Malİyyələşdİrmə
haqqında Memoranduma tətbİq edİlən
Ümumİ Qaydalar
Bundan sonra «Birlik»
adlanacaq, Avropa iqtisadi birliyinin adına və adından
çıxış edən, bundan sonra «Komissiya»
adlandırılacaq Avropa Birliyi Komissiyası bir tərəfdən
və
Azərbaycan
Respublikası adına və adından çıxış
edən, bundan sonra «Hökumət» adlandırılacaq Azərbaycan
Respublikasının Hökuməti digər tərəfdən
birlikdə
«Razılaşan tərəflər» adlandırılacaq,
Azərbaycan
Respublikasının, Birlik Şurasının 15 iyul 1991-ci il
tarixli 2157/91 və 19 iyul 1993-cü il tarixli 2053/93 ¹-li təlimatları
ilə nəzərdə tutulduğu kimi, Birliyin texniki
yardım proqramına əsasən, yardımı Tədbirlər
şəklində alan ölkə olduğunu və
Birliyin texniki yardım
proqramına əsasən Azərbaycan Respublikasında maliyyələşdirilən
Tədbirlərin həyata keçirilməsi üçün
ümumi texniki, qanunverici və inzibati qaydaların təsdiq
olunması zərurətini nəzər alaraq
aşağıdakılar barəsində
razılığa gəlmişlər:
Maddə 1
Azərbaycan
Respublikasında iqtisadi və sosial islahatlar prosesinin dəstəklənməsi
və Razılaşan tərəflər arasında əməkdaşlığa
yardım göstərmək məqsədi ilə,
Razılaşan tərəflər, yuxarıda qeyd olunan təlimatdakı
kimi, maliyyələşdirmə haqqında Memorandumuna tətbiq
edilən, mövcud Ümumi qaydalarda təsdiq edilmiş
texniki, qanunverici və inzibati strukturlar çərçivəsində
maliyyələşdiriləcək və həyata keçiriləcək
Tədbirləri yerinə yetirməyə
razılaşmışlar. Hər bir Tədbirin (Tədbirlər
kompleksin) ayrı-ayrı cəhətləri Razılaşan tərəflərin
qəbul edəcəyi maliyyələşdirmə haqqında
Memorandumda (bundan sonra «Maliyyələşdirmə haqqında
Memorandum» adlandırılacaq) göstəriləcəkdir.
Razılaşan tərəflər,
bütün Tədbirlərin lazımi qaydada həyata
keçirilməsi üçün bütün zəruri
addımları atacaqlar. Razılaşan tərəflər,
yerinə yetirilən hər hansı bir tədbiri, səmərəli
həyata keçirmək məqsədi ilə ümumi
razılıq əsasında təkmilləşdirə bilərlər.
Belə təkmilləşdirmə:
a) proqramın məbləğlə
əlaqədar müxtəlif komponentlərinin
bölüşdürülməsində, maliyyələşdirmə
haqqında Memorandumda göstərilmiş qiymət
bölgüsündə göstərilən məbləğin
15%-dən artıq olmamaq şərti ilə dəyişilməsi
ilə;
b) proqramın tərtib
və ya texniki elementlərinin əhəmiyyətli dərəcədə,
onun ilkin müəyyən edilmiş şərtlərlə
yerinə yetirilməsinə təsir göstərməklə
nəticələnməməlidir.
Maddə 2
Maliyyələşdirmə
haqqında Memoranduma tətbiq edilən, Ümumi qaydalarla əhatə
olunan hər bir Tədbir, maliyyələşdirmə
haqqında Memoranduma daxil edilməsi nəzərdə tutulan,
bu sənədə olan əlavədə qeyd olunan ümumi
müddəalara müvafiq həyata keçiriləcəkdir.
Maliyyələşdirmə
haqqında Memorandum, zərurət yarandıqda, Tədbirin
yerinə yetirilməsi üçün bu Ümumi qaydaları
təkmilləşdirə və onlara əlavələr edə
bilər.
Maddə 3
Bu Ümumi qaydaların
şərtləri, Birliyin texniki yardım proqramı ilə
maliyyələşdirilən Tədbirlərə, o cümlədən
ayrıca maliyyələşdirmə haqqında Memorandum ilə
mahiyyətcə əhatə olunmayan yardım alan Azərbaycan
Respublikası və başqa ölkələr
üçün maraq kəsb edən regiondakı hökumətlərarası
Tədbirlərə tətbiq ediləcəkdir.
