Azərbaycan Respublikası Hökuməti
ilə Bolqarıstan
Respublikası Hökuməti arasında gömrük işi
sahəsində qarşılıqlı əməkdaşlıq
haqqında
Saziş
Bundan sonra
Razılığa Gələn Tərəflər
adlandırılacaq Azərbaycan Respublikası Hökuməti və
Bolqarıstan Respublikası Hökuməti, gömrük
qanunvericiliyinin pozulmasının hər iki ölkənin
iqtisadi, ticarət, maliyyə, ictimai və mədəni
maraqlarına ziyan vurduğunu nəzərə alaraq;
malların ixracı və
ya idxalı zamanı gömrük rüsumları, vergiləri
və başqa yığımların dəqiq tutulması və
toplanmasının təmin edilməsinin vacibliyini və
qadağanların, məhdudiyyətlərin, nəzarətin
müvafiq şəkildə həyata keçirilməsinin zəruriliyini
nəzərə alaraq;
gömrük
qanunvericiliyinin həyata keçirilməsinə dair beynəlxalq
əməkdaşlığın zəruriliyini dərk edərək;
narkotik vasitələrin
və psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinin
artan miqyasları və istiqamətləri ilə dərindən
maraqlanaraq və bunun əhalinin və cəmiyyətin
sağlamlığı üçün təhlükə
olmasını nəzərə alaraq;
gömrük
qanunvericiliyinin pozulmasının və narkotik vasitələrin
və psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinin
qarşısının alınması səylərinin
gömrük idarələri arasında sıx əməkdaşlıq
yolu ilə daha səmərəli olacağını qəbul
edərək;
ikitərəfli
qarşılıqlı əməkdaşlığa
münasib şərait yaradan beynəlxalq sənədləri,
o cümlədən Ümumdünya Gömrük Təşkilatının
tövsiyәlәrini nəzərə alaraq;
aşağıdakılar barədə
razılığa gəldilər:
Təriflər
Maddə 1
Bu Sazişin məqsədləri
üçün:
1. «gömrük idarəsi»
— Azərbaycan Respublikasında Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsi və Bolqarıstan
Respublikasında Maliyyə Nazirliyi yanında Baş
Gömrük Direktorluğu;
2. «gömrük
qanunvericiliyi» — malların idxal, ixrac, tranzit və ödəniş
qaydaları, Razılığa Gələn Tərəflərin
ərazisində qüvvədə olan qanunvericiliyin şərtlərinə
uyğun olaraq gömrük rüsumları, vergiləri və
digər ödənişlərin ödənilməsi və ya
qadağan, məhdudiyyət və nəzarət tədbirlərinə
aid müddəalar;
3. «sorğu göndərən
Tərəf» — gömrük məsələləri ilə
bağlı kömək üçün sorğu göndərən
gömrük İdarəsi;
4. «sorğu alan Tərəf»
— gömrük məsələləri ilə bağlı
kömək üçün sorğu alan gömrük idarəsi;
5. «qanunvericiliyin
pozulması» — gömrük qanunvericiliyinin hər hansı
şəkildə pozulması və eləcə də bu
qanunvericiliyin pozulmasına yönəldilmiş hər
hansı bir cəhd;
6. «narkotik vasitələr»
— müvafiq düzəlişlər edilmiş 1961-ci il Narkotik
Vasitələr haqqında Vahid Konvensiyanın 1-ci və 2-ci
siyahılarına daxil edilmiş təbii və ya sintetik maddələr;
7. «psixotrop maddələr»
— müvafiq düzəlişlər edilmiş 1971-ci il Psixotrop
Maddələr haqqında Konvensiyanın 1-ci, 2-ci, 3-cü və
4-cü siyahılarına daxil edilmiş təbii və ya
sintetik maddələr, yaxud təbii materiallar;
8. «prekursorlar» — BMT-nin
1988-ci il Narkotik Vasitələrin və Psixotrop Maddələrin
Qeyri-qanuni Dövriyyəsinə Qarşı
Konvensiyasının 1-ci və 2-ci siyahılarına daxil
edilmiş narkotik vasitələrin və psixotrop maddələrin
istehsalı zamanı nəzarət altında istifadə olunan
kimyəvi maddələr;
9. «nəzarət
altında daşımalar» — bir və ya bir neçə
ölkənin ərazisində bu ölkələrin səlahiyyətli
orqanlarının razılığı ilə və ya
onların nəzarəti altında və qanunvericiliyi pozan
şəxslərin müəyyən edilməsi məqsədilə
qeyri-qanuni göndərilmiş və ya göndərilməsi
şübhə doğuran narkotik vasitələrin, psixotrop
maddələrin və prekursorların və ya onları əvəz
edən maddələrin ixracı, ölkə ərazisindən
keçirilməsi və idxalı üçün nəzərdə
tutulan metodlar.
