin və bağ evlərinin müvəqqəti istifadəyə verilməsi üçün — aylıq əmək haqqının vergi tutulmayan məbləğinin 0,5 misli miqdarında;
2. Nəqliyyat
vasitələrinin özgəninkiləşdirilməsi
müqavilələrinin təsdiqi
üçün:
a) müqavilə
üzrə əmlak ərə (arvada), uşaqlara, valideynlərə,
babaya, nənəyə,
nəvəyə, qardaşa,
bacıya keçirsə
— aylıq əmək
haqqının vergi tutulmayan məbləğinin
0,2 misli miqdarında;
b) müqavilə
üzrə əmlak digər vətəndaşlara
və ya hüquqi şəxslərə
keçirsə — aylıq
əmək haqqının
vergi tutulmayan məbləğinin 0,5 misli
miqdarında;
c) müqavilə
üzrə əmlak xarici ölkənin vətəndaşına və
ya hüquqi şəxsinə və vətəndaşlığı olmayan şəxslərə
keçərsə — aylıq
əmək haqqının
vergi tutulmayan məbləğinin 1 misli
miqdarında;
3. Yaşayış
evlərinin tikintisi üçün torpaq sahələrinin müddətsiz
istifadəyə verilməsi
haqqında müqavilələrin
təsdiqi üçün:
a) müqavilə
üzrə istifadə
hüququ ərə (arvada), uşaqlara, babaya, nənəyə, nəvəyə, valideynlərə,
qardaşa, bacıya, keçirsə — aylıq əmək haqqının
vergi tutulmayan məbləğinin 0,1 misli
miqdarında;
b) müqavilə
üzrə istifadə
hüququ digər vətəndaşlara keçirsə
— aylıq əmək
haqqının vergi tutulmayan məbləğinin
0,2 misli miqdarında;
c) müqavilə
üzrə istifadə
hüququ fəaliyyət
növündən və
mülkiyyət formasından
asılı olmayaraq hüquqi şəxsə keçirsə — aylıq əmək haqqının
vergi tutulmayan məbləğinin 0,3 misli
miqdarında;
4. qiymətləndirilən
başqa müqavilələrin
təsdiqi üçün:
a) tərəflər
ər (arvad), uşaqlar, valideynlər, baba, nənə, nəvə, qardaş, bacıdan ibarətdirsə
— aylıq əmək
haqqının vergi tutulmayan məbləğinin
0,5 misli miqdarında;
b) tərəflər
digər vətəndaşlardan
ibarətdirsə — aylıq
əmək haqqının
vergi tutulmayan məbləğinin 3 misli
miqdarında;
c) tərəflərdən
biri fəaliyyət növündən və mülkiyyət formasından
asılı olmayaraq hüquqi şəxsdirsə
— aylıq əmək
haqqının vergi tutulmayan məbləğinin
10 misli miqdarında;
5. əmlak
bölgüsü, zaminlik,
təsis və başqa qiymətləndirilməyən
müqavilələrin, əvvəllər
bağlanmış müqavilənin
ləğvi barədə
sazişin təsdiqi üçün:
a) tərəflər
ər (arvad), uşaqlar, valideynlər, baba, nənə, nəvə, qardaş, bacıdan ibarətdirsə
— aylıq əmək
haqqının vergi tutulmayan məbləğinin
0,1 misli miqdarında;
b) tərəflər
digər vətəndaşlardan
ibarətdirsə — aylıq
əmək haqqının
vergi tutulmayan məbləğinin 0,2 misli
miqdarında;
c) tərəflərdən
biri fəaliyyət növündən və mülkiyyət formasından
asılı olmayaraq hüquqi şəxsdirsə
— aylıq əmək
haqqının vergi tutulmayan məbləğinin
0,3 misli miqdarında;
6. vərəsəlik
hüququ haqqında şəhadətnamələrin verilməsi üçün:
a) qanunla
müəyyən edilən
bütün növbəli
vərəsələrə — aylıq əmək haqqının vergi tutulmayan məbləğinin
