İstifadəyə
verilən yer təki sahələrinin və onlarla əlaqədar işlərin
dövlət qeydiyyatı və dövlət uçotunun aparılması
Qaydaları
I. Ümumİ müddəalar
1.1. Bu
Qaydalar «Yerin təki haqqında» Azərbaycan Respublikasının
Qanununa və Azərbaycan Respublikası
Prezidentinin «Yerin təki haqqında» Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə»
1998-ci il 27 aprel tarixli 701 nömrəli Fərmanına müvafiq olaraq hazırlanmışdır
və yerin təkinin geoloji öyrənilməsi, faydalı
qazıntıların çıxarılması,
eləcə də onların çıxarılması
ilə əlaqədar
olmayan yer təki sahələrinin və müvafiq işlərin dövlət
qeydiyyatının və
dövlət uçotunun
aparılmasının vahid
sistemini müəyyən
edir.
1.2. Bu
Qaydaların icrası
mülkiyyət və
təşkilati-hüquqi formasından
asılı olmayaraq bütün yer təki istifadəçiləri
üçün məcburidir.
1.3. «Yerin
təki haqqında» Azərbaycan Respublikası
Qanununun 27-ci maddəsinə
uyğun olaraq dövlət qeydiyyatı olmadan yerin təkindən
istifadə ilə əlaqədar işlərin
aparılması qadağandır.
II. İstİfadəyə verİlən yer təkİ sahələrİnİn
və onlarla əlaqədar İşlərİn
dövlət qeydİyyatı
və dövlət uçotunun məqsədİ
[13]
2.1. İstifadəyə
verilən yer təki sahələrinin və onlarla əlaqədar işlərin
dövlət qeydiyyatı
və dövlət uçotu aşağıdakı
məqsədlərlə həyata
keçirilir:
Azərbaycan
Respublikasının ərazisinin,
o cümlədən Xəzər
dənizinin (gölünün)
ona mənsub olan bölməsinin geoloji öyrənilməsinin
xarakterinin və səviyyəsinin əks etdirilməsi üçün;
yerin
təkinin geoloji öyrənilməsinə dair
işlərdə paralelizm
hallarına yol verilməməsi üçün;
yer təkinin dövlət fondundan istifadənin vəziyyətinin müəyyən
edilməsi üçün;
işlərin
gələcək istiqamətlərinin
seçilməsi, yerin
təkindən istifadəyə
görə xüsusi razılığın (lisenziyanın)
və ya icazənin verilməsinin əsaslandırılması, eləcə
də yerin təkindən istifadə ilə əlaqədar işlərin planlaşdırılması
və operativ idarə edilməsi məqsədi ilə informasiya bazasının yaradılması üçün.
[14]
2.2. Yerin
təkinin geoloji öyrənilməsi, faydalı
qazıntıların çıxarılması,
eləcə də onların çıxarılması
ilə əlaqədar
olmayan məqsədlər
üçün verilən
yer təki sahələrinin və onlarla əlaqədar işlərin dövlət
qeydiyyatını və
dövlət uçotunu
Azərbaycan Respublikasının
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi həyata keçirir. [15]
III. Dövlət qeydİyyatı
3.1. Dövlət
qeydiyyatına aşağıdakı
işlər alınır:
3.1.1. geoloji-planaalma,
geofiziki, geokimyəvi,
hidrogeoloji, mühəndis-geoloji
və kompleks geoekoloji və məxsusi işlər, aero- və kosmogeoloji,
təcrübi-metodik, axtarış,
geoloji-kəşfiyyat işləri
(faydalı qazıntı
yataqlarının, o cümlədən
yeraltı suların ilkin kəşfiyyatı, dəqiq kəşfiyyatı
və kəşfiyyatardı),
eləcə də kondisiyaların, dövlət
standartlarının dəyişməsi
ilə əlaqədar
mineral-xammal ehtiyatlarının
yenidən hesablanmasına
dair işlər, neft və qazın
yeraltı anbarlarının
yaradılması ilə
əlaqədar tədqiqatlar;
3.1.2. neft
və təbii qaza axtarış və kəşfiyyat quyuları, eləcə də istinad və parametrik buruq quyularının qazılması;
3.1.3. struktur,
dərin və çox dərin quyuların, eləcə də maye sənaye
tullantıların vurulması
üçün quyuların
qazılması, yeraltı
sulara istismar buruq quyularının qazılması;
3.1.4. geoloji-planaalma,
hidrogeoloji, geofiziki, geokimyəvi, mühəndis-geoloji
materialların, axtarış
və geoloji-kəşfiyyat
