Azərbaycan Respublikası vətəndaşlarının 2000-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılması müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının 2000-ci ilin iyul-avqust aylarında ehtiyata buraxılması haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

"Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin komplektləşdirilməsi üçün qərara alıram:

1. 1982-ci ildə doğulmuş çağırış günü üçün 18 yaşı tamam olmuş, habelə 1973-1981-ci illərdə doğulmuş, yaşı 27-dək olan, Respublikanın Silahlı Qüvvələrində qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan Azərbaycan Respublikası vətəndaşları 2000-ci il iyulun 1-dən 20-dək həqiqi hərbi xidmətə çağırılsınlar.

2. "Hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş xidmət müddətini keçmiş əsgər, matros çavuşlar 2000-ci ilin iyul-avqust aylarında ehtiyata buraxılsınlar.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti yerli icra hakimiyyəti orqanları bu Fərmanın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görsünlər.

4. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

 

 

Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev

Bakı şəhəri, 19 iyun 2000-ci il

№ 354

Azərbaycan Respublikasının Qanunvericilik toplusu.-2000.- 30 iyun, № 6.- S.2540.