Torpaqların münbitliyi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun Azərbaycan Respublikasında dövlət, bələdiyyə
və xüsusi mülkiyyətdə olan torpaqların
münbitliyinin bərpasının,
artırılmasının və mühafizəsinin hüquqi əsaslarını
müəyyən edir.
I fəsil
Əsas müddəalar
Maddə 1. Əsas anlayışlar
Bu Qanunda istifadə edilən anlayışlar
aşağıdakı mənaları ifadə edir:
torpaqların münbitliyi - torpağın əlverişli
morfoloji, fiziki-kimyəvi, mexaniki və bioloji şəraitdə
bitkiləri qida elementləri, rütubət ehtiyatı və
onların həyatı üçün digər vacib maddələrlə
müntəzəm təmin etmə qabiliyyəti;
torpaqların münbitliyinin təmin olunması -
torpaqların münbitliyinin bərpası,
artırılması və mühafizəsi sahəsində həyata
keçirilən hüquqi, iqtisadi və təşkilati tədbirlər
sistemi;
torpaqların münbitliyinin bərpası - təbii və
antropogen proseslərin zərərli təsiri
nәticәsindә torpaqların itirilmiş münbitliyini
yaxşılaşdırmaq məqsədi ilə həyata
keçirilən aqrotexniki, meliorativ, fitosanitar, eroziyaya
qarşı mübarizə və digər kompleks tədbirlər
sistemi;
torpaqların münbitliyinin artırılması -
düzgün becərilməməsi nəticəsində təbii
münbitliyi aşağı düşmüş
torpaqların münbitliyinin yüksəldilməsi sahəsində
aparılan aqrotexniki, aqrokimyəvi, meliorativ, fitosanitar, eroziyaya
qarşı mübarizə və digər kompleks tədbirlər
sistemi;
torpaqların münbitliyinin mühafizəsi -
hazırda təsərrüfat dövriyyəsində olan, habelə
münbitliyi bərpa edilmiş və
yaxşılaşdırılmış torpaqların
münbitliyinin qorunub saxlanmasına yönəldilmiş
aqrotexniki, aqrokimyəvi, meliorativ, fitosanitar, eroziyaya
qarşı mübarizə və digər kompleks tədbirlər
sistemi;
torpaqların çirklənməsi - insanların
sağlamlığına, ətraf mühitə və
torpağın münbitlik xassələrinə zərərli
təsir göstərəcək miqdarda müxtəlif mənşəli
kimyəvi birləşmələrin, ağır metalların,
radioaktiv elementlərin, tullantıların, patogen və digər
zərərli orqanizmlərin torpaqlarda toplanma prosesi;[1]
əkin yeri - torpaqların məqsədli təyinatı
və hüquqi rejiminə uyğun olaraq əkin
üçün nəzərdə tutulan kənd təsərrüfatı
yeri.[2]
Maddə 2. Torpaqların münbitliyi haqqında Azərbaycan
Respublikasının qanunvericiliyi
Torpaqların münbitliyi haqqında Azərbaycan
Respublikasının qanunvericiliyi bu Qanundan, bu Qanunla əlaqədar
qəbul edilmiş normativ hüquqi aktlardan, habelə Azərbaycan
Respublikasının torpaq qanunvericiliyindən ibarətdir.
Torpaqların münbitliyinin bərpası,
artırılması və mühafizəsi ilə əlaqədar
meydana çıxan yerin təki, meşə, su, bitki və
heyvanlar aləmi, mədəni və təbii landşaftlar,
habelə mülkiyyət, əmlak və digər münasibətlər
bu Qanunla yanaşı Azərbaycan Respublikasının
müvafiq qanunvericilik aktları ilə tənzimlənir.
