«Tender haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar İnzibati hüquqpozmalar haqqında  Azərbaycan Respublikasının Məcəlləsinə  əlavələr edilməsi barədə

 

Azərbaycan Respublİkasının Qanunu

 

 Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

 I. İnzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikasının Məcəlləsinə (Azərbaycan SSR Ali Sovetinin məlumatı, 1984-cü il, ¹ 23, maddə 198) aşağıdakı əlavələr edilsin:

 1. Məcəlləyə aşağıdakı redaksiyada 163-6-cı maddə əlavə edilsin:

«Maddə 163-6. Tender haqqında qanunvericiliyin pozulması

 İddiaçıların tenderdə iştirakına əsassız olaraq məhdudiyyət yaratmaq məqsədi daşıyan meyarların əsas şərtlər toplusunda nəzərdə tutulmasına və ya qanunvericiliklə nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının sərəncamı olmadan, tender keçirilmədən birbaşa müqavilələrin bağlanmasına görə—

 vəzifəli şəxslər minimum əmək haqqı məbləğinin yetmiş mislindən yüz mislinədək miqdarda cərimə olunur».

 2. Məcəllənin 211-ci maddəsinə «163-4» rəqəmindən sonra «163-6» rəqəmi əlavə edilsin.

 II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

 

 Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV

 Bakı şəhəri, 15 fevral 2000-ci il

                ¹ 815-IQD

Azərbaycan Respublikasının Qanunvericilik toplusu .- 2000.- 31 mart, ¹ 3.- S.925.