Sazişin tətbiq edilmə dairəsi
Maddə 2
(1) Razılığa Gələn
Tərəflər bu Sazişdə əks olunmuş müddəalara
uyğun olaraq bir-birlərinə qarşılıqlı
yardım göstərməlidirlər:
1. gömrük
qanunvericiliyinə düzgün əməl edilməsinin təmin
edilməsi məqsədilə;
2. gömrük
qanunvericiliyinin pozulmasının qarşısının
alınması, təhqiq edilməsi və ona qarşı
mübarizə aparılması məqsədilə;
3. gömrük
qanunvericiliyinin tətbiqinə dair sənədlərin
mübadiləsində;
4. narkotik vasitələrin,
psixotrop maddələrin və prekursorların qeyri-qanuni
dövriyyəsinin qarşısının alınması və
təhqiq edilməsi.
(2) Bu Saziş çərçivəsində
yardım, Sorğu alan Tərəfin qanunlarına müvafiq
olaraq və öz səlahiyyətləri və imkanları
daxilində həyata keçirilməlidir.
Məlumat mübadiləsi
Maddə 3
(1) Gömrük idarələri
bir-birini istər sorğu ilə, istərsə də öz
xüsusi təşəbbüsləri ilə
aşağıdakı məsələlərin dəqiqliyinin
təmin edilməsinə kömək edə biləcək
bütün məlumatlarla təmin etməlidirlər:
1. Gömrük idarələri
tərəfindən qüvvədə olan gömrük tarifləri
əsasında tətbiq edilmiş gömrük
rüsumlarının və digər vergilərin, ödənişlərin
alınması haqqında, xüsusilə, gömrük məqsədləri
üçün malların dəyərinin qiymətləndirilməsində
və onların tarif klassifikasiyasının təsis edilməsinə
kömək edə biləcək məlumatları;
2. İdxal, ixrac və
tranzit zamanı qadağan və məhdudiyyətlərin həyata
keçirilməsi;
3. Razılığa Gələn
Tərəflərin biri və ya hər ikisi tərəfindən
bağlanmış digər razılaşmaların əhatə
etmədiyi malların mənşə ölkəsinin təyin
edilməsində milli qaydaların tətbiqi;
4. Müxtəlif
gömrük rejimləri altında tranzit/nəqliyyat
prosedurlarının və sığorta metodlarının həyata
keçirilməsi.
(2) Əgər Sorğu
alan Tərəf tələb olunan məlumata malik deyilsə,
bu məlumatı sorğu alan Razılığa Gələn Tərəf
öz ərazisində qüvvədə olan qanunvericiliyinə
uyğun olaraq axtarmalıdır.
(3) Sorğu alan Tərəf
məlumatı özünə lazım olduğu kimi
axtarmalıdır.
Maddə 4
Gömrük idarələri
bir-birini istər sorğu ilə, istərsə də öz xüsusi
təşəbbüsləri ilə aşağıdakı məsələlərin
təsdiq edilməsində istənilən məlumatla təmin
etməlidirlər:
1. Razılığa Gələn
Tərəflərdən birinin ərazisinə idxal edilmiş
malların digər Razılığa Gələn Tərəfin
ərazisindən qanuni yolla ixrac olunması;
2. Razılığa Gələn
Tərəflərdən birinin ərazisindən ixrac olunan
malların digər Razılığa Gələn Tərəfin
ərazisinə qanuni yolla idxal olunması;
3. Məlumatın həmçinin,
malların tabe edildiyi hər hansı gömrük nəzarəti
tədbirləri zamanı verilməsinin zəruriliyi nəzərə
alınmaqla Razılığa Gələn Tərəflərdən
birinin ərazisindən ixrac zamanı əlverişli şərait
rejimi tətbiq olunan malların lazımi qaydada digər
Razılaşan Tərəfin ərazisinə idxal olunması.