0,1 misli miqdarında;
b) vərəsə
digər vətəndaşdırsa
və ya hüquqi şəxsdirsə
— aylıq əmək
haqqının vergi tutulmayan məbləğinin
0,6 misli miqdarında;
7. ər-arvadın birgə nikah dövründə qazanılmış ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqındakı şəhadətnamələrin verilməsi üçün — aylıq əmək haqqının vergi tutulmayan məbləğinin 0,1 misli miqdarında;
8. əmlakın, o cümlədən
nəqliyyat vasitələrinin
özgəninkiləşdirilməsi və ona sərəncam
verilməsi, kredit əməliyyatlarının aparılması
üçün verilən
vəkalətnamələrin təsdiqi üçün:
a) vəkalətnamə
ərə (arvada), uşaqlara, valideynlərə,
babaya, nənəyə,
nəvəyə, qardaşa,
bacıya, verilirsə
— aylıq əmək
haqqının vergi tutulmayan məbləğinin
0,1 misli miqdarında;
b) vəkalətnamə
digər vətəndaşlara
verilirsə — aylıq
əmək haqqının
vergi tutulmayan məbləğinin 0,2 misli
miqdarında;
c) vəkalətnamə
fəaliyyət növündən
və mülkiyyət
formasından asılı
olmayaraq hüquqi şəxsə verilirsə
— aylıq əmək
haqqının vergi tutulmayan məbləğinin
0,3 misli miqdarında;
9. əmlakdan,
o cümlədən nəqliyyat
vasitələrindən istifadə
edilməsi və başqa vəkalətnamələrin
təsdiqi üçün:
a) vəkalətnamə
ərə (arvada), uşaqlara, valideynlərə,
babaya, nənəyə,
nəvəyə, qardaşa,
bacıya verilirsə
— aylıq əmək
haqqının vergi tutulmayan məbləğinin
0,1 misli miqdarında;
b) vəkalətnamə
digər vətəndaşlara
verilirsə — aylıq
əmək haqqının
vergi tutulmayan məbləğinin 0,2 misli
miqdarında;
c) vəkalətnamə
fəaliyyət növündən
və mülkiyyət
formasından asılı
olmayaraq hüquqi şəxsə verilirsə
— aylıq əmək
haqqının vergi tutulmayan məbləğinin
0,3 misli miqdarında;
10. vərəsəlik
əmlakının mühafizəsi
barədə tədbir
görülməsi üçün:
a) vərəsə
Azərbaycan Respublikasının
vətəndaşıdırsa — aylıq əmək haqqının vergi tutulmayan məbləğinin
0,2 misli miqdarında;
b) vərəsə
Azərbaycan Respublikasının
hüquqi şəxsidirsə
— aylıq əmək
haqqının vergi tutulmayan məbləğinin
0,3 misli miqdarında;
c) vərəsə
xarici ölkənin vətəndaşı və
ya hüquqi şəxsidirsə və
ya vətəndaşlığı
olmayan şəxsdirsə
— aylıq əmək
haqqının vergi tutulmayan məbləğinin
0,5 misli miqdarında;
11. dəniz
protestlərinin tərtibi
üçün — aylıq
əmək haqqının
vergi tutulmayan məbləğinin 0,5 misli
miqdarında;
12. vəsiyyətnamələrin
təsdiqi üçün:
a) miras
qoyan Azərbaycan Respublikasının vətəndaşıdırsa
— aylıq əmək
haqqının vergi tutulmayan məbləğinin
0,1 misli miqdarında;
b) miras
qoyan xarici ölkənin vətəndaşıdırsa
və ya vətəndaşlığı olmayan şəxsdirsə
— aylıq əmək
haqqının vergi tutulmayan məbləğinin
0,2 misli miqdarında;
13. notariat
qaydasında təsdiq
edilmiş sənədlərin
təkrarən verilməsi
(dublikat) üçün:
a) Azərbaycan
Respublikasının vətəndaşlarına
