Azərbaycan Respublikası Hökuməti
və Beynəlxalq Miqrasiya Təşkilatı
arasında Əməkdaşlıq
Sazİşİ
Bundan sonra Hökumət
adlandırılan Azərbaycan Respublikası Hökuməti bir
tərəfdən və bundan sonra BMqT adlandırılan Beynəlxalq
Miqrasiya Təşkilatı digər tərəfdən,
BMqT-nin miqrasiya sahəsində
rolunu və təcrübəsini qəbul edərək,
BMqT-nin məqsəd və
funksiyalarının, habelə bu təşkilatın və
onun işçilərinin fəaliyyətinin Azərbaycanda digər
beynəlxalq hökumətlərarası təşkilatlara
verilən eyni imtiyaz və immunitetlərin BMqT-yə və onun
işçilərinə verilməsini əsaslandırdığını
nəzərə alaraq,
Azərbaycan Respublikası
və BMqT arasında dostluq münasibətlərinin və əməkdaşlığın
daha da möhkəmləndirilməsini və inkişaf etdirilməsini
arzu edərək,
aşağıdakılar barədə
razılığa gəlmişlər:
Maddə 1
BMqT-nin İdarəetmə
Orqanlarının müvafiq qərarlarına uyğun və
fondların mövcudluğundan asılı olaraq, bu təşkilat
Azərbaycanda potensialların yaradılması, miqrasiya məsələləri
üzrə məsləhət xidmətləri və digər
texniki əməkdaşlıq fəaliyyətləri; miqrasiya
haqqında informasiya; vətəndaşların və əcnəbilərin
miqrasiyası, həmçinin əmək miqrasiyası;
qaçqınlara və ölkə daxilində və onun
xaricindən gəlmiş məcburi köçkünlərə,
digər ehtiyacı olan şəxslərə miqrasiya
yardımları; yüksək ixtisaslı kadrların
qayıtması və seçkili miqrasiya kimi miqrasiya
proqramlarını həyata keçirəcəkdir.
Maddə 2
Hökumət və
BMqT, BMqT-nin Azərbaycan Hökuməti ilə əməkdaşlıqda
həyata keçirmək istədiyi proqramların maliyyə,
maddi və inzibati cəhətdən dəstəklənməsi
üçün dövlətləri və beynəlxalq təşkilatları
cəlb etmək məqsədi ilə birgə səylər
üzrə təkliflər hazırlayacaqlar.
Maddə 3
Zəruri hallarda,
hazırda nəzərdə tutulan və gələcək
proqramların həyata keçirilməsi ilə bağlı
Hökumət və BMqT arasında əməkdaşlıq
çərçivələrinin təfsilatı onlar
arasında yazışmalarda
razılaşdırılacaqdır. Bu yazışmalar, əgər
müəyyən olunarsa, Sazişin bir hissəsi kimi qəbul
olunacaqdır.
Maddə 4
BMqT Bakıda öz
ofisini və lazım gələrsə, ölkənin digər
yerlərində filiallarını açmaq səlahiyyətinə
malikdir. Hökumət ofis üçün müvafiq tikililərin
tapılmasında və telekommunikasiya vasitələri ilə
təchiz olunmaqda BMqT-yə kömək edəcəkdir.
Maddə 5
BMqT tam hüquqi şəxs
statusuna malik olacaqdır. O, öz funksiyalarını yerinə
yetirmək və məqsədlərini həyata keçirmək
üçün lazım olan hüquqi qabiliyyətə, o
cümlədən, müəyyən edilmiş qaydada:
a) müqavilələr
bağlamaq,
b) daşınan və
daşınmaz əmlakı əldə etmək və onun
üzərində sərəncam vermək,
c) vəsaitləri qəbul
etmək və onlardan ödənişlər etmək,
ç) məhkəmədə
iddia qaldırmaq
kimi hüquqlara malik
olacaqdır.