Maddə 4
Bu Ümumi qaydalara
müvafiq maliyyələşdirilən Tədbirlərə
aid məsələlər üçün Komissiya,
özünün Azərbaycan Respublikasında akkreditə
olunmuş nümayəndəliyinə (onun mövcud olduğu
halda), Komissiya adından və Azərbaycan
Respublikasının müvafiq hakimiyyət orqanları ilə
sıx əməkdaşlıq yolu ilə Tədbirlərin
maliyyə və texniki idarəetmənin qanuni təcrübəsinə
müvafiq həyata keçirilməsini təmin edəcək
təqdimatı göndərə bilər.
Maddə 5
Mövcud qaydalara aid hər
hansı bir mübahisə, Razılaşan tərəflər
arasında məsləhətləşmə mövzusudur. Belə
ki, tərəflər bu Ümumi qaydaların məqsədlərini
nəzərə alaraq problemin həlli üçün
bütün səylərini əsirgəməyəcəklər.
Maddə 6
Bu Ümumi qaydalar hər
iki tərəfdən imzalandığı gündən
qüvvəyə minir. Onlar, Birlik Şurasının 15 iyul
1991-ci il tarixli 2157/91 və 19 iyul 1993-cü il tarixli 2053/93 ¹-li
təlimatlarda nəzərdə tutulduğu kimi, Birliyin texniki
yardım proqramına əsasən həyata keçirilən
bütün tədbirlərə tətbiq ediləcəkdir.
Maddə 7
Maliyyələşdirmə
haqqında Memoranduma tətbiq edilən bu Ümumi qaydalar,
Avropa iqtisadi irliyin və Sovet Sosialist Respublikaları
İttifaqının 2 avqust 1991-ci il tarixli Protokolunu əvəz
və ləğv edir.
Bu sənəd 3 fevral
1994-cü il tarixində Brüsseldə hər ikisi eyni
hüquqi qüvvəyə malik olub iki orijinal nüsxədə
ingilis və rus dilində tərtib edilmişdir.
Avropa Bİrlİklərİ
Komİssİyası Azərbaycan
Respublİkasının Hökumətİ
Ser Leon
BRİTTAN Z.A.SƏMƏDZADƏ
Avropa Birlikləri
Komissiyasının
TACIS proqramı üzrə Azərbaycan
Vitse-Prezidenti Respublikasının
Milli Əlaqələndiricisi
Əlavə
Malİyyələşdİrmə
haqqında Memoranduma tətbİq edİlən
Ümumİ Qaydalar
Fəsil 1
Tədbİrlərİn malİyyələşdİrİlməsİ
Maddə 1. Birliyin planlaşdırılmış
maliyyə ayırmaları
Məbləği hər
bir maliyyələşdirmə haqqında Memorandumda müəyyən
edilən, bundan sonra «Avropa İqtisadi Birliyin maddi
yardımı» adlandırılacaq birliyin
planlaşdırılmış maliyyə ayırmaları,
lazımi qaydada təsdiq edilmiş kontrakt və işçi
proqramlar əsasında vəsait qoyuluşu həddini və
ödəmələrin həyata keçirilməsini müəyyən
edəcəkdir.
Maddə 2. Ödəmələr
1. Ödəmələr
Komissiya tərəfindən birbaşa podratçıya və
ya işçi proqramları əsasında
formallıqların yerinə yetirildiyi təqdirdə, Komissiya
və yaxud Komissiyanın nəzarəti altında Tədbirlərin
həyata keçirilməsinə cavabdeh təşkilat
adından, podratçılara ödəmələrin verilməsi,
xüsusi olaraq layihə üçün nəzərdə
tutulmuş bank hesabına avanslar şəklində ödənilir.
Tədbirin iş
proqramları əsasında yerinə yetirilməsi tələb
olunduğu hər zaman, hesaba keçirilən avans ödəmələr
nağd pul kütləsi hərəkətinin müvafiq
planlarına əsasən ödəniləcəkdir.
Kontraktlar, Avropa Birlikləri
Komissiyası tərəfindən tətbiq edilən standart
kontraktlar və kontraktlar üçün ümumi müddəalar
kimi beynəlxalq modellərə cavab verəcəkdir.