işlərinin nəticələrinin
təhlili və ümumiləşdirilməsi;
3.1.5. geologiyanın
bütün sahələrinə
(hidrogeologiya, mühəndis
geologiyası, geomorfologiya,
geofizika və s.) dair elmi-tədqiqat, tematik və metodik işlər, o cümlədən geoloji və geoloji-iqtisadi icmalların tərtib edilməsi; faydalı qazıntı yataqları və təzahürlərinin
dövlət kadastrının
və yeraltı suların kadastrının
tərtib edilməsi; faydalı qazıntı yataqları kondisiyalarının,
geoloji-iqtisadi qiymətləndirilməsinin
və bu yataqların kompleks mənimsənilməsi ilə
əlaqədar işlər,
geoloji, geofiziki və geokimyəvi tədqiqatların mütərəqqi
texnologiyalarının hazırlanması,
eləcə də faydalı qazıntıların
yerləşməsi qanunauyğunluqlarının
tədqiqatı;
3.1.6. sənaye,
hidrotexniki, mülki, yeraltı və digər qurğuların layihələndirilməsi və
tikintisi ilə əlaqədar layihə, araşdırma və digər təşkilatların
mühəndis-geoloji işləri;
3.1.7. dəmir
və şose yollarının, qaz və neft kəmərlərinin,
suötürücülərinin layihələndirilməsi və
tikintisi ilə əlaqədar mühəndis-geoloji
araşdırmalar, eləcə
də uzunluğundan asılı olmayaraq metropoliten, magistral kanal, nəqliyyat tunelləri, iri və unikal körpülərin tikintisi
üçün aparılan
araşdırmalar;
3.1.8. bilavasitə
yerin təkindən geoloji cəhətdən öyrənilməsi ilə
əlaqədar topoqrafik-geodezik,
o cümlədən fotoqrammetrik
və markşeyder işləri, geoloji tərkibli məcmu və icmal xəritələrin
tərtib edilməsinə
dair işlər, nəşr üçün
xəritələrin müəllif
orijinalların tərtibatı
daxil olmaqla;
3.1.9. yerin
təki haqqında informasiyanın toplanması,
təhlili və axtarışı üçün
riyazi proqram və sistemlərin yaradılması və tətbiqi sahəsində metodik işləmələr;
3.1.10. faydalı
qazıntıların çıxarılması,
eləcə də faydalı qazıntıların
çıxarılması ilə
əlaqədar olmayan məqsədlər üçün
istifadəyə verilmiş
yer təki sahələri və onlarla əlaqədar aparılan işlər.
3.2. İstifadəyə
verilən yer təki sahələri və onlarla əlaqədar işlərin
qeydiyyatı zamanı
hər bir işə dövlət qeydiyyat nömrəsi verilir.
3.3. Əsas
qeydiyyat sənədi İstifadəyə Verilən
Yer Təki Sahələrinin və Onlarla Əlaqədar İşlərin Siyahısıdır
(bundan sonra—Siyahı).
3.4. Siyahı
iş icraçısı
tərəfindən 3-QK forması
(və yaxud geoloji-kəşfiyyat işlərinin
obyektlər üzrə
planı) üzrə tərtib edilərək Azərbaycan Respublikasının
Ekologiya və Təbii Sərvətlər
Nazirliyinə təqdim
edilir. [16]
3.5. Dövlət
qeydiyyat nömrəsi
verilmiş yerin təkinin geoloji öyrənilməsinə dair
işlər üzrə
obyektlərin siyahısı
(obyektlər üzrə
plan), eləcə də yerin təkindən
istifadəyə görə
verilən xüsusi razılıq (lisenziya) və ya icazə
müvafiq banklar tərəfindən bu işlərin maliyyələşdirilməsinin
açılmasına hüquq
verən qeydiyyat sənədləridir. [17]
Dövlət
qeydiyyatından keçməyən
işlərin maliyyələşdirilməsinə
yol verilmir.
3.6. Yerin
təkinin geoloji öyrənilməsinə dair
obyektlərin Siyahısı
(obyektlər üzrə
plan) hər il üçün ayrıca açılan dövlət qeydiyyatı reyestrinə salınır.
3.7. Qeydiyyat
nömrəsi aşağıdakı
rəqəmlər yığımından
ibarətdir:
işlərin
aparılmasına başlanan
ilin axırıncı
iki rəqəmi, reyestr üzrə (hər il birinci
nömrədən başlanmaqla)
qeydiyyat sənədinin
sıra nömrəsi
və Siyahı üzrə (obyektlər üzrə plan) işin sıra nömrəsi.
3.8. Dövlət
qeydiyyatı üçün
zəruri olan materiallar (sənədlər)
işlərin başlanmasınadək
təqdim edilir və il ərzində
qüvvədə qalır.