Maddə 3. Torpaqların münbitliyi haqqında
qanunvericiliyin məqsəd və vəzifələri
Torpaqların münbitliyi haqqında qanunvericiliyin məqsədi
Azərbaycan Respublikasında mülkiyyət formasından
asılı olmayaraq torpaqların təbii münbitlik xassələrinin
bərpası, artırılması və mühafizəsinin
dövlət tənzimlənməsinin ümumi
qaydalarını müəyyən etməkdir.
Torpaqların münbitliyi haqqında qanunvericiliyin vəzifələri
torpaqların səmərəli istifadəsi üçün əlverişli
şərait yaradılması, az məhsuldar və istifadəsiz
torpaqların münbitliyini yaxşılaşdırmaqla təsərrüfat
dövriyyəsinə cəlb etməkdir.
Maddə 4. Münbitliyi təmin olunan torpaqlar
Məqsədli istifadəsinə və hüquqi rejiminə
görə münbitliyi təmin olunan torpaqlara kənd təsərrüfatı
təyinatlı, kənd təsərrüfatı ehtiyacları
üçün istifadə olunan və oluna bilən az
yararlı və yararsız torpaqlar daxildir.
Torpaqların kənd təsərrüfatı
ehtiyacları üçün yararlı
olub-olmadığı Azərbaycan Respublikasının torpaq
qanunvericiliyi ilə müəyyən edilir.
Başqa kateqoriyalara aid edilmiş torpaqların
münbitliyinin bərpası, artırılması və
mühafizəsi qaydaları Azərbaycan Respublikasının
müvafiq qanunvericilik aktlarının tələbləri nəzərə
alınmaqla bu Qanunla tənzimlənir.
Maddə 5. Torpaqların münbitliyinin təmin
olunmasının əsas prinsipləri
Torpaqların münbitliyinin bərpası,
artırılması və mühafizəsi
aşağıdakı prinsiplərə əsaslanır:
torpaqların münbitliyinin təmin olunması sahəsində
dövlət tənzimlənməsinin və nəzarətinin
zəruriliyi;
torpaqların münbitliyinin bərpasının,
artırılmasının və mühafizəsinin müvafiq
qaydada təsdiq edilmiş standartlar, normalar, qaydalar, reqlamentlər
və digər normativ sənədlər əsasında
aparılması;
torpaqların münbitliyinin bərpası,
artırılması və mühafizəsi sahəsində
vahid elmi-texniki və investisiya siyasətinin həyata
keçirilməsi;
torpaqların münbitliyinin bərpası,
artırılması və mühafizəsi sahəsində həyata
keçirilən aqrotexniki, aqrokimyəvi, meliorativ, fitosanitar,
eroziyaya qarşı mübarizə və digər tədbirlərin
ətraf mühitin mühafizəsi ilə əlaqələndirilməsi
və uzadılması.
II fəsil
Torpaqların münbİtlİyİnİn bərpası,
artırılması və mühafİzəsİ sahəsİndə
İdarəetmə
Maddə 6. Torpaqların münbitliyinin bərpası,
artırılması və mühafizəsi sahəsində
idarəetmə sistemi
Torpaqların münbitliyinin bərpası,
artırılması və mühafizəsi sahəsində
idarəetmə sisteminə Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr,
torpaq mülkiyyətçiləri, istifadəçiləri və
icarəçiləri daxildir.