Fəsil 2
Maddİ-texnİkİ təchİzat
Maddə 3. Ümumi maddələr
Texniki əməkdaşlıq
və təchizat kontraktlarının bağlanması
üçün istifadə olunmalı prosedur,
aşağıda göstərilmiş prinsiplərə riayət
edilməklə maliyyələşdirmə haqqında
Memorandumda müəyyən ediləcəkdir.
Maddə 4. Mənbə
Komissiya tərəfindən
icazə verilmiş ayrı-ayrı hallar istisna olmaqla,
kontraktların yerinə yetirilməsi üçün tələb
olunan material, resurs və xidmətlər, Birlik və ya 15 iyul
1991-ci il tarixli 2157/91 və 19 iyul 1993-cü il tarixli 2053/93 ¹-li
təlimatlarda göstərilmiş benefisiar ölkələrdən
olmalıdır. Bu razılaşmanın imzalandığı
vaxta əsasən benefisiar ölkələrin siyahısı əlavə
olunur.
Ayrı-ayrı hallarda və
Komissiyanın xüsusi təsdiqindən sonra mənbə,
PHARE proqramının benefisiar ölkələri, Aralıq dəniz
ölkələri, birgə maliyyələşdirmə
halında isə, əlaqədar üçüncü ölkələrə
qədər genişlənə bilər. Bu Ümumi
qaydaları imzalandığı vaxta əsasən PHARE
proqramının benefisiar ölkələri siyahısı əlavə
olunur.
Eyni və ya müxtəlif
milli mənsubiyyətə malik şirkətlər arasında
qruplaşma, konsersium və subpodratlar haqqında
razılaşmalar bu mənbə qaydasına tabedir.
Maddə 5. Standart prosedurlardan kənara çıxma
Məsələnin təxirəsalınmazlığı
başa düşüldükdə və ya Tədbirə
mahiyyəti, vacibliyi ikinci dərəcəli olan və ya
xüsusi cəhətləri səbəbi ilə haqq
qazandırıldıqda (məsələn, iki mərhələli
maliyyələşdirmə əməliyyatı, çox mərhələli
əməliyyatlar, ayrı-ayrı texniki spesifikasiyalar və
s.) Komissiya, istisna hal olaraq aşağıdakılara icazə
verə bilər:
layihələr
müsabiqəsinin məhdud elan edilməsindən sonra təchizat
kontraktlarının yerləşdirilməsi;
kontraktların
birbaşa razılaşma yolu ilə bağlanması.
Maddə 6. Təchizat kontraktlarında iştirak
qaydaları
5-ci maddənin şərtlərinə
müvafiq təchizat kontraktlarında iştirak
üçün bərabər şərtlər, xüsusilə
layihələr müsabiqəsində iştirak etmək
üçün dəvətnamələrin müvafiq müddətdə
dərc edilməsi yolu ilə təmin ediləcəkdir.
Birliyin elanları Azərbaycan Respublikası və başqa
maraq göstərən ölkələr üçün, bir
qayda olaraq, Avropa birliklərinin Rəsmi Jurnalı və
müvafiq kütləvi informasiya vasitələrində dərc
ediləcəkdir.
Maddə 7. Kontraktların verilməsi
Komissiya hər bir əməliyyat
üçün seçilmiş təklifin, xüsusi ilə
də ərizə ilə müraciət edən tərəfindən
verilən kvalifikasiya və zəmanətlər, təchizat və
xidmətlərin xərci və keyfiyyəti, həyata
keçirilmə xarakteri və şərtləri, istifadə
və texniki dəyərinə xərclər baxımından ən
səmərəli olduğuna zəmanət verəcəkdir.
Təchizat
kontraktları layihələri müsabiqəsinin nəticələri
Birliyin Rəsmi Jurnalında dərc ediləcəkdir.
Maddə 8. Texniki yardım üzrə Kontraktlar
1. Texniki yardım
üzrə kontraktlar, bir qayda olaraq, layihələr müsabiqəsi
haqqında məhdud elan verilməsindən sonra və ya
Birliyin ümumi büdcəsinə tətbiq edilən maliyyə
təlimatına müvafiq birbaşa razılaşma proseduru
vasitəsilə texniki, iqtisadi və ya maliyyə səbəbləri
ilə haqlı hesab edildikdə bağlanacaqdır.