Maddə 6
1. BMqT, onun əmlak və
aktivləri, onun öz immunitet hüququndan imtina etdiyi bəzi
xüsusi hallar istisna olmaqla, məhkəmənin işə
qarışmasının hər hansı formasına
qarşı immunitetə malikdirlər. Lakin immunitetdən
imtina etmənin məhkəmə qərarlarının
icrasına aid olunmadığı nəzərdə tutulur.
2. BMqT-nin tikililəri,
arxivləri və sənədləri toxunulmazdır. BMqT-nin əmlak
və aktivləri icra, inzibati, məhkəmə və ya
qanunvericilik hərəkəti ilə axtarışdan,
rekvizisiyadan, müsadirədən, məhrum edilmədən və
ya hər hansı digər formada müdaxilədən
azaddır.
Maddə 7
BMqT fondlar və ya istənilən
növ valyuta saxlaya və haqq-hesab əməliyyatları apara
bilər. O, sərbəst surətdə öz fondlarını
və ya valyutasını köçürə bilər və
saxladığı valyutanı hər hansı bir başqa
valyutaya çevirə bilər.
Maddə 8
BMqT, onun aktivləri, gəliri
və digər əmlakı:
1. bütün
birbaşa vergilərdən azad edilirlər; lakin nəzərdə
tutulur ki, BMqT kommunal xidmətlər üçün ödənişlərdən
azad edilmir;
2. İdxal və ixrac
olunan malların gömrük sərhədindən
keçirilməsi üçün müvafiq qaydaya əməl
etmək şərti ilə, xidməti məqsədlər üçün
idxal və ya ixrac olunan mallar üçün gömrük
rüsumlarından və idxal-ixrac qadağalarından və məhdudiyyətlərindən
azad olunurlar.
Maddə 9
BMqT-yə onun rəsmi
kommunikasiyaları üçün prioritet, dərəcə və
vergilərə münasibətdə Hökumətin hər
hansı bir başqa hökumətin, onun diplomatik missiyaları
daxil olmaqla, şamil etdiyi şərtlərdən əlverişsiz
olmayan şərtlər veriləcəkdir. BMqT-nin rəsmi
kommunikasiyalarına heç bir senzura tətbiq olunmayacaq və
BMqT öz korrespondensiyasına kuryer vasitəsi ilə və ya
içərisində ancaq xidməti istifadə
üçün nəzərdə tutulan sənəd və əşyalar
olan valizlərdə göndərmək və almaq hüququna
malikdir. Kuryerlə göndərilən poçt və valizlər
nə açıla, nə də tutulub, saxlanıla bilər.
Bu cür valizin qeyri-qanuni məqsədlər üçün
istifadə edildiyi haqqında əsaslı şübhə
olarsa, gömrükxananın vəzifəli şəxsi onun
açılmasını tələb edə bilər. Sahibin
valizi açmaqdan imtina etmək hüququ vardır.
Maddə 10
1. BMqT
ştatının üzvləri:
a) öz xidməti vəzifələrinin
icrası zamanı etdikləri hərəkətə,
şifahi və ya yazılı mülahizələrə
görə məhkəmə qarşısında cavabdehlik
etmirlər;
b) BMqT tərəfindən
onlara verilən əmək haqqı və pul mükafatları
üzrə vergilərdən azad edilirlər;
2. BMqT
ştatının nə Azərbaycan Respublikası vətəndaşı,
nə də Azərbaycan Respublikasında daimi yaşayan xarici
ölkə vətəndaşı olmayan üzvləri, əlavə
olaraq:
a) həyat
yoldaşları və himayələrində olan qohumları
ilə birlikdə immiqrasiya məhdudiyyətlərindən və
xarici ölkə vətəndaşları üçün tətbiq
edilən qeydiyyatdan azad olunurlar;
b) valyuta dəyişdirilməsinə
münasibətdə diplomatik nümayəndəliklərin
müvafiq rütbəli vəzifəli şəxslərinə
aid olan imtiyazlardan istifadə edirlər;
c) beynəlxalq
böhranlar vaxtı öz həyat yoldaşları və himayələrində
olan qohumları ilə birlikdə diplomatik nümayəndəliklərin
müvafiq rütbəli şəxslərinə aid edilən
repatriasiya üzrə güzəştlərdən istifadə
edirlər;
ç) ailə üzvləri
ilə birlikdə getdikləri ölkəyə gömrük
rüsumundan azad edilmək şərti ilə ilk vaxtlar şəxsi
istifadələri üçün nəzərdə
tutulmuş əşyaları gətirə bilərlər.
