"Maddələrin və materialların tərkib və xüsusiyyətlərinin dövlətlərarası standart nümunələrinin yaradılması və tətbiq olunması üzrə 1999-2001-ci illər üçün Dövlətlərarası Proqram haqqında" qərarın təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. "Maddələrin və materialların tərkib və xüsusiyyətlərinin dövlətlərarası standart

nümunələrinin yaradılması və tətbiq olunması üzrə 1999-2001-ci illər üçün Dövlətlərarası

Proqram haqqında" 1999-cu il oktyabrın 8-də Yalta şəhərində imzalanmış Qərar təsdiq edilsin.

2. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

Bakı şəhəri, 1 fevral 2000-ci il

 № 795-IQ

Azərbaycan Respublikasının Qanunvericilik toplusu. - 2000.- 31 mart, № 3.- S.840.