Maddə 7. Torpaqların münbitliyinin təmin
olunması sahəsində dövlətin vəzifələri
Torpaqların münbitliyinin təmin olunması sahəsində
dövlətin vəzifələri
aşağıdakılardır:
torpaqların münbitliyinin təmin olunması sahəsində
dövlət siyasətinin əsas istiqamətlərinin
hazırlanması və həyata keçirilməsi;
torpaqların münbitliyinin bərpası,
artırılması və mühafizəsi sahəsində
standartların, normaların, qaydaların, reqlamentlərin və
digər normativ hüquqi aktların hazırlanması, qəbul
edilməsi, onlara riayət olunmasına nəzarət edilməsi;
torpaqların münbitliyinin təmin olunması sahəsində
məqsədli dövlət və regional proqramların
hazırlanması, təsdiq edilməsi və həyata
keçirilməsi;
torpaqların münbitliyinin bərpası,
artırılması və mühafizəsi sahəsində
vahid elmi-texniki və investisiya siyasətinin həyata
keçirilməsi;
dövlət orqanlarının, bələdiyyələrin,
torpaq mülkiyyətçilərinin, istifadəçilərinin
və icarəçilərinin torpaqların münbitliyinin təmin
olunması sahəsində fəaliyyətlərinin əlaqələndirilməsi;
torpaqların münbitlik xassələrini səciyyələndirən
göstəricilərin uçotunun və monitorinqinin
aparılması;
torpaqların münbitliyinin bərpası,
artırılması və mühafizəsi sahəsində
aqrotexniki, aqrokimyəvi, meliorativ, fitosanitar, eroziyaya
qarşı mübarizə və digər kompleks tədbirlərin
hazırlanması və həyata keçirilməsi;
torpaqların münbitliyinin bərpası,
artırılması və mühafizəsi sahəsində
dövlət və regional proqramlar əsasında həyata
keçirilən layihə-axtarış, elmi tədqiqat və
tətbiq işlərinin maliyyələşdirilməsi;
Azərbaycan Respublikasının torpaq və aqrar
qanunvericiliyi ilə müvafiq icra hakimiyyəti
orqanlarının səlahiyyətlərinə aid edilmiş
digər vəzifələrin həyata keçirilməsi.
Maddə 8. Torpaqların münbitliyinin təmin
olunması sahəsində bələdiyyələrin vəzifələri
Torpaqların münbitliyinin təmin olunması sahəsində
bələdiyyələrin vəzifələri
aşağıdakılardır:
torpaqların münbitliyinin təmin olunması sahəsində
dövlət siyasətinə əməl etmək;
bələdiyyə mülkiyyətinə aid edilmiş
torpaqların münbitliyinin təmin olunması sahəsində
qanunvericiliyə uyğun müvafiq qərarlar qəbul etmək;
torpaqların münbitliyinin bərpası,
artırılması və mühafizəsi sahəsində
yerli proqramlar hazırlamaq, həyata keçirmək və icrasına
nəzarət etmək;
torpaqların münbitliyinin təmin olunması sahəsində
dövlət orqanları və beynəlxalq təşkilatlar
qarşısında müvafiq məsələlər
qaldırmaq;
yerli büdcələrin tərkibində torpaqların
münbitliyinin təmin olunması sahəsində xərclər
müəyyənləşdirmək və onların maliyyələşdirilməsini
həyata keçirmək;
öz əraziləri daxilində torpaq mülkiyyətçiləri,
istifadəçiləri və icarəçiləri tərəfindən
torpaq sahələrində ətraf mühitə və
başqalarının torpaqlarına zərərli təsir
göstərə bilən tədbirlərin məhdudlaşdırılmasını
və dayandırılmasını tələb etmək;
öz səlahiyyətləri daxilində bələdiyyə
torpaqlarını səmərəli istifadəsinə və
münbitliyinin mühafizəsinə nəzarət etmək;
Azərbaycan Respublikasının qanunvericiliyi ilə
onların səlahiyyətinə aid edilmiş digər vəzifələri
həyata keçirmək.
