Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyev və
Bolqarıstan Respublikasının Prezidenti Petr Stoyanov tərəfindən
imzalanmış Birgə Bəyanatın təsdiq edilməsi
barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara
alır:
1. Azərbaycan Respublikasının Prezidenti Heydər
Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Petr
Stoyanov tərəfindən 1999-cu il dekabrın 2-də Bakı
şəhərində imzalanmış Birgə Bəyanat təsdiq
edilsin.
2. Bu Qanun dərc edildiyi gündən qüvvəyə
minir.
Azərbaycan Respublikasının Prezidenti Heydər
ӘLİYEV
Bakı şəhəri, 8 fevral 2000-ci il
¹ 802-IQ
Bİrgə Bəyanat
Azərbaycan
Respublikasının Prezidenti cənab Heydər Əliyevin dəvəti
ilə Bolqarıstan Respublikasının Prezidenti cənab Petr
Stoyanov 02—03 dekabr 1999-cu il tarixində Azərbaycan
Respublikasında rəsmi səfərdə olmuşdur.
Prezidentlər
aparılmış danışıqlar zamanı öz ölkələrində
baş verən siyasi, iqtisadi və sosial proseslər
haqqında informasiya mübadiləsi etdilər. Onlar demokratik
islahatlara, milli azlıqlara mənsub olan şəxslərin
hüquqları da daxil olmaqla insan hüquqlarına hörmət
edilməsinə və qorunmasına, BMT və ATƏT-in əsas
sənədlərindən irəli gələn bütün
öhdəliklərin yerinə yetirilməsinə tərəfdar
olduqlarını bir daha ifadə etdilər və
hüquqi-demokratik dövlətlərin quruculuğunda qətiyyətlərini
qeyd etdilər.
Tərəflər iki
ölkə arasındakı dostluq münasibətlərinin
indiki vəziyyətini müsbət qiymətləndirir və
mövcud münasibətlərin dərinləşdirilməsində
və onun keyfiyyətcə yeni səviyyəyə
qaldırılmasında öz əzmlərini bir daha təsdiqləyirlər.
Tərəflər
müxtəlif səviyyələrdə siyasi dialoqun, o
cümlədən parlamentlərarası əlaqələrin
inkişafına tərəfdar çıxaraq, ikitərəfli
və beynəlxalq məsələlər üzrə məsləhətləşmələr
aparacaqlar. Hər iki dövlətin Xarici İşlər
Nazirlikləri arasında qarşılıqlı fəaliyyətin
fəallaşmasına hazırlıq ifadə olundu.
Tərəflər bazar
iqtisadiyyatı prinsiplərinə əsaslanan
qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın
inkişafına və Azərbaycan Respublikası ilə
Bolqarıstan Respublikası arasında əmtəə
dövriyyəsinin əhəmiyyətli artırılmasına
hərtərəfli kömək göstərilməsi haqqında
razılığa gəldilər. Onlar yeni sazişlərin
imzalanması da daxil olmaqla bu qəbildən olan əməkdaşlıq
üçün əlverişli şəraitin təmin
olunması üzrə tədbirlər həyata keçirəcəklər.
Azərbaycan və
Bolqarıstan, nəşriyyat, radio, televiziya və kinematoqrafiya
sahəsində informasiya mübadiləsinə və əməkdaşlığa,
o cümlədən bu məsələlər üzrə
xüsusi sazişlər imzalamaq yolu ilə, əlverişli
şərait yaradacaqlar.
Hər iki dövlət
mütəşəkkil cinayətkarlığa, o cümlədən
terrorizmə, narkotik vasitələrin və psixotrop maddələrin
qanunsuz dövriyyəsinə, silah və incəsənət əsərlərinin
qanunsuz ticarətinə, saxta ödəmə vasitələrinin
və sənədlərin düzəldilməsi və
dövriyyəyə buraxılmasına və qanunsuz miqrasiyaya
qarşı mübarizədə əməkdaşlığı
ikitərəfli qaydada, habelə regional və digər beynəlxalq
təşkilatlar çərçivəsində həyata
keçirəcəklər.
Tərəflər Qara dəniz
İqtisadi Əməkdaşlığı çərçivəsində
ticarət-iqtisadi əməkdaşlığın
inkişafı və dərinləşdirilməsi üzrə
səylərinin fəallaşdırılması
arzularını ifadə etdilər, Baltik və Qara dəniz regionu
ölkələrinin əməkdaşlığını dəstəklədilər.
