Ermənistan
silahlı qüvvələrinin hərbi təcavüzünə
məruz qalmış ərazilərin yaşayış məntəqələrindəki
fiziki və hüquqi şəxslərin 2000-ci il yanvarın
1-dən 2002-ci il yanvarın 1-dək torpaq vergisini ödəməkdən
azad edilməsi barədə
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Azərbaycan
Respublikasının Milli Məclisi qərara alır:
1. Ermənistan
silahlı qüvvələrinin hərbi təcavüzünə
məruz qalmış ərazilərin yaşayış məntəqələrindəki
fiziki və hüquqi şəxslərin 2000-ci il yanvarın
1-dən 2002-ci il yanvarın 1-dək bu məntəqələrin
torpaqlarına görə torpaq vergisini ödəməkdən
azad edilsinlər.
2. Həmin ərazilərin
yaşayış məntəqələrinin siyahısı Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
Azərbaycan Respublikasının Prezidenti Heydər
Əliyev
Bakı
şəhəri, 15 fevral 2000-ci il
Azərbaycan Respublikasının
Qanunvericilik toplusu.- 2000.- 31 mart, № 3.-
S.924-925.