Burada gömrükxananın olduğu yerdən kənarda və
ya gömrükxana üçün qoyulmuş iş
vaxtından sonra əşyaların saxlanmasına,
gömrük sənədləşdirilməsinə görə
rüsumlar istisna təşkil edir. Müvəqqəti gətirmiş
olduqları nəqliyyat vasitələrinə isə, həmin
müddət ərzində digər fiziki və hüquqi şəxsə
özgəninkiləşdirilməyəcəyi, istifadəyə
və sahibliyə verilməyəcəyi barədə
gömrük orqanlarına öhdəlik verdikdən sonra
gömrük rüsumundan azad edilməklə gətirə bilərlər.
3. BMqT-nin Baş
Direktoru, Baş Direktorun Müavini və Missiyanın
Başçısı müvafiq rütbəli diplomatik
nümayəndələrə verilən imtiyazlardan və
immunitetlərdən istifadə edirlər.
Maddə 11
Bu Sazişdə nəzərdə
tutulan imtiyaz və immunitetlər BMqT ştatının
üzvlərinə onların şəxsi marağı
üçün yox, məhz BMqT-nin marağı
üçün verilir. BMqT, onun fikrincə, immunitet ədalət
məhkəməsinin yerinə yetirilməsinə mane olursa və
bu immunitetdən imtina BMqT-nin maraqlarına zərər gətirmədən
həyata keçirilə bilərsə, onun
ştatının hər bir üzvünə verilən
immunitetdən imtina etmək hüququna malikdir və imtina etməyə
borcludur.
Maddə 12
Bu Sazişin şərhi
ilə bağlı mübahisələr Hökumət və
BMqT arasında qarşılıqlı anlaşılma ruhunda
aparılan danışıqlar yolu ilə həll
olunacaqdır.
Maddə 13
Bu Saziş, Hökumət
BMqT-yə beynəlxalq müqavilənin bağlanması
üçün Azərbaycan Respublikası qanunvericiliyi ilə
nəzərdə tutulmuş dövlətdaxili prosedurların
yerinə yetirilməsi barədə xəbər verdiyi gündən
qüvvəyə minir.
Maddə 14
Hazırki Sazişin
müddəalarına Hökumət və BMqT-nin
qarşılıqlı razılığı əsasında
yenidən baxıla bilər və onda dəyişikliklər
edilə bilər. Bu məqsədlə danışıqlar tərəflərdən
birinin xahişi ilə aparıla bilər.
Maddə 15
Bu Saziş tərəflərdən
birinin digərinə onun ləğv edilməsi haqqında
öz qərarını yazılı surətdə təqdim
etdikdən on iki ay sonra qüvvədən düşür.
Bunun təsdiqi olaraq tərəflərin
aşağıda adları çəkilmiş səlahiyyətli
nümayəndələri hazırkı Sazişi
imzaladılar.
Bu Saziş Bakı şəhərində,
8 dekabr 1999-cu ildə iki əsl nüsxədə hər biri Azərbaycan
və ingilis dillərində tərtib olunmuşdur. Hər iki
mətn eyni qüvvəyə malikdir.
Azərbaycan Respublikası
Beynəlxalq
Miqrasiya
Hökuməti
adından Təşkilatı
adından
(imza)
(imza)
Azərbaycan Respublikasının Qanunvericilik toplusu .-
2000.- 31 mart, ¹ 3.- S.911-913.