2. Kontraktlar, Komissiya və
ya bu maliyyələşdirmə haqqında Memorandumunda nəzərdə
tutulduqda, Komissiya və ya onun Azərbaycan Respublikasında
akkreditə olunmuş nümayəndəliyinin (belə bir
nümayəndəlik mövcud olduqda) təsdiqindən sonra,
yardım alan və ya onun adından çıxış edən
hüquqi şəxs tərəfindən tərtib edilib,
müzakirə olunub bağlanacaqdır.
3. Layihələr
müsabiqəsinin məhdud elan edilməsi çərçivəsində,
Komissiya və ya bu maliyyələşdirmə haqqında Memorandumda
nəzərdə tutulduqda, yardım alan və ya onun
adından çıxış edən hüquqi şəxs
Komissiyanın icazəsi ilə müsabiqədə iştirak
etmək üçün dəvət olunacaq potensial
podratçıların son siyahısını
hazırlayacaqdır.
4. Birbaşa
razılaşma proseduru çərçivəsində
Komissiya və ya bu maliyyələşdirmə haqqında
Memorandumda nəzərdə tutulduğu halda, yardım alan və
ya onun adından çıxış edən hüquqi şəxs,
Komissiyanın icazəsi ilə namizədi seçərək
kontrakt bağlayır.
Fəsil 3
Güzəştlərİn verİlməsİ
Maddə 9. Ümumi güzəştlər
Komissiyanın maliyyələşdirdiyi
Tədbirlərdə iştirak edən heyətə, ezamiyyətə
göndərilmiş mütəxəssislər statusu veriləcək
və Hökumət həmin mütəxəssislərə və
bu məqsədlə Azərbaycan Respublikasına gələn
onların ailə üzvlərinə, Azərbaycan Respublikasında
həmin və ya buna oxşar məqsədlər
üçün xidmətləri tələb olunan
ekspatriantların hüquq və güzəştlərindən
az olmayan hüquq və güzəştlər verəcək.
Maddə 10. Təsisetmə, yerləşdirmə,
giriş və ölkədə qalmaq imkanı
Təchizat və xidmətlər
üzrə kontraktlar halında, kontraktlarda iştirak etməyə
maraq göstərən şəxslər, kontraktın vacibliyi
bunu tələb etdikdə, Azərbaycan Respublikasına gəlmək,
müvəqqəti yerləşmək və yaşamaq
hüququ qazanacaqlar. Bu hüquq, yalnız kontrakt haqqında
elanın verilməsindən və ya kontraktın
hazırlanması üçün tədqiqatların
aparılmasına cəlb edilmiş heyət tərəfindən
layihələr müsabiqəsində iştirak etmək
üçün dəvətnamə verildiyi və
baxıldıqdan sonra veriləcək. O,
podratçının adının elan edilməsindən bir
ay sonra qüvvədən düşəcəkdir.
Hökumət, Birlik tərəfindən
maliyyələşdirilən xidmətlər üzrə
kontraktlara cəlb olunan heyətə və onların ailə
üzvlərinə, 9-cu maddədə göstərildiyi kimi,
çoxdəfəlik vizalar verəcək və Azərbaycan
Respublikasında vizaların etibarlılıq müddətinin
uzadılmasını təmin edəcəkdir. Bundan başqa,
Hökumət ezamiyyətə göndərilmiş yuxarıda
qeyd edilmiş mütəxəssislərə, kontraktın tələblərinə
müvafiq və kontraktın yerinə yetirilməsinə tələb
olunan müddətdə və Azərbaycan Respublikasında
müvafiq qanun və qaydalara uyğun yaşamaq, işləmək
və getmək üçün icazə verəcək.
Mütəxəssislər
gəldikdə, Hökumət, onlara və onların ailə
üzvlərinə Respublika ərazisində sərbəst hərəkət
üçün viza və hər hansı bir əlavə
xüsusi razılıq almadan hər hansı bir şəhərdə
yaşamaq icazəsi verəcək.
Maddə 11. Avadanlığın idxalı və
reeksportu
Hökumət, Tədbirlərin
həyata keçirilməsi üçün zəruri
professional avadanlığın, həmçinin avtomobillərin
idxalı üçün icazə verəcək.
Ezam edilmiş mütəxəssislər,
layihənin həyata keçirilməsi məqsədi ilə
idxal edilmiş avtomobilləri, onların
razılaşdırılmış layihələr
üçün gətirildiklərinə və Birliyin və
ya bu razılaşdırılmış kontraktın həyata
keçirilməsinə dair Birliklə lazımi qaydada
müqavilə bağlamış təşkilatın sərəncamında
olduğuna dair siyahıda qeydiyyatdan keçirəcəklər.
