Azərbaycan Respublikasının bəzi
rayonlarının inzibati ərazi bölgüsündə qismən
dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara
alır:
Azərbaycan Respublikasının
aşağıdakı rayonlarının inzibati ərazi
bölgüsündə dəyişikliklər edilsin:
BAKI ŞƏHƏRİ
Sabunçu rayonu üzrə
Bilgəh qəsəbə inzibati ərazi vahidi tərkibindəki
Zəfəran qəsəbəsi rayonun yaşayış məntəqələri
uçot məlumatından çıxarılsın.
Ramana qəsəbə inzibati ərazi vahidi tərkibindəki
Yeni Ramana qəsəbəsi rayonun yaşayış məntəqələri
uçot məlumatından çıxarılsın.
Əzizbəyov rayonu üzrə
Buzovna qəsəbə inzibati ərazi vahidi tərkibindəki
Zuğulba qəsəbəsi rayonun yaşayış məntəqələri
uçot məlumatından çıxarılsın.
Gürgən qəsəbə inzibati ərazi vahidi tərkibindəki
Qala qəsəbəsi rayonun yaşayış məntəqələri
uçot məlumatından çıxarılsın.
Qala qəsəbə inzibati ərazi vahidi tərkibindəki
İkinci Qala və Xandan qəsəbələri rayonun
yaşayış məntəqələri uçot məlumatından
çıxarılsın.
Şüvəlan qəsəbə inzibati ərazi
vahidi tərkibindəki Cənubi qəsəbəsi rayonun
yaşayış məntəqələri uçot məlumatından
çıxarılsın.
Türkan qəsəbə inzibati ərazi vahidi tərkibindəki
Yeni Türkan qəsəbəsi rayonun yaşayış məntəqələri
uçot məlumatından çıxarılsın.
Zirə qəsəbə inzibati ərazi vahidi tərkibindəki
Dübəndi qəsəbəsi və Qoşaqışlaq kəndi
rayonun yaşayış məntəqələri uçot məlumatından
çıxarılsın.
Ağcabədi rayonu üzrə
Göyük kəndi Muğanlı kənd inzibati ərazi
vahidi tərkibindən ayrılaraq, həmin kənd mərkəz
olmaqla Göyük kənd inzibati ərazi vahidi
yaradılsın.
İmamqulubəyli kəndi Hindarx kənd inzibati ərazi
vahidi tərkibindən ayrılaraq, həmin kənd mərkəz
olmaqla İmamqulubəyli kənd inzibati ərazi vahidi
yaradılsın.
Qiyaməddinli kəndi Arazban kənd inzibati ərazi
vahidi tərkibindən ayrılaraq, həmin kənd mərkəz
olmaqla Yuxarı Qiyaməddinli kənd inzibati ərazi vahidi
yaradılsın.
Arazbarı kənd inzibati ərazi vahidinin Mirzəhaqverdili
kəndi Yuxarı Qiyaməddinli kənd inzibati ərazi
vahidinin tərkibinə verilsin.
Qiyaməddinli kəndi Gələbədin kənd
inzibati ərazi vahidi tərkibindən ayrılaraq, həmin kənd
mərkəz olmaqla Qiyaməddinli kənd inzibati ərazi vahidi
yaradılsın.
Mehrablı kəndi Qaradolaq kənd inzibati ərazi
vahidi tərkibindən ayrılaraq, həmin kənd mərkəz
olmaqla Mehrablı kənd inzibati ərazi vahidi
yaradılsın.
Pərioğlular kəndi Hacıbədəlli kənd
inzibati ərazi vahidi tərkibindən ayrılaraq, həmin kənd
mərkəz olmaqla Pərioğlular kənd inzibati ərazi
vahidi yaradılsın.
Rəncbərlər kəndi Hüsülü kənd
inzibati ərazi vahidi tərkibindən ayrılaraq, həmin kənd
mərkəz olmaqla Rəncbərlər kənd inzibati ərazi
vahidi yaradılsın.
Şərəfxanlı kəndi Kəhrizli kənd
inzibati ərazi vahidi tərkibindən ayrılaraq, həmin kənd
mərkəz olmaqla Şərəfxanlı kənd inzibati ərazi
vahidi yaradılsın.
Kəhrizli kənd inzibati ərazi vahidinin
Şahmalılar və Şotlanlı kəndləri Şərəfxanlı
kənd inzibati ərazi vahidinin tərkibinə verilsin.
Şahsevən Təzəkənd kəndi
Muğanlı kənd inzibati ərazi vahidi tərkibindən
ayrılaraq, həmin kənd mərkəz olmaqla Şahsevən
Təzəkənd kənd inzibati ərazi vahidi
yaradılsın.
