Terrorizmə qarşı mübarizə haqqında Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Məlumat azadlığı haqqında Azərbaycan Respublikası Qanununa əlavələr edilməsi barədə

 

 

Azərbaycan Respublikasının Qanunu

 

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

 

«Məlumat azadlığı haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1998-ci il, № 9,    maddə 561) 10-cu maddəsinin birinci ikinci hissələrinə «ailə həyatına» sözlərindən sonra, «terror aksiyalarına» sözləri əlavə edilsin.

 

 

Azərbaycan Respublikasının Prezidenti  

 

Heydər ƏLİYEV

 

Bakı şəhəri, 1 fevral 2000-ci il

 

№ 799-IQD

 

Azərbaycan Respublikasının Qanunvericilik toplusu.- 2000.- 31 mart, № 3.- S.884.