Maddə 9. Torpaqların münbitliyinin təmin
olunması sahəsində torpaq mülkiyyətçilərinin,
istifadəçilərinin və icarəçilərinin vəzifələri
Torpaqların münbitliyinin təmin olunması sahəsində
torpaq mülkiyyətçilərinin, istifadəçilərinin
və icarəçilərinin vəzifələri
aşağıdakılardır:
torpaqların münbitliyinin bərpası,
artırılması və mühafizəsi sahəsində
müəyyən olunmuş standartlara, normalara, qaydalara,
reqlamentlərə və digər normativ hüquqi aktlara riayət
etmək;
torpaq sahəsi üzərində hüquqların həyata
keçirilməsi zamanı Azərbaycan Respublikasının
torpaq qanunvericiliyi ilə müəyyən edilmiş öhdəliklərə,
məhdudiyyətlərə və servitutlara əməl etmək;
torpaqların texnogen çirklənməsi və tənəzzülə
uğraması halları barədə müvafiq icra hakimiyyəti
orqanlarını məlumatlandırmaq;
mülkiyyətində, istifadəsində və icarəsində
olan torpaqlarda aqrokimyəvi, fitosanitar, ekoloji və toksikoloji
müayinələrin, habelə torpaqların münbitlik xassələrinin
göstəricilərinin uçotunun və monitorinqinin
aparılmasına şərait yaratmaq;
Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən edilmiş digər vəzifələri həyata
keçirmək.
Əkin yerinin yandırılması
qadağandır.[3]
III fəsil
Torpaqların münbİtlİyİnİn təmİn
olunması sahəsİndə dövlət tənzİmlənməsİ
Maddə 10. Torpaqların münbitliyinin bərpası,
artırılması və mühafizəsi sahəsində məqsədli
proqramlar
Torpaqların münbitliyinin təmin olunması
üçün məqsədli dövlət, regional və yerli
proqramlar hazırlanır və həyata keçirilir.
Məqsədli dövlət və regional
proqramların hazırlanması, təsdiqi və yerinə
yetirilməsi müvafiq icra hakimiyyəti orqanları, yerli
proqramların hazırlanması, təsdiq edilməsi və
yerinə yetirilməsi isə bələdiyyələr tərəfindən
həyata keçirilir.
Müvafiq icra hakimiyyəti orqanı hər il
torpaqların dövriyyəsi, münbitliyinin vəziyyəti,
bərpasına və artırılmasına yönəldilmiş
dövlət himayəsi barədə müvafiq icra hakimiyyəti
orqanına milli hesabat təqdim edir.
Maddə 11. Torpaqların münbitliyinin təmin
olunması sahəsində normalaşdırma
Torpaqların münbitliyinin təmin olunması sahəsində
normalaşdırma torpaqların aqrotexniki, aqrokimyəvi,
meliorativ, fitosanitar və eroziyaya qarşı mübarizə tədbirləri
üzrə tələblərdir və müvafiq icra hakimiyyəti
orqanları tərəfindən təsdiq edilmiş dövlət
standartları, normaları, qaydaları və reqlamentləri
(normalaşdırma tələbləri) vasitəsi ilə həyata
keçirilir.
Torpaqların münbitliyinin təmin olunması sahəsində
normalaşdırma tələblərinə əməl edilməsi
bütün torpaq mülkiyyətçiləri və istifadəçiləri
üçün məcburidir.
Maddə 12. Torpaqların münbitlik xassələrinin
göstəricilərinin uçotu və monitorinqi
Torpaqların münbitlik xassələrinin göstəricilərinin
uçotu dövlət orqanlarını, bələdiyyələri,
hüquqi və fiziki şəxsləri torpaqların
münbitliyinin vəziyyəti barədə məlumatlarla təmin
etmək məqsədi ilə aparılır.
Torpaqların münbitlik xassələrinin göstəricilərinin
uçotu torpaq, aqrokimyəvi, meliorativ, fitosanitar, eroziyaya
qarşı mübarizə, ekoloji və toksikoloji elmi tədqiqat
işlərinin nəticələrinin məlumat toplusudur, vahid
sistem üzrə aparılır və dövlət torpaq
kadastrının məlumatlarına daxil edilir.
Torpaqların münbitlik xassələrinin göstəricilərinin
uçotunun aparılması qaydaları müvafiq normativ
hüquqi aktlarla tənzimlənir.