Bərdə rayonu üzrə
Qaradəmirçi kənd inzibati ərazi vahidi tərkibindəki
yaşayış məntəqəsi Qazıqurdalı kəndi
adlandırılsın və rayonun yaşayış məntəqələri
uçot məlumatına daxil edilsin.
Güloğlular kənd inzibati ərazi vahidi tərkibindəki
yaşayış məntəqəsi Bala Ərəblər kəndi
adlandırılsın və rayonun yaşayış məntəqələri
uçot məlumatına daxil edilsin.
Qax rayonu üzrə
İlisu kənd inzibati ərazi vahidi tərkibindəki
Kirovkənd kəndi Qaradolaq kəndi adlandırılsın.
Lerik rayonu üzrə
Orand kəndi Pirəsora kənd inzibati ərazi vahidi tərkibindən
ayrılaraq, həmin kənd mərkəz olmaqla Orand kənd
inzibati ərazi vahidi yaradılsın.
Züvüc kəndi Osyedərə kənd inzibati ərazi
vahidi tərkibindən ayrılaraq, həmin kənd mərkəz
olmaqla Züvüc kənd inzibati ərazi vahidi
yaradılsın.
Osyedərə kənd inzibati ərazi vahidinin Arta,
Çeşman və Zövnə kəndləri Züvüc kənd
inzibati ərazi vahidinin tərkibinə verilsin.
Əliabad kəndi Nüvədi kənd inzibati ərazi
vahidi tərkibindən ayrılaraq, həmin kənd mərkəz
olmaqla Əliabad kənd inzibati ərazi vahidi yaradılsın.
Nüvədi kənd inzibati ərazi vahidinin Camanşəir,
Kürdəser və Soru kəndləri Əliabad kənd
inzibati ərazi vahidinin tərkibinə verilsin.Masallı rayonu
üzrə
Böyük Kolatan kənd inzibati ərazi vahidi tərkibindəki
yaşayış məntəqəsi Bala Kolatan kəndi
adlandırılsın və rayonun yaşayış məntəqələri
uçot məlumatına daxil edilsin.
Birinci Səmədxanlı kəndi Şərəfə
kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, həmin
kənd mərkəz olmaqla Birinci Səmədxanlı kənd
inzibati ərazi vahidi yaradılsın.
Şərəfə kənd inzibati ərazi vahidinin
Alışanlı, Ətcələr və İkinci Səmədxanlı
kəndləri Birinci Səmədxanlı kənd inzibati ərazi
vahidinin tərkibinə verilsin.
Köhnə Alvadı kəndi Banbaşı kənd
inzibati ərazi vahidi tərkibindən ayrılaraq, həmin kənd
mərkəz olmaqla Köhnə Alvadı kənd inzibati ərazi
vahidi yaradılsın.
Miyanku kəndi Hişgədərə kənd inzibati ərazi
vahidi tərkibindən ayrılaraq, həmin kənd mərkəz
olmaqla Miyanku kənd inzibati ərazi vahidi yaradılsın.
Hişgədərə kənd inzibati ərazi vahidinin
Kubin və Nəzəroba kəndləri Miyanku kənd inzibati ərazi
vahidinin tərkibinə verilsin.
Neftçala rayonu üzrə
Aşağı Surra kənd inzibati ərazi vahidi tərkibindəki
Xoşçobanlı kəndi rayonun yaşayış məntəqələri
uçot məlumatdan çıxarılsın.
Zaqatala rayonu üzrə
Əli Bayramlı kənd inzibati ərazi vahidi tərkibindəki
Qass kəndi rayonun yaşayış məntəqələri
uçot məlumatından çıxarılsın.
NAXÇIVAN MUXTAR RESPUBLİKASI
Babək rayonu üzrə
Qoşa Dizə kənd inzibati ərazi vahidi tərkibindəki
Qızılvəng qəsəbəsi rayonun yaşayış
məntəqələri uçot məlumatından
çıxarılsın.
Ordubad rayonu üzrə
Vənənd kənd inzibati ərazi vahidi tərkibindəki
Çapayevka kəndi Xanağa kəndi
adlandırılsın.
Şərur rayonu üzrə
Şərur rayonunun tərkibindəki
yaşayış məntəqəsi Yeni Kərki kəndi
adlandırılsın və rayonun yaşayış məntəqələri
uçot məlumatına daxil edilsin.
Yeni Kərki kəndi mərkəz olmaqla Yeni Kərki kənd
inzibati ərazi vahidi yaradılsın.
Azərbaycan Respublikasının Prezidenti Heydər
Əlİyev
Bakı şəhəri, 8 fevral 2000-ci il
¹ 809-IQ
Azərbaycan Respublikasının Qanunvericilik toplusu. -
2000.- 31 mart, ¹ 3.- S.921-924.