Azərbaycan
Respublikasında dövlət daktiloskopik qeydiyyatı
haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU[1]
Bu Qanun Azərbaycan Respublikasında dövlət
daktiloskopik qeydiyyatının məqsədini, prinsiplərini və
növlərini, habelə dövlət daktiloskopik
qeydiyyatının aparılması sahəsində yaranan
ictimai münasibətləri nizamlayır.
Fəsil I
Ümumİ müddəalar
Maddə 1. Əsas anlayışlar
Bu Qanunda aşağıdakı anlayışlardan
istifadə olunur:
1) dövlət daktiloskopik qeydiyyatı - müvafiq icra
hakimiyyəti orqanı tərəfindən daktiloskopik məlumatların
alınması, uçotu, saxlanılması, təsnifatı və
verilməsi, insan şəxsiyyətinin müəyyənləşdirilməsi
və ya təsdiqi üzrə bu Qanunla nəzərdə
tutulan fəaliyyətdir;
2) daktiloskopik məlumat - insanın əl
barmaqlarındakı papilyar naxışların quruluşunun
xüsusiyyətləri və onun şəxsiyyəti
haqqında məlumatdır;
3) maddi daşıyıcılar - daktiloskopik məlumata
malik olan maqnit və ya digər növ yazı
daşıyıcıları, daktiloskopik xəritələrdir;
4) məlumat massivi - maddi daşıyıcılarda
olan daktiloskopik məlumatların sistemləşdirilmiş məcmusudur.
Maddə 2. Dövlət daktiloskopik qeydiyyatının
məqsədi
İnsan şəxsiyyətinin eyniləşdirilməsi
məqsədilə Azərbaycan Respublikasında dövlət
daktiloskopik qeydiyyatı aparılır və daktiloskopik məlumatlardan
istifadə olunur.
Maddə 3. Dövlət daktiloskopik qeydiyyatı
haqqında qanunvericilik
Dövlət daktiloskopik qeydiyyatı haqqında
qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasından, bu
Qanundan, digər müvafiq qanunvericilik aktlarından, habelə
Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdən
ibarətdir.
Maddə 4. Dövlət daktiloskopik qeydiyyatının
prinsipləri
Dövlət daktiloskopik qeydiyyatı Azərbaycan
Respublikası Konstitusiyasında təsbit edilmiş insan və
vətəndaş hüquq və azadlılarına riayət
edilməklə qanunçuluq, humanizm, məxfilik,
könüllülük və məcburiliyi uzlaşması
prinsiplərinə müvafiq həyata keçirilir.
Dövlət daktiloskopik qeydiyyatının
aparılması prosesində insan sağldamlığı
üçün təhlükə yaradılmasına, onun
şərəf və ləyaqətinin
alçaldılmasına yol verilmir.
Maddə 5. Dövlət daktiloskopik qeydiyyatından
keçməli olan şəxslər [2]
Bu Qanunda nəzərdə tutulmuş hallarda Azərbaycan
Respublikasında:
1) Azərbaycan Respublikası vətəndaşlarının;
2) Azərbaycan Respublikası ərazisində daimi
yaşayan əcnəbilərin, Azərbaycan Respublikasında
siyasi sığınacaq verilməsi, yaxud qaçqın
statusu əldə edilməsi barədə vəsatət
vermiş əcnəbilərin;
3) Azərbaycan Respublikası ərazisində daimi
yaşayan vətəndaşlığı olmayan şəxslərin,
Azərbaycan Respublikasında siyasi sığınacaq verilməsi,
yaxud qaçqın statusu əldə edilməsi barədə
vəsatət vermiş vətəndaşlığı
olmayan şəxslərin dövlət daktiloskopik qeydiyyatı
aparılır.