Bundan başqa, Hökumət,
təchizat və xidmətlərə dair kontraktları yerinə
yetirmiş fiziki və hüquqi şəxslərə, Azərbaycan
Respublikasının mövcud qanunvericiliyinə müvafiq
yuxarıda qeyd olunmuş avadanlıq və avtomobillərin
reeksportunun həyata keçirilməsinə lazım olan icazələri
verəcəkdir.
Maddə 12. İdxala və valyuta mübadiləsinə
nəzarət
Tədbirlərin həyata
keçirilməsi üçün Hökumət, Birlik
üzvləri arasında müxtəliflik qoymamaqla xarici
valyutanın idxalı və alınmasına və valyuta
mübadiləsinə nəzarət qaydalarının tətbiqinə
dair icazələrin verilməsini öz öhdəsinə
götürür.
Hökumət, ezam
edilmiş mütəxəssislərə və onların ailə
üzvlərinə, xarici valyutanın Azərbaycan
Respublikasına gətirilməsi və texniki yardım göstərilməsinə
dair kontraktın müddətində saxlanmasına icazə verəcək.
Bundan başqa, ezam
edilmiş mütəxəssislər və onların ailə
üzvləri müvafiq istifadə olunmamış xarici
valyutanı öz ixtiyarlarına müvafiq çıxarmaq
hüququnu qazanacaqlar.
Maddə 13. Vergiləndirmə və gömrük
1. Vergi və
gömrük rüsumları Avropa Birliyinin maliyyə
yardımından maliyyələşdirilməyəcəkdir.
2. Mallar, həmçinin
Avropa birliyinin maliyyə yardımından və ya birgə
maliyyələşdirilən kontraktların yerinə yetirilməsi
çərçivəsində, Azərbaycan Respublikasına
idxal edilən avadanlıq və avtomobillər, idxal
rüsumları, vergi və Hökumət və ya onun hər
hansı bir orqanının analoji xarakterli maliyyə
yığımları ilə vergiləndirilməyəcəkdir.
Komissiyanın tələbinə
müvafiq, Hökumət, sözugedən idxal edilən
malların, kontraktın adi qaydada yerinə yetirilməsi
üçün, yuxarıda qeyd olunan vergi, rüsum və
yığımlara dair hər hansı bir mübahisələrin
həllindən asılı olmayaraq, buraxılış məntəqəsindən
alıcıya qədər vaxtında buraxılacağına zəmanət
verəcəkdir;
Avropa Birliyinin maliyyə
yardımından maliyyələşdirilən təchizat
kontraktı, Azərbaycan Respublikasından olan məhsulu əhatə
etdiyi hallarda, kontrakt, bu tip təchizatlara dair Azərbaycan
Respublikasında tətbiq edilən yerli vergi və ya maliyyə
yığımlarını daxil etməyən qiymət əsasında
bağlanacaq və bu vergi və rüsumların
siyahısı ayrıca təqdim ediləcək.
3. Avropa Birliyinin maliyyə
yardımından maliyyələşdirilən kontraktlar, eyni
qüvvəyə malik olan, bu cür yığımların
mövcud olub-olmaması və ya onların tətbiq
olunması zərurətindən asılı olmayaraq, Azərbaycan
Respublikasında sənədlərə möhür
vurulması, qeydiyyat rüsumları və ya maliyyə
yığımların ödənilməsi tələbi
altına düşməyəcəkdir.
4. Avropa Birliyinin maliyyə
yardımından maliyyələşdirilən texniki əməkdaşlıq
kontraktları üzrə işləyən fiziki və
hüquqi şəxslər, habelə ekspatriant işçilər,
Azərbaycan Respublikasında Hökumət və ya onun
tabeliyində olan hər hansı bir orqan tərəfindən
tutulan aşağıdakı ödəmələrdən
azaddır:
sosial sığortaya
ayırmalardan;
Birlikdən və ya
Birliklə kontrakt bağlamış təşkilatın
aldığı gəlirdən sahibkarlıq fəaliyyətinə
qoyulan vergi və gəlir vergisi və ya analoji xarakterli
yığımlardan.