Maddə 5
Razılığa Gələn
Tərəflərdən birinin gömrük idarəsi istər
sorğu ilə, istərsə də öz xüsusi təşəbbüsü
ilə digər Razılığa Gələn Tərəfin
gömrük idarəsini aşağıdakı məsələlərə
dair məlumatlarla təmin etməlidir:
1. digər
Razılığa Gələn Tərəfin ərazisində
qüvvədə olan gömrük qanunvericiliyini pozan və ya
pozması şübhə doğuran şəxslər barədə;
2. malların qeyri-qanuni
daşınmasında istifadə edilən yeni vasitə və
metodlar barədə;
3. qeyri-qanuni
daşınma obyekti olan mallar barədə;
4. digər
Razılığa Gələn Tərəfin ərazisində
qüvvədə olan gömrük qanunvericiliyinin
pozulmasında istifadə olunan və ya istifadə olunduğu
şübhə doğuran hər hansı nəqliyyat vasitələri
barədə.
Maddə 6
Razılığa Gələn
Tərəflərdən birinin gömrük idarəsi öz
xüsusi təşəbbüsü ilə, yaxud sorğuya
görə digər Razılığa Gələn Tərəfin
gömrük idarəsini gömrük qanunvericiliyinin
pozulmasına dair gömrük qanunvericiliyinin təhqiqatı və
ya razılaşması üzrə mövcud olan bütün məlumatlar,
dəlillər, hesabatlar və ya sənədlərin təsdiq
olunmuş surətləri ilə təmin etməlidir.
Maddə 7
Bu Sazişdə nəzərdə
tutulmuş sənədlər eyni məqsədlə istənilən
formada hazırlanmış kompüter məlumatları ilə
əvəz oluna bilər.
Şəxslər, mallar və nəqliyyat vasitələri
üzərində nəzarət
Maddə 8
Razılığa Gələn
Tərəflərdən birinin gömrük idarəsi öz
xüsusi təşəbbüsü ilə yaxud digər
Razılığa Gələn Tərəfin gömrük idarəsinin
sorğusu ilə öz səlahiyyətləri və
imkanları daxilində aşağıdakılar üzərində
xüsusi nəzarəti təmin etməlidir:
1. Razılığa Gələn
Tərəf dövlətinin ərazisinə digər
Razılığa Gələn Tərəf dövlətinin ərazisində
qüvvədə olan gömrük qanunvericiliyini pozan və
yaxud pozması şübhə doğuran şəxslərin
daxil olması və onu tərk etməsinə;
2. Digər
Razılığa Gələn Tərəf dövlətinin ərazisində,
yaxud ərazisindən kənarda qeyri-qanuni dövriyyəyə
səbəb olan və ya olması şübhə doğuran
malların və ödəniş vasitələrinin hərəkəti;
3. Digər
Razılığa Gələn Tərəfin ərazisində
qüvvədə olan gömrük qanunvericiliyinin
pozulmasında istifadə olunan və ya olunduğu şübhə
doğuran hər hansı nəqliyyat vasitələri.
Narkotik vasitələrin, psixotrop maddələrin və
prekursorların qeyri-qanuni dövriyyəsinə qarşı tədbirlər
Maddə 9
(1) İki gömrük idarəsi
bir-birini narkotik vasitələrin, psixotrop maddələrin və
prekursorların qeyri-qanuni dövriyyəsinin
qarşısının alınmasında və təhqiqatında
istər sorğu ilə, istərsə də öz xüsusi təşəbbüsləri
ilə aşağıdakı məsələləri təsdiq
edən bütün məlumatlarla təmin edərək
bir-birinə kömək göstərməlidirlər:
1. narkotik vasitələrin,
psixotrop maddələrin və prekursorların qeyri-qanuni
dövriyyəsinə qarşı mübarizə metodları;
2. narkotik vasitələr,
psixotrop maddələr və prekursorlar üzərində
gömrük nəzarəti prinsipləri, yeni metodlar və
aşkar etmə vasitələri;
3. narkotik maddələrin
müsadirə edilməsində texniki cihazların və
öyrədilmiş gömrük itlərinin istifadə
olunması təcrübəsi;
4. narkotik vasitələrin,
psixotrop maddələrin və prekursorların qeyri-qanuni
dövriyyəsinə qarşı mübarizəyə dair nəşrlər,
əlavə elmi və xüsusi nəşrlər və tədris
vәsaitlәri;
5. narkotik vasitələrin,
psixotrop maddələrin və prekursorların yeni növləri,
istehsal yerləri, qaçaqmalçıların istifadə
etdiyi yollar və gizlətmə metodları, müxtəlif
ölkələrdə və regionlarda narkotik vasitələrin,
psixotrop maddələrin və prekursorların qiymətlərindəki
dəyişmələr;
6. narkotik vasitələrin,
psixotrop maddələrin və prekursorların tanınması
və laboratoriya analizləri.