Münbitlik xassələrinin monitorinqi torpaqların
monitorinqinin tərkib hissəsi olaraq Azərbaycan
Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən
edilmiş qaydada aparılır.
Maddə 13. Torpaqlara aqrokimyəvi xidmət
Torpaqların münbitlik xassələrini öyrənmək,
mineral, üzvi gübrələrə və kimyəvi
meliorantlara tələbatını, əkin qatında qida maddələrinin,
zəhərli kimyəvi maddələrin, ağır
metalların qalıq miqdarını, radiasiya səviyyəsini
müəyyən etmək məqsədi ilə torpaqlarda
aqrokimyəvi tədqiqat işləri aparılır.
Torpaqlarda aqrokimyəvi tədqiqat işlərinin
aparılması qaydaları Azərbaycan Respublikasının
müvafiq qanunvericiliyi ilə müəyyən edilir.
IV fəsil
Torpaqların münbİtlİyİnİn
mühafİzəsİ
Maddə 14. Torpaqların münbitliyinin mühafizəsinin
təşkili
Torpaqların münbitliyinin mühafizəsi torpaqlardan
səmərəli istifadə olunması, münbitliyinin qorunub
saxlanması, kənd təsərrüfatı yerlərinin
(uqodiyalarının) məqsədli istifadə dövriyyəsindən
çıxarılmasına yol verilməməsi, torpaq sahələrinin
zərərli təbii və antropogen təsirlərdən
qorunması məqsədi ilə həyata keçirilir. [4]
Torpaqların münbitliyinin mühafizəsi istifadənin
optimal strukturunu özündə əks etdirən, elmi cəhətdən
əsaslandırılmış torpaq istifadəçiliyi
normativlərinin istehsalatda tətbiqi, habelə yerquruluşu əsasında
ərazinin səmərəli təşkili vasitəsi ilə
həyata keçirilir.
Torpaqların münbitliyinin mühafizəsinin əsas
istiqamətləri və qaydaları Azərbaycan
Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən
edilir.
Maddə 15. Münbitliyi itirilmiş torpaqların təsərrüfat
dövriyyəsindən çıxarılması və
konservasiyası
Təbii və antropogen proseslərin zərərli təsiri
nəticəsində münbitliyi itirilmiş torpaqların
münbitlik xassələrinin bərpası və
artırılması məqsədi ilə onlar təsərrüfat
dövriyyəsindən müvəqqəti
çıxarılır və konservasiya edilir.
Münbitliyin itirilmə dərəcəsindən
asılı olaraq konservasiya edilmiş torpaqların
münbitlik xassələrinin bərpası və
artırılması üçün üç dövr
müəyyən edilir:
birinci dövr - üç ilədək;
ikinci dövr - üç ildən beş ilədək;
üçüncü dövr - beş ildən
artıq.
Mülkiyyət formasından asılı olmayaraq,
torpaqların təsərrüfat dövriyyəsindən
müvəqqəti çıxarılması, konservasiya edilməsi,
habelə onların münbitliyinin bərpası və
artırılmasına dair kompleks tədbirlər müvafiq
icra hakimiyyəti orqanları tərəfindən həyata
keçirilir.
Təbii və antropogen proseslərin zərərli təsiri
nəticəsində münbitliyi itirilmiş və konservasiya
edilmiş torpaqların münbitliyinin bərpası,
artırılması, habelə onların təsərrüfat
dövriyyəsinə qaytarılması işləri başa
çatdırılana qədər həmin torpaqlar dövlətin
və ya bələdiyyələrin müvafiq ehtiyat torpaq
fonduna keçirilir, torpaq mülkiyyətçilərinə,
istifadəçilərinə və icarəçilərinə
torpaq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada
torpağın dəyəri ödənilir.
Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin
və icarəçilərinin müraciətinə və
müvafiq icra hakimiyyəti orqanının
razılığına əsasən konservasiya edilmiş
torpaq sahələri təsərrüfat dövriyyəsinə
qaytarılana qədər, dövlətin və ya bələdiyyələrin
ehtiyat torpaq fondundan, onların müvəqqəti istifadəsinə
və ya icarəsinə müvafiq ölçüdə torpaq
sahəsi verilə bilər. Belə hallarda torpaq mülkiyyətçilərinə,
istifadəçilərinə və icarəçilərinə
torpağın dəyəri ödənilmir.
Münbitliyi itirilmiş torpaqların konservasiya edilməsi
və təsərrüfat dövriyyəsinə
qaytarılması qaydaları Azərbaycan Respublikasının
torpaq qanunvericiliyi ilə tənzimlənir.
Maddə 16. Torpaqların münbitliyinin bərpası,
artırılması və mühafizəsi sahəsində
ekoloji tələblər
Təsərrüfat fəaliyyəti və ya təbii
proseslər nəticəsində ətraf mühitə,
insanlara, bitki və heyvanlar aləminə zərərli təsir
göstərə bilən torpaqların istifadəsinə
ekoloji tələblər qoyula bilər.
Torpaqlarda aqrokimyəvi, meliorativ, fitosanitar, eroziyaya
qarşı mübarizə və digər tədbirlər həyata
keçirildikdə müəyyən olunmuş ekoloji təhlükəsizlik
normativləri və ətraf mühitin mühafizəsi tələbləri
nəzərə alınmalıdır.
Ətraf mühitin mühafizəsi, torpaqların
keyfiyyətinin yaxşılaşdırılması və səmərəli
istifadəsi xeyrinə torpaq mülkiyyətçilərinin,
istifadəçilərinin və icarəçilərinin
hüquqları Azərbaycan Respublikasının qanunvericiliyi
ilə məhdudlaşdırıla və ya onlara müvafiq vəzifələr
tapşırıla bilər.
Torpaqların münbitliyinin bərpası,
artırılması və mühafizəsi sahəsində tətbiq
edilən ekoloji tələblər Azərbaycan
Respublikasının müvafiq qanunvericilik aktları ilə tənzimlənir.
Maddə 17. Torpaqların münbitliyinin təmin
olunmasına dövlət nəzarəti
Torpaqların münbitliyinin təmin olunması sahəsində
dövlət nəzarətinin məqsədi torpaq mülkiyyətçiləri,
istifadəçiləri və icarəçiləri tərəfindən
kənd təsərrüfatı yerlərinin
(uqodiyalarının) qorunub saxlanmasını, habelə
onların keyfiyyətinin
yaxşılaşdırılması, münbitliyinin bərpası,
artırılması və mühafizəsi sahəsində
qanunvericiliklə müəyyən edilmiş
normalaşdırma tələblərinə əməl
olunmasını təmin etməkdir.
Torpaqların münbitliyinin təmin olunmasına
dövlət nəzarətini öz səlahiyyətləri
daxilində müvafiq icra hakimiyyəti orqanları həyata
keçirirlər.
Torpaqların münbitliyinin təmin olunmasına
dövlət nəzarətinin həyata keçirilməsi
qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
Maddə 18. Torpaqların münbitliyinin
sığortası
Torpaq mülkiyyətçiləri, istifadəçiləri
və icarəçiləri torpaqların münbitliyini Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq
sığortalaya bilərlər.