Bir ildən artıq müddət üçün nəzərdə
tutulan işlər, ikinci il üçün
yeni obyektlərlə birlikdə əvvəlki dövlət qeydiyyat nömrəsi göstərilməklə
Siyahıya (obyektlər
üzrə plana) salınmalıdır. İcazənin
qeydiyyat nömrəsi
onun qüvvədə
olduğu bütün
müddətdə etibarlıdır.
Əgər aparılacaq
işin dövlət qeydiyyatından sonra onun tapşırığında
və ya sahəsində dəyişiklik
baş verərsə,
icraçı bu işi yenidən dövlət qeydiyyatına
təqdim etməlidir və bu zaman
həmin işə yeni dövlət qeydiyyat nömrəsi verilir. [18]
3.9. Aşağıdakı
işlər dövlət
qeydiyyatına alınmır:
3.9.1. dağ-mədən
ayırması hüdudları
daxilində faydalı
qazıntı yataqlarının
istismarı prosesində
həyata keçirilən
geoloji-kəşfiyyat işləri
(istismar kəşfiyyatı);
3.9.2. məxsusi
siyahı üzrə təşkilatlar tərəfindən
aparılan xüsusi geoloji və digər işlər, eləcə də Azərbaycan Respublikası
Müdafiə Nazirliyi
üçün aparılan
işlər;
3.9.3. xəritəçəkmə
müəssisələrində həyata keçirilən
müxtəlif miqyaslı
geoloji, hidrogeoloji, mühəndis-geoloji, proqnoz,
metallogenik, geofiziki və geoloji məzmunlu digər məxsusi xəritələrin
və onlara izahedici qeydlərin nəşrə hazırlanması
(nəşriyyat orijinalların
tərtib edilməsi) və nəşri, eləcə də bilavasitə tədqiqatlarla
əlaqədar olmayan topoqrafik-geodezik işlər;
3.9.4. geoloji-kəşfiyyat,
geofiziki, hidrogeoloji avadanlıq və cihazların konstruksiyalaşdırılması,
sınaqdan keçirilməsi
və tətbiq edilməsinə dair işlər, avtomatlaşdırılmış
idarəetmə sistemlərinin
və onlarla bağlı geoloji materialların riyazi təhlili üçün
proqram və alqoritmlərin texniki işləmələri;
3.9.5. normativ
sorğu kitabçaları
və təlimatların
tərtib edilməsinə
dair, eləcə də əməyin normalaşdırılması üzrə
işlər;
3.9.6. yeraltı
dağ qazmalarında aparılan qravimetrik işlər;
3.9.7. elmi
tədqiqat, tematik, geoloji-planaalma, hidrogeoloji, geofiziki, geoloji-kəşfiyyat
və yerin təkinin geoloji öyrənilməsi ilə
əlaqədar digər
işlərin layihələndirilməsi
üzrə işlər;
3.10. Dövlət
qeydiyyatı ilə əlaqədar Azərbaycan
Respublikasının Ekologiya
və Təbii Sərvətlər Nazirliyi
aşağıdakıları həyata keçirir: [19]
dövlət
qeydiyyatı üçün
təqdim olunmuş sənədlərin düzgünlüyünü
və dolğunluğunu
yoxlayır;
nəzərdə
tutulan işlərin öyrənilmə kartoqramları,
uçot və sorğu-informasiya materialları
və eləcə də Siyahılar (obyektlər üzrə planlar) və ya ötən illərin reyestrləri ilə tutuşduraraq mümkün paralelizm hallarını müəyyən
edir (bu zaman işlərin qeydiyyatı zamanı paralelizm hallarını aşkar etmək məqsədilə icraçı
təşkilatlardan layihə
tapşırıqları tələb
oluna bilər);
keçən
illərdə görülmüş
işlərə dair geoloji hesabatların daxil olmasını yoxlayır (hesabatların sistematik şəkildə
gecikdirilməsi hallarında
qeydiyyatın rəsmiləşdirilməsi
borcun tam ödənilməsinədək təxirə salına bilər);
paralelizm
hallarının olmadığı
təqdirdə, eləcə
də keçən illərdə görülmüş
işlərə dair hesabat materiallarının
təhvil verilməsi şərtilə 10 gün
ərzində obyektlərə
dövlət qeydiyyat nömrələri verir, qeydiyyat sənədlərini
rəsmiləşdirərək Azərbaycan Respublikasının
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi rəhbərliyinin
təsdiqinə təqdim
edir; [20]
işlərin
dövlət qeydiyyatına
alınmadan aparılması
hallarını aşkar
etdikdə icraçı
təşkilatdan bu işlərin dərhal dövlət qeydiyyatından
keçməsini tələb
edir.