Azərbaycan və
Bolqarıstan ticarət-iqtisadi əməkdaşlığın
inkişafının mühüm vasitəsi olan Avrasiya nəqliyyat
dəhlizinin fəaliyyət göstərməsinin vacibliyinə
işarə etdilər və bu dəhlizin davamlı
inkişafının təmin edilməsinə yönəlmiş
səyləri dəstəkləyirlər. Tərəflər
Avropa İttifaqının dəstəyi ilə, habelә beynəlxalq
maliyyə təşkilatlarının və özəl
kapitalın cəlb edilməsi ilə TRASEKA və İNOQEYT
layihələrinin Transavropa qovşağı kontekstində
müvəffəqiyyətlə həyata keçirilməsi məqsədilə
sıx əməkdaşlıq edəcəkləri barədə
razılıq əldə etdilər.
Tərəflər
aparılmış danışıqlar zamanı
sülhün, təhlükəsizliyin və sabitliyin
saxlanılması məsələlərində BMT və
ATƏT-in rolunun gücləndirilməsinə tərəfdar
olduqlarını bildirdilər, regiondakı münaqişələrin
dövlətlərin suverenliyinə, ərazi
bütövlüyünə və sərhədlərinin
toxunulmazlığına hörmət və riayət edilməsi
əsasında tezliklə sülh yolu ilə həll edilməsinin
zəruriliyini qeyd etdilər.
Tərəflər habelə
razılığa gəldilər ki, öz ölkələrinin
Avropa və Transatlantika siyasi və iqtisadi təşkilatları
ilə əməkdaşlığının
inkişafında qarşılıqlı fəaliyyət
göstərəcəklər. Onlar Cənubi Qafqaz regionu
dövlətləri ilə möhkəm sülhün və
birliyin və əməkdaşlığın möhkəmləndirilməsinə
yönəlmiş proseslərin davam etdirilməsinin zəruriliyi
ilə razılaşdılar. Tərəflər münaqişələrin
sülh yolu ilə həll edilməsinin və yeni gərginlik
ocaqlarının yaranmasının qarşısının
alınmasının əhəmiyyətini qeyd etdilər.
Azərbaycan və
Bolqarıstan regional təhlükəsizliyin və sabitliyin
möhkəmləndirilməsində mühüm rol oynayan
Şimali Atlantika Tərəfdaşlıq Şurası,
NATO-nun «Sülh Naminə Tərəfdaşlıq» proqramı
və onun sonrakı təkamülü çərçivəsində
ikitərəfli və çoxtərəfli əməkdaşlığın
əhəmiyyətini qeyd etdilər. Azərbaycan Tərəfi
Bolqarıstanın NATO-da tamhüquqlu üzvlüyünə
yönəlmiş səylərini dəstəklədiyini
bildirdi ki, bu da Cənub-Şərqi Avropada təhlükəsizliyin
və sabitliyin möhkəmləndirilməsinə köməklik
göstərərdi.
Tərəflər
ATƏT-in İstanbul Zirvə Görüşünün nəticələrini
yüksək qiymətləndirdilər və onun gedişində
qəbul edilmiş XXI əsrdə Avropada təhlükəsizliyin
və sabitliyin möhkəmləndirilməsinin təmin
olunmasına yönəldilən sənədlərin
mühüm əhəmiyyətini qeyd etdilər.
Tərəflər bu
kontekstdə 19 noyabr 1999-cu il tarixdə qəbul edilmiş
ATƏT-in İstanbul Zirvə Görüşü Bəyanatının
20-ci bəndinə uyğun olaraq Dağlıq Qarabağ
münaqişəsinin möhkəm və tam əhatəli
siyasi həllinə öz dəstəklərini təsdiqlədilər.
Bolqarıstan Tərəfi
Azərbaycanın Avropa Şurasına və Ümumdünya
Ticarət Təşkilatına daxil olması səylərinə
özünün tam dəstəyini ifadə etdi.
1999-cu il dekabrın 2-də
Bakı şəhərində, iki əsl nüsxədə hər
biri Azərbaycan, bolqar və rus dillərində, bütün
mətnlər eyni qüvvəyə malik olmaqla
imzalanmışdır.
Azərbaycan
Respublikasının Prezidenti
Bolqarıstan Respublikasının Prezidenti
Heydər
ƏLİYEV
Petr STOYANOV
Azərbaycan Respublikasının
Qanunvericilik toplusu .- 2000.- 31 mart, ¹ 3.- S.894-896.