— aylıq əmək
haqqının vergi tutulmayan məbləğinin
0,05 misli miqdarında;
b) hüquqi
şəxslərə — aylıq
əmək haqqının
vergi tutulmayan məbləğinin 0,1 misli
miqdarında;
14. sənədlərin
bir dildən başqa dilə tәrcümәsinin düzgünlüyünün
təsdiqi, (hər səhifəyə görə),
sənədlərdən surət
və çıxarışların
düzgünlüyünün təsdiqi, sənədlərdəki
imzanın həqiqiliyinin,
həmçinin tərcüməçinin
imzasının həqiqiliyinin
və vətəndaşla
fotoşəkildəki şəxsin
eyniliyinin təsdiqi üçün:
a) Azərbaycan
Respublikasının vətəndaşlarına
— aylıq əmək
haqqının vergi tutulmayan məbləğinin
0,01 misli miqdarında;
b) Azərbaycan
Respublikasının hüquqi
şəxslərinə — aylıq
əmək haqqının
vergi tutulmayan məbləğinin 0,02 misli
miqdarında;
15. icra
qeydlərinin aparılması
üçün:
a) vətəndaşlara
— aylıq əmək
haqqının vergi tutulmayan məbləğinin
0,2 misli miqdarında;
b) hüquqi
şəxslərə — aylıq
əmək haqqının
vergi tutulmayan məbləğinin 0,3 misli
miqdarında;
16. vətəndaşların, dövlət idarə, müəssisə və təşkilatlarının, kooperativ və digər ictimai təşkilatların ərizələrinin başqa vətəndaşlara, dövlət idarə, müəssisə və təşkilatlarına, kooperativ və başqa ictimai təşkilatlara verilməsi və bu maddənin 1—15 bəndlərində göstərilən hərəkətlərdən başqa aparılan notariat hərəkətləri üçün — aylıq əmək haqqının vergi tutulmayan məbləğinin 0,1 misli miqdarında».
3. Qanunun 2 saylı
Əlavəsi — «Əlavə
xidmət haqqının
məbləğləri haqqında»
aşağıdakı redaksiyada
verilsin:
«2 saylı ƏLAVƏ - Əlavə xidmət haqqının məbləğləri
Əlavə
xidmət haqqının
məbləğləri aşağıdakılardır:
1. Müştərinin
verdiyi bildiriş üzrə əvvəlcədən
razılaşdırılmış vaxtda qəbulu üçün — aylıq
əmək haqqının
vergi tutulmayan məbləğinin 0,1 misli
miqdarında;
2. Bu
Qanunla müəyyən
edilmiş hallarda müştərini onun qabaqcadan verdiyi bildiriş üzrə iş yerindən kənarda notariat hərəkətlərinin kənarda
aparılmasına görə
getmək üçün
— aylıq əmək
haqqının vergi tutulmayan məbləğinin
0,1 misli miqdarında;
3. Notariusun
iş yerindən kənarda notariat hərəkətlərinin aparılmasına
görə olduğu vaxtın hər bir saatı üçün — aylıq
əmək haqqının
vergi tutulmayan məbləğinin 0,1 misli
miqdarında;
4. Aparılan
notariat hərəkəti
ilə bağlı olmayan məsələlərə
dair yazılı məsləhətlər üçün
— aylıq əmək
haqqının vergi tutulmayan məbləğinin
0,1 misli miqdarında;
5. Aparılan
notariat hərəkəti
ilə bağlı olmayan sənədin layihəsinin tərtibi üçün — aylıq
əmək haqqının
vergi tutulmayan məbləğinin 0,05 misli
miqdarında».
II. Bu
Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV
Bakı şəhəri, 18 aprel 2000-ci il
¹ 865-IQD
Azərbaycan Respublikasının
Qanunvericilik toplusu.-2000.-
30 iyun, ¹ 6.- S. 2487-2491.