Azərbaycan
Respublikasının Nazirlər
Kabineti ilə Ukrayna Nazirlər Kabineti arasında təhsil və elmi adlar haqqında
sənədlərin qarşılıqlı
tanınması və
ekvivalentliyi haqqında
Sazişi imzalamaq səlahiyyətinin verilməsi
barədə
AZƏRBAYCAN RESPUBLİKASI
PREZİDENTİNİN SƏRƏNCAMI
1. Azərbaycan Respublikasının
Nazirlər Kabineti ilə Ukrayna Nazirlər Kabineti arasında təhsil və elmi adlar
haqqında sənədlərin
qarşılıqlı tanınması
və ekvivalentliyi haqqında Sazişi imzalamaq səlahiyyəti Azərbaycan Respublikasının
təhsil naziri Misir Cumayıl oğlu Mərdanova verilsin.
2. Azərbaycan Respublikasının
Xarici İşlər
Nazirliyinə tapşırılsın
ki, bu Sərəncamın
1-ci bəndində göstərilən
Sazişi imzalamaq səlahiyyətinin Azərbaycan
Respublikasının təhsil
naziri Misir Cumayıl oğlu Mərdanova verilməsi barədə Ukrayna tərəfinə müvafiq
bildiriş göndərsin.
Azərbaycan Respublikasının
Prezidenti Heydər
ӘLİYEV
Bakı şəhəri,
15 mart 2000-ci il
№ 361
Azərbaycan Respublikasının
Qanunvericilik toplusu.-2000.-
31 mart, № 3.- S.1138-1139.