(2) Razılığa Gələn
Tərəflərdən birinin gömrük idarəsi istər
sorğu ilə, istərsə də öz təşəbbüsü
ilə digər Razılığa Gələn Tərəfin
gömrük idarəsini aşağıdakılara dair
bütün məlumatlarla təmin etməlidir:
1. narkotik vasitələrin,
psixotrop maddələrin və prekursorların qeyri-qanuni idxal,
ixrac olunmasında və ya dövriyyəsində iştirak edən
yaxud iştirak etməsi şübhə doğuran şəxslər
və şirkətlər barədə;
2. narkotik vasitələrin,
psixotrop maddələrin və prekursorların qeyri-qanuni
dövriyyəsi məqsədilə istifadə olunan yeni yollar
və vasitələr barədə;
3. narkotik vasitələrin,
psixotrop maddələrin və prekursorların qeyri-qanuni
dövriyyə obyektləri olan ya olması şübhə
doğuran mallar və poçt bağlamaları;
4. narkotik vasitələrin,
psixotrop maddələrin və prekursorların qeyri-qanuni
dövriyyəsi məqsədilə istifadə olunan yaxud
istifadə olunduğu şübhə doğuran hər bir nəqliyyat
vasitəsi.
Nəzarət altında daşıma
Maddə 10
(1) İki Gömrük
idarəsi nəzarət altında daşınma
metodlarının həyata keçirilməsində bir-biri ilə
əməkdaşlıq etməlidir.
(2) Nəzarət
alında daşınma metodunun həyata keçirilməsi barədə
qərar vaxtaşırılıq prinsipinə əsaslanmalıdır
və hər iki Razılığa Gələn Tərəfin ərazisində
qüvvədə olan qanunvericiliyə müvafiq olaraq verilməlidir.
Sorğular
Maddə 11
(1) Əgər
Razılığa Gələn Tərəflərdən birinin
gömrük idarəsi sorğu göndərirsə, digər
Razılığa Gələn Tərəfin gömrük idarəsi
sorğu göndərən Razılığa Gələn Tərəfin
gömrük qanunvericiliyinə zidd olan yaxud olması aşkara
çıxan əməliyyatlarla bağlı bütün rəsmi
təhqiqatlara başlayacaqdır.
(2) Bu təhqiqatlar
sorğu alan Razılığa Gələn Tərəfin
qüvvədə olan qanunvericiliyinə müvafiq surətdə
həyata keçirilməlidir. Sorğu alan Tərəf
özü üçün fəaliyyət göstərdiyi
kimi fəaliyyət göstərməlidir.
(3) Sorğu alan Tərəf
sorğu göndərən Tərəfin vəzifəli şəxslərinə
belə təhqiqatlarda iştirak etmək üçün icazə
verə bilər. Bu vəzifəli şəxslərin öz
gömrük idarələri tərəfindən verilmiş
yazılı icazəsi olmalıdır.
Ekspertlər və şahidlər
Maddə 12
(1) Əgər
Razılığa Gələn Tərəflərdən birinin
məhkəmə və ya Hökumət orqanları
gömrük qanunvericiliyinin pozulması ilə əlaqədar
sorğu göndərərsə, digər Razılığa Gələn
Tərəfin gömrük idarəsi öz vəzifəli
şəxslərinə həmin məhkəmə və ya
Hökumət orqanları qarşısında ekspert və ya
şahid kimi iştirak etmək səlahiyyəti verə bilər.