5. Texniki əməkdaşlıq
üzrə kontraktlarda müəyyən edilmiş məsələlərin
həlli üzərində işləyən fiziki şəxslərin
(və onların ailə üzvlərinin) — həmin məntəqədə
işləyənlərdən başqa şəxsi və ev
istifadəsində olan əşyalar, həmçinin fiziki
şəxslərin şəxsi istifadəsi üçün
idxal edilən qida məhsulları, Azərbaycan
Respublikasında Hökumət və ya onun tabeçiliyində
olan hər hansı bir orqan tərəfindən tutulan idxal
rüsumları, vergi və ekvivalent təsirə malik olan digər
maliyyə yığımlarından azad olacaqlar.
Göstərilmiş
şəxsi və ev istifadəsi üçün nəzərdə
tutulmuş əşyalar, kontraktın başa
çatmasından sonra Azərbaycan Respublikasında mövcud
olan qaydalara müvafiq şəkildə reeksport və ya Azərbaycan
Respublikasına hədiyyə edilə bilər.
Azərbaycan
Respublikasına gömrük rüsumu ödəmədən,
mövcud qanun və təlimatları gözləməklə
bir ailəyə bir motorlu nəqliyyat vasitəsinin idxalına,
həmin nəqliyyat vasitəsinin yalnız müvafiq
kontraktın müddəti ərzində istifadə olunduğu
və həmin müddətin başa çatdıqdan sonra
reeksport ediləcəyi şərti ilə icazə verilir.
Mütəxəssislər və onların ailə üzvləri,
özlərinin mövcud sürücülük vəsiqələrini
təqdim etməklə yerli sürücülük vəsiqələrini
ala bilərlər.
6. Professional avadanlıq
idxal edən fiziki və hüquqi şəxslər, 11-ci maddədə
göstərildiyi kimi, öz xahişlərinə əsasən,
Azərbaycan Respublikasının qanunvericiliyində qeyd olunan
avadanlığa dair müvəqqəti idxala aid güzəştlər
əldə edəcəklər. Bu avadanlıq idxal və ixrac
zamanı, Hökumət və ya onun tabeliyində olan hər
hansı bir orqan tərəfindən alınan gömrük
rüsumu, vergi və yığım və ya analoji xarakterli
yığımlarla vergiləndirilməyəcəkdir.
Fəsil 4
Ödəmə prosedurları
Maddə 14. Ödəmə prosedurları
1. Avropa Birliyinin maliyyə
yardımından maliyyələşdirilən və ya birgə
maliyyələşdirilən kontraktlara dair podratlara aid ərizə
ilə müraciətlər, bir qayda olaraq, ECU-da tərtib
edilir və ödənilir. Xüsusi əsaslara görə,
başqa valyutaların istifadəsi ayrı-ayrı hallarda
Komissiya tərəfindən həll ediləcəkdir.
2. Podratlara ərizələrin
ECU-da tərtib edildikdən sonra, müvafiq ödənişlər,
lazımi qaydada kontraktda qeyd olunmuş valyuta ilə, ödəmələrdən
bir gün əvvəl olan kursa müvafiq ECU-nun ekvivalent dəyəri
əsasında ödəniləcəkdir.
Fəsil 5
Razılaşan tərəflər arasında əməkdaşlıq
Maddə 15. İnformasiya və yardım
1. Komissiya, gecikmədən
Hökuməti mütəxəssislərin və onların
himayəsində olanların (belələri varsa) şəxsiyyəti,
üzərində işlənəcək
razılaşdırılmış layihə, onların gəlişi,
Azərbaycan Respublikasında qaldıqları və təxmini
iş müddəti haqqında məlumat verəcəkdir.
2. Hökumət,
razılaşdırılmış layihələrin həyata
keçirilməsinin asanlaşdırılması və bu
Ümumi qaydaların yerinə yetirilməsi üçün tələb
olunan hər hansı bir inzibati yardımı göstərəcəkdir.
Maddə 16. Yoxlama və təftiş
1. Komissiya, Avropa Birliklərinin
Nəzarət Komissiyası ilə birlikdə, Tədbirin həyata
keçirilməsində zəruri hesab etdikləri texniki və
ya maliyyə missiyasının və ya təftişin
keçirilməsi üçün özlərinin etibar etdikləri
şəxsləri və ya lazımi qaydada səlahiyyətlə
təmin edilmiş nümayəndələrini göndərmək
hüququna malik olacaqlar. Lakin, Komissiya və Nəzarət
Komissiyası belə missiyalar haqqında əvvəlcədən
məlumat verəcək və Azərbaycan
Respublikasının hakimiyyət orqanlarının bu təftişlərdə
iştirak etmələrini xahiş edə bilərlər.
