Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Kənan Yavər oğlu Gürəlin Hacımurad  Söhrab oğlu Sadəddinovun əfv edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

 Azərbaycan Respublikası Prezidentinin ünvanına azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Kənan Yavər oğlu Gürəlin   Hacımurad Söhrab oğlu Sadəddinovun əfv edilməsi barədə müraciətlər daxil olmuşdur. Həmin müraciətlərdə göstərilir ki, onlar Azərbaycan  Respublikasının suverenliyi, müstəqilliyi, dövlət təhlükəsizliyi müdafiə qabiliyyəti zərərinə hərəkət edərək qəsdən ağır cinayətlər  törətmişlər. Bu müraciətlərdə həmçinin qeyd olunur ki, onlar cəzalarının bir hissəsini çəkdikdən sonra törətdikləri cinayətləri dərk edib öz  əməllərindən peşman olmuşlar ailə vəziyyətlərinin ağırlığı, səhhətlərini nəzərə alaraq əfv olunmalarını xahiş edirlər.

 Bütün bunları nəzərə alaraq, habelə insan hüquq azadlıqlarına hörmətin, ədalət humanizmin təzahürü olan bu güzəştdən həmin  şəxslərin düzgün nəticə çıxaracaqlarını, qanunlara hörmət ruhunda davranacaqlarını arzulayaraq Azərbaycan Respublikası  Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

 I. Azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş aşağıdakı şəxslər cəzanın çəkilməmiş hissəsindən azad edilsinlər:

 1. Gürəl Kənan Yavər oğlu, 1953-cü ildə anadan olmuş, Avstriya Respublikasının vətəndaşı, Azərbaycan Respublikası Ali  Məhkəməsinin 1996-cı il 5 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir.

 2. Sadəddinov Hacımurad Söhrab oğlu, 1964-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycan Respublikası  Ali Məhkəməsinin 1996-cı il 13 dekabr tarixli hökmü ilə məhkum edilmişdir.

 II. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

 

  Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV

 Bakı şəhəri, 7 iyun 2000-ci il

 ¹ 346

Azərbaycan Respublikasının Qanunvericilik toplusu.-2000.- 30 iyun, ¹ 6.- S.2527-2528.