(2) Belə vəzifəli
şəxslər onlar tərəfindən vəzifələrinin
icrası zamanı müəyyən edilmiş faktlar barədə
ifadə verməlidirlər.
(3) Sorğuda iştirak
edəcək vəzifəli şəxsin işi və səlahiyyətləri
göstərilməlidir.
(4) Gömrük idarəsinin
vəzifəli şəxslərinin ekspert və şahidlər
kimi iştirak etməsi üçün sorğu hər iki
Razılığa Gələn Tərəfin qanunvericiliyinə
və hər iki dövlətin Razılığa Gələn
Tərəf kimi qoşulduğu beynəlxalq sazişlərə
və konvensiyalara müvafiq olaraq tərtib edilməlidir.
Məlumat və sənədlərdən istifadə
edilməsi
Maddə 13
(1) Bu Saziş üzrə
alınan məlumat, sənədlər və əlaqə
yalnız bu Sazişin məqsədləri üçün
istifadə olunmalıdır. Bu sənədlər
gömrük idarəsinin yazılı şəkildə icazəsi
olmadan digər məqsədlər üçün istifadə
olunmamalıdır.
(2) Narkotik vasitələrin,
psixotrop maddələrin və prekursorların qeyri-qanuni
dövriyyəsinə dair hər hansı Razılığa Gələn
Tərəfin aldığı məlumat və sənədlər
narkotik vasitələrin, psixotrop maddələrin və
prekursorların sui-istifadəsinə və qeyri-qanuni
dövriyyəsinə qarşı mübarizə ilə
bilavasitə məşğul olan hüquq və ya digər səlahiyyətli
orqanlara təqdim edilə bilər.
(3) Bu Sazişlə hər
hansı formada əlaqədar Razılığa Gələn Tərəflərdən
birinin gömrük idarəsi tərəfindən alınan
sorğu, məlumat, ekspert hesabatları və digər sənədlər
həmin Razılığa Gələn Tərəfin eyni
xarakterli sənədlərinə şamil edilən milli
qanunvericiliyin müdafiəsi altında tərtib edilməlidir.
(4) Bu Sazişin məqsədlərinə
müvafiq şəkildə və səlahiyyəti daxilində,
hər iki dövlətin Razılığa Gələn Tərəflər
olduğu beynəlxalq müqavilələrə və
konvensiyalara müvafiq olaraq, gömrük idarələri
özlərinin şahidlik qeydlərində, sənədlərində,
ifadələrində, məhkəmə və inzibati orqanlara
təqdim olunan protokollarında bu Sazişə müvafiq şəkildə
əldə edilmiş məlumat və sənədlərdən
istifadə edə bilərlər.
(5) Məhkəmədə
dəlil kimi istifadə edilən belə məlumat və sənədlər
və onlara verilən əhəmiyyət milli qanunvericiliyə
müvafiq surətdə müəyyən edilməlidir.
Sənədlərin çatdırılması / xəbərdarlıq
Maddə 14
Sorğu alan zaman
Sorğu alan Tərəf sorğu alan Razılığa Gələn
Tərəfin ərazisində qüvvədə olan
qanunvericiliyə əsasən bu Sazişin səlahiyyəti
daxilində olan bütün sənədləri və qərarları
Sorğu göndərən Tərəfə istinad edərək,
öz ərazisində yaşayan və ya qeydiyyatda olan fiziki və
hüquqi şəxslərə verməlidir.
Kömək üçün sorğunun forma və məzmunu
Maddə 15
(1) Bu Sazişə aid
olan sorğular yazılı şəkildə verilməlidir.
Sorğunun icra edilməsi üçün lazım
olan sənədlər sorğuya əlavə
olunmalıdır. Zəruri hallarda şifahi şəkildə
verilən sorğu qəbul oluna bilər, lakin dərhal
yazılı şəkildə təsdiq edilməlidir.
(2) Bu Sazişin 1-ci maddəsinə
aid olan sorğuya aşağıdakı məlumatlar daxil edilməlidir:
1. sorğu göndərən
gömrük idarəsinin adı;
2. tələb olunan tədbirlər;
3. sorğunun mövzusu
və səbəbi;
4. sorğunun
mövzusuna aid olan qanunlar, qaydalar və digər hüquqi əsaslar;
5. təhqiqatların
obyekti olan fiziki və hüquqi şəxslərin və
malların mümkün qədər dəqiq və müfəssəl
göstərişi;
6. 13-cü maddədə
olan hallar istisna olunmaqla, müvafiq faktların qısa məzmunu.
