Azərbaycan Respublikası Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASİNİN QANUNU

 

 

Maddə 1

Azərbaycan Respublikasının Ailə Məcəlləsi təsdiq edilsin.

Maddə 2

Azərbaycan Respublikasının Ailə Məcəlləsi 2000-ci il iyunun 1-dən qüvvəyə minir.

Maddə 3

Azərbaycan Respublikasının Ailə Məcəlləsi qüvvəyə mindiyi gündən "Azərbaycan SSR Nikah və Ailə Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Sovet Sosialist Respublikasının 1969-cu il 26 dekabr tarixli Qanunu ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Nikah və Ailə Məcəlləsi (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1969-cu il, № 24, maddə 191) qüvvədən düşmüş hesab edilsin.

Maddə 4

4.1. Azərbaycan Respublikasının Nikah və Ailə Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında 1969-cu ildən qəbul olunmuş Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanlarının təsdiq edilməsi barədə Azərbaycan Sovet Sosialist Respublikasının qanunları (onların müvafiq hissələri), habelə bu maddədə sadalanan Azərbaycan Respublikasının qanunları (onların hissələri) və digər normativ hüquqi aktları 2000-ci iyunun 1-dən ləğv edilsin;

4.2. "Azərbaycan SSR-in Nikah və Ailə Məcəlləsinin qüvvəyə minməsi qaydası haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1970-ci il 30 mart tarixli, 2001-VII saylı Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1970-ci il, № 6, maddə 39);

4.3. "Azərbaycan SSR-in Nikah və Ailə Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1972-ci il 31 mart tarixli, 212 VIII saylı Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1972-ci il, №6, maddə 18);

4.4. "Azərbaycan SSR-in cinayət, mülki, mülki-prosessual, islah-əmək məcəllərinə və Azərbaycan SSR-in Nikah və ailə Məcəlləsinə dəyişikliklik və əlavələr edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1977-ci il 28 mart tarixli, 463-IX saylı Fərmanının VI hissəsi (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1977-ci il, № 5-6, maddə 33);

4.5. "Azərbaycan SSR-in Nikah və ailə Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1980-ci il 10 mart tarixli, 1512-IX saylı Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1980-ci il, № 5, maddə 40);

4.6. "Azərbaycan SSR-in Nikah və Ailə Məcəlləsinə və Torpaq Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1981-ci il 10 mart tarixli, 385-X saylı Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1981-ci il, № 5-6, maddə 69);

4.7. "Azərbaycan SSR-in Nikah və Ailə Məcəlləsinin 32, 43 və 45-ci maddələrinə dəyişikliklər edilməsi haqqında" ylı Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1984-cü il 19 aprel tarixli, 1664-X sa Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumat, 1984-cü il, № 8, maddə 66);

4.8. "Azərbaycan SSR-in Nikah və Ailə Məcəlləsinin 33-cü maddəsinə dəyişikliklər edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1984-cü il 18 iyul tarixil, 1757-X saylı Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1984-cü il, № 14, maddə 125);

4.9. Yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması qaydasında bəzi dəyişikliklər edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1985-ci il 25 fevral tarixli, 1952-X saylı və 1987-ci il 20 mart tarixli, 685-XI saylı Fərmanları (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1985-ci il, № 4, maddə 40; 1987-ci il, № 6, maddə 47);

4.10. "Azərbaycan SSR-in bəzi qanunvericilik aktlarına dəyişiklik və əlavələr edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1985-ci il 14 noyabr tarixli, 220-XI saylı Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1985-ci il, № 21, maddə 204);

4.11. "Azərbaycan SSR-in Mülki Məcəlləsinə ıə bəzi başqa qanunvericilik aktlarına dəyişiklik və əlavələr edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1986-cı il 17 noyabr tarixli, 554-XI saylı Fərmanının IV hissəsi (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1986-cı il, № 21-22, maddə 159);

4.12. "Azərbaycan SSR-i Nikah və Ailə Məcəlləsinə və Azərbaycan SSR Mülki-Prosessual Məcəlləsinə dəyişiklik və əlavələr edilməsi haqqında" Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1987-ci il 6 noyabr tarixli, 918-XI saylı Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1987-ci il, № 21, maddə 200);

4.13. "Azərbaycan Respublikasının Mülki-prosessual Məcəlləsində və Nikah və ailə Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 1992-ci il 7 aprel tarixli, 96 saylı Qanununun 2-ci hissəsi (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 7, maddə 170);

4.14. "Azərbaycan Respublikasının Nikah və Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 1993-cü il 3 fevral tarixli, 498 saylı Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1993-cü il, 3, maddə 85);

4.15. "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikasının 1996-cı il 27 dekabr tarixli, 222-IQD saylı Qanununun VIII hissəsi (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 4, maddə 287);

4.16. "Azərbaycan Respublikasının Nikah və Ailə Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 1997-ci il 4 fevral tarixli, 237-IQD saylı Qanununun VIII hissəsi (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 4, maddə 298);

4.17. "Azərbaycan Respublikasının Nikah və ailə Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 1997-ci il 30 sentyabr tarixli, 372-IQD saylı Qanununun VIII hissəsi (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, №1, maddə 7).

Maddə 5.

5.1. Azərbaycan Respublikasının Nikah və Ailə Məcəlləsinə uyğun olmayan normativ hüquqi aktlar, onların müvafiq hissələri, müddəaları, həmçinin digər hüquqi normalar həmin Məcəlləyə uyğunlaşdırılanadək tətbiq edilə bilməz.

5.2. Bu Qanun 2000-ci il iyunun 1-dən qüvvəyə minir.

 

 

Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev

Bakı şəhəri, 28 dekabr 1999-cu il

№ 781-IQ

Azərbaycan Respublikasının Qanunvericilik toplusu. - 2000.- 31 mart, № 3.- S.746-748.