Hökumət, ondan tələb
edilən və işə aid məlumat və sənədləri
onların ixtiyarına təqdim edəcək və təftiş
və ya yoxlama aparmaq göstərişi alan şəxslərin
işinin asanlaşdırılması üçün zəruri
tədbirlər görəcəkdir.
2. Maliyyələşdirmə
haqqında Memorandumunun, Komissiyanın bəyənməsi ilə,
alıcı və ya onun adından çıxış edən
hüquqi şəxs tərəfindən tədbirin həyata
keçirilməsi üçün maliyyə vasitələri
təqdim etdiyi halda, Hökumət
aşağıdakıları təmin etməlidir:
a) Lazımi mühasibat
prosedurlarına müvafiq, maliyyələşdirmə
haqqında Memoranduma əsasən maliyyələşdirilən
təchizat və xidmətlərin həqiqətə
uyğunluğunun müəyyən edilməsi
üçün kifayət hesab edilən uçot-qeydiyyat sənədləri
və hesabatlar saxlanılır.
b) Yuxarıda qeyd edilən
etibar edilmiş şəxslər və ya Komissiyanın
nümayəndələri və Nəzarət komissiyası,
maliyyələşdirmə haqqında Memoranduma əsasən
maliyyələşdirilən maddələrə aid
bütün sənəd və hesabatları yoxlamaq hüququ
vardır.
Maddə 17. İnkişafı nəzərdə tutan tədbirlər
Tərəflər,
uyğun olduqda, maliyyələşdirmə haqqında
Memorandumda qeyd olunan qrafikə müvafiq, inkişafı nəzərdə
tutan tədbirlərə nəzarət və Tədbirin geri
dönüş səlahiyyətinə malik yerinə yetirilmə
qiymətləndirilməsini apara bilər və bir-birinə nəticələr
haqqında məlumat verə bilərlər.
Fəsil 6
Ümumİ və son müddəalar
Maddə 18. Məsləhətləşmələr-mübahisələr
1. Maliyyələşdirmə
haqqında Memorandum və ya bu Ümumi qaydaların yerinə
yetirilməsi və ya şərhinə aid olan hər hansı
bir məsələ, Razılaşan tərəflər
arasında məsləhətləşmələr mövzusu
olacaqdır. Belə məsələ, zərurət
yarandıqda, maliyyələşdirmə haqqında Memoranduma
düzəliş edilməsi ilə nəticələnə
bilər.
2. Maliyyələşdirmə
haqqında Memorandum və ya bu Ümumi qaydalarda qeyd olunan,
lazımi vaxtda düzəliş tədbirlərinə məruz
qalmamış öhdəliyin yerinə yetirilmədiyi halda,
Komissiya, Hökumətlə aparılan məsləhətləşmələrdən
sonra Tədbirin maliyyələşdirilməsini dayandıra və
ya ləğv edə bilər.
3. Hökumət, Tədbirin
keçirilməsindən qismən və ya
bütünlüklə imtina edə bilər. Razılaşan
tərəflər belə bir imtinanın təfərrüatını
məktub mübadiləsi yolu ilə bildirə bilərlər.
Maddə 19. Bildirişlər-ünvanlar
Tərəflər
arasındakı təqdim edilmiş hər bir bildiriş və
ya razılaşma, Tədbirin nömrəsi və adına
istinad edən yazışmanın mövzusu olmalıdır.
Belə bildiriş və razılaşmalar həmin tədbirə
icazə almış tərəfə göndərildiyi məktubda
ifadə edilməli və həmin tərəfin göstərdiyi
ünvana göndərilməlidir. Müstəsna zərurət
yarandıqda, telefaks, teleqraf və ya teleksdən istifadəyə
icazə veriləcəkdir və dərhal məktub təsdiq
edildiyi zaman etibarlı hesab ediləcəkdir.
Ünvanlar maliyyələşdirmə
haqqında Memorandumda göstərilmişdir.
Azərbaycan Respublikasının Qanunvericilik toplusu .-
2000.- 31 mart, ¹ 3.- S.885-893.