"Yerin təki haqqında" Azərbaycan Respublikası Qanununun icrasını təmin edən bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

 "Yerin təki haqqında" Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək məqsədi ilə "Yerin təki haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 27 aprel tarixli, 701 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1. "Yerin təki haqqında" Azərbaycan Respublikası Qanununun icrasını təmin edən aşağıdakı normativ hüquqi aktlar təsdiq edilsin (əlavə olunur):

Dövlət Geoloji İnformasiya Fondunun yaradılması aparılması Qaydaları;

Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondu haqqında Əsasnamə;

Torpaq sahiblərinin onlara məxsus sahələrinin hüdudlarında öz ehtiyaclarını ödəmək üçün yeraltı içməli sulardan istifadə Qaydaları;

İstifadəyə verilən yer təki sahələrinin onlarla əlaqədar işlərin dövlət qeydiyyatı dövlət uçotunun aparılması Qaydaları.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Dövlət Geologiya Mineral Ehtiyatlar Komitəsi, Azərbaycan Respublikasının Baş Dövlət Vergi Müfəttişliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Sənaye Nazirliyi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi öz səlahiyyəti hüdudlarında:[1]

bu Fərmanın 1-ci bəndində sadalanan sənədlərdə göstərilən müvafiq təlimatları digər normativ hüquqi aktları bir ay müddətində hazırlayıb təsdiq etsinlər;

həmin sənədlərdən irəli gələn digər məsələləri həll etsinlər.

3. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.

 

 

 

Azərbaycan Respublikasının Prezidenti Heydər ӘLİYEV

Bakı şəhəri, 6 mart 2000-ci il

  № 351

Azərbaycan Respublikasının Qanunvericilik toplusu.-2000.- 31 mart, № 3.- S.1116-1117.