3.11. Dövlət
qeydiyyat sənədləri
Azərbaycan Respublikasının
Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin sədri (o olmadıqda müavini) və Dövlət Geoloji İnformasiya Fondunun rəisi tərəfindən imzalanmaqla
təsdiq edilir. [21]
3.12. Bu
Qaydaların 3.10-cu bəndində
göstərilən səbəblərə
görə bu və ya digər
işin qeydiyyatından
imtina edildikdə Siyahıda (obyektlər üzrə planda) imtinanın səbəbi göstərilir.
3.13. Müqavilə
işlərinin dövlət
qeydiyyatı sifarişçi
təşkilat göstərilməklə
icraçı təşkilatın
adına rəsmiləşdirilir.
3.14. Dövlət
qeydiyyat sənədlərinin
tərtib edilməsi, rəsmiləşdirilməsi, ümumiləşdirilməsi,
saxlanması və onlardan istifadə qaydası bu Qaydalar nəzərə alınmaqla Azərbaycan Respublikasının Ekologiya
və Təbii Sərvətlər Nazirliyi
tərəfindən təsdiq
edilmiş müvafiq təlimatla müəyyən
edilir. [22]
IV. Dövlət uçotu
4.1. Dövlət
qeydiyyatından keçmiş
bütün iş növlərinin materialları
(sənədləri) dövlət
uçotuna alınır.
4.2. Uçota
alınan əsas sənədlər aşağıdakılardır:
yer təkinin öyrənilməsinə
dair tamamlanmış,
konservasiya edilmiş geoloji, hidrogeoloji, mühəndis-geoloji, geofiziki,
geoekoloji, geokimyəvi
və məxsusi işlər üzrə hesabatlar;
yer təkinin geoloji öyrənilməsinə dair
elmi-tədqiqat, tematik
və təcrübi-metodik
işlər üzrə
hesabatlar;
planaalma,
tematik və elmi tədqiqat işlərinin nəticələri
əsasında tərtib
edilən nəşr olunmuş geoloji məzmunlu xəritələr;
istifadəyə
verilən yer təki sahələrinə
dair sənədlər.
4.3. Dövlət
Geoloji İnformasiya Fondu dövlət uçotu üzrə aşağıdakı funksiyaları
həyata keçirir:
Azərbaycan
Respublikası ərazisinin
və Xəzər dənizinin (gölünün)
Azərbaycan Respublikasına
mənsub bölməsinin
geoloji öyrənilməsi
və istifadəsinin bütün növlərini
və onların vəziyyətini səciyyələndirən
uçot və sorğu-informasiya materiallarını
tərtib edir;
hər
il üçün yer təkinin öyrənilmə dərəcəsinə
dair materialları hazırlayır.
4.4. Uçot və sorğu-informasiya materiallarına aşağıdakılar
aiddir:
geoloji, hidrogeoloji, mühəndis-geoloji,
geofiziki, geoekoloji, geokimyəvi və digər məxsusi öyrənilmənin uçot
vərəqələri;
respublika ərazisinin geoloji, hidrogeoloji, mühəndis-geoloji,
geofiziki, geoekoloji, geokimyəvi və digər məxsusi öyrənilmənin, faydalı
qazıntıların çıxarılması
və onların çıxarılması ilə
əlaqədar olmayan başqa məqsədlər
üçün istifadəyə
verilmiş yer təki sahələrinin
1:200000 miqyaslı kartoqramları;
regional geoloji-planaalma
işlərinin, hidrogeoloji,
mühəndis-geoloji və
kompleks planaalmanın,
sahəvi geo\353oji və
məxsusi regional tədqiqatların
1:500000 miqyaslı operativ
kartoqramları;
Azərbaycan Respublikası ərazisinin
və Xəzər dənizinin (gölünün)
Azərbaycan Respublikasına
mənsub bölməsinin
geoloji öyrənilməsinin
1:500000 miqyaslı məcmu
kartoqramı;
öyrənilmənin
növləri və miqyasları üzrə cədvəllər.
4.5. Geoloji öyrənilməyə və
yerin təkinin istifadəsinə aid materialların
inventar uçotu, onların mühafizəsi
və istifadəsi rejimi, eləcə də uçot və sorğu-informasiya materiallarının hazırlanması
və aparılması
Azərbaycan Respublikasının
Ekologiya və Təbii Sərvətlər
Nazirliyi tərəfindən
təsdiq edilən müvafiq təlimatlarla müəyyən edilir.
Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 6 mart tarixli,
351 nömrəli Sərəncamı
ilə
TƏSDİQ
EDİLMİŞDİR
Azərbaycan Respublikasının
Qanunvericilik toplusu.-2000.- 31 mart, ¹ 3.-
S.1124-1129.