V fəsil
Torpaqların münbİtlİyİnİn təmİn
olunmasına dövlət hİmayəsİ
Maddə 19. Torpaqların münbitliyinin təmin
olunmasına dövlət himayəsinin əsas istiqamətləri
Torpaqların münbitliyinin təmin olunmasına
dövlət himayəsi aşağıdakı istiqamətlərdə
həyata keçirilir:
torpaqların qorunub saxlanması və münbitliyinin təmin
olunması sahəsində investisiyanın ayrılması və
investisiya fəaliyyətinin stimullaşdırılması;
kənd təsərrüfatına texniki, meliorasiya və
aqrokimya xidmətinin inkişafı;
torpaqların münbitliyinin bərpası,
artırılması və mühafizəsi sahəsində
elmi tədqiqat işlərinin aparılması;
pestisidlərin və aqrokimyəvi maddələrin
istehsalı, aqrotexniki, aqrokimyəvi, meliorativ, fitosanitar,
eroziyaya qarşı mübarizə və digər tədbirlərin
həyata keçirilməsi üçün maşın və
texniki avadanlıq istehsalçılarına əlverişli
iqtisadi mühitin yaradılması;
torpaqların münbitliyinin bərpası,
artırılması və mühafizəsi sahəsində
kadrların hazırlanması və ixtisaslarının
artırılması.
Maddə 20. Torpaqların münbitliyinin təmin
olunması sahəsində həyata keçirilən tədbirlərin
maliyyələşdirilməsi
Məqsədli dövlət və regional proqramlar əsasında
torpaqların münbitliyinin bərpası,
artırılması və mühafizəsi sahəsində
aparılan aqrotexniki, aqrokimyəvi, meliorativ, fitosanitar, eroziyaya
qarşı mübarizə və digər tədbirlər
dövlət büdcəsindən maliyyələşdirilir.
Kənd təsərrüfatı yerlərinin
(uqodiyalarının), kənd təsərrüfatına az
yararlı və yararsız torpaqların münbitliyinin bərpası,
artırılması və mühafizəsi dövlət tərəfindən
stimullaşdırılır.
Yerli proqramlar əsasında, habelə torpaq mülkiyyətçilərinin,
istifadəçilərinin və icarəçilərinin
sifarişi ilə həyata keçirilən aqrotexniki, aqrokimyəvi,
meliorativ, fitosanitar, eroziyaya qarşı mübarizə və
digər tədbirlər mülkiyyətçilər, istifadəçilər
və icarəçilər tərəfindən maliyyələşdirilir.
Torpaqların münbitliyinin bərpası,
artırılması və mühafizəsi sahəsində
elmi tədqiqat işlərinin aparılması, kadrların
hazırlığı və ixtisaslarının
artırılması dövlət büdcəsindən və
büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilir.
Maddə 21. Konservasiya edilmiş torpaqların dəyərinin
ödənilməsi
Təbii proseslərin zərərli təsiri nəticəsində
münbitliyi itirilmiş və konservasiya edilmiş
torpaqların dəyəri dövlət büdcəsindən
ödənilir.
Antropogen proseslərin zərərli təsiri nəticəsində
münbitliyi itirilmiş və konservasiya edilmiş
torpaqların dəyəri təqsirkar şəxslər tərəfindən
ödənilir.
VI fəsil
Torpaqların münbİtlİyİ haqqında
qanunverİcİlİyİn pozulmasına görə məsulİyyət
və mübahİsələrİn həllİ
Maddə 22. Əqdlərin etibarsızlığı
Torpaqların münbitliyi haqqında qanunvericiliyin tələbləri
pozulmaqla bağlanmış əqdlər etibarsızdır.
Maddə 23. Torpaqların münbitliyi haqqında
qanunvericiliyin pozulmasına görə məsuliyyət
Torpaqların münbitliyi haqqında qanunvericiliyin
pozulmasında təqsirkar olan hüquqi və fiziki şəxslər
Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən
edilmiş qaydada məsuliyyət daşıyırlar.
Maddə 24. Mübahisələrin həlli
Torpaqların münbitliyinin bərpası,
artırılması və mühafizəsi sahəsində
mübahisəli məsələlər Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə
qaydasında həll olunur.
Azərbaycan Respublikasının Prezidenti Heydər
ӘLİYEV
Bakı şəhəri, 30 dekabr 1999-cu il
¹ 788-IQ
Azərbaycan Respublikasının Qanunvericilik toplusu. -
2000.- 31 mart, ¹ 3.- S.816-824.