(3) Sorğu, sorğu
alan Tərəfin rəsmi dövlət dilində, ingilis və
ya sorğu alan Tərəfə münasib olan digər dildə
təqdim edilməlidir.
(4) Əgər sorğu
formal tələbatlara cavab vermirsə, bu sorğuda düzəliş
və ya tamamlamaların edilməsi tələb oluna bilər.
Yardım göstərmək öhdəliyindən
istisnalar
Maddə 16
(1) Əgər
Razılığa Gələn Tərəflərdən birinin
gömrük idarəsi sorğunun yerinə yetirilməsinin
dövlətin suverenliyi, ictimai siyasəti, təhlükəsizliyi
və ya sorğu alan Razılığa Gələn Tərəfin
dövlətinin digər mühüm maraqlarına zərər
gətirə biləcəyini hesab edirsə, yaxud dövləti
və ya hər hansı qanun tərəfindən qorunan sirrin
pozulmasına səbəb olacağını güman edirsə,
həmin dövlət yardımdan tamamilə və yaxud qismən
imtina edə və ya bu yardımı yalnız müəyyən
şərtlər və tələblər qəbul olunduqda
göstərə bilər.
(2) Yardım göstərmək
üçün sorğunun yerinə yetirilmədiyi təqdirdə
məsələyə dair qərar və səbəblər
gecikdirilmədən yazılı şəkildə sorğu
göndərən Tərəfə təqdim edilməlidir.
Xərclər
Maddə 17
Hər bir gömrük
idarəsi bu Sazişin həyata keçirilməsində ekspertlərə,
şahidlərə və tərcüməçilərə
ödənilmiş vəsait istisna olmaqla, çəkilmiş
xərclərin bərpa edilməsinə dair bütün
iddialardan imtina etməlidir.
Sazişin həyata keçirilməsi
Maddə 18
(1) Bu Sazişin həyata
keçirilməsi Razılığa Gələn Tərəflərin
gömrük idarələrinə həvalə edilməlidir və
bilavasitə Razılığa Gələn Tərəflərin
gömrük idarələri arasında yerinə yetirilməlidir.
(2) Razılığa Gələn
Tərəflərin gömrük idarələri öz təhqiqat
xidmətlərinin bir-birinə birbaşa əlaqə
saxlamasını təşkil edə bilərlər.
Ərazi üzrə tətbiq edilmə
Maddə 19
Bu Saziş
Razılığa Gələn Tərəflərin ərazisində
tətbiq olunmalıdır.
Sazişin qüvvəyə minməsi və müddətinin
başa çatması
Maddə 20
(1) Bu Saziş onun
qüvvəyə minməsi üçün
Razılığa Gələn Tərəflərin zəruri
olan bütün milli hüquqi prosedurların yerinə yetirilməsi
haqqında sonuncu yazılı bildirişin tarixindən sonra
otuzuncu gündən etibarən qüvvəyə minir.
(2) Bu Saziş beş il
müddətinə bağlanır. Əgər
Razılığa Gələn Tərəflərdən biri
Sazişin müddətinin başa çatmasından
üç ay əvvəl onun qüvvəsinin
dayandırılması niyyəti barədə yazılı
şəkildə bildiriş verməzsə, sazişin qüvvəsi
hər dəfə bir il müddətində
uzadılacaqdır və belə bildiriş verildiyi tarixdən
sonra Saziş altı ay müddətində qüvvədə
olacaqdır.
Bakı şəhərində,
«2» dekabr 1999-cu il tarixində Azərbaycan, bolqar və ingilis
dillərində imzalanmışdır, bütün mətnlər
autentikdir.
Bu Sazişin müddəalarının
təfsiri zamanı hər hansı bir fikir
ayrılığı olarsa, ingilis dilindəki mətn
üstünlük təşkil edəcəkdir.
Azərbaycan Respublikası
Bolqarıstan Respublikası
Hökuməti adından
Hökuməti adından
(imza)
(imza)
Azərbaycan Respublikasının Qanunvericilik toplusu .-
2000.- 31 mart, ¹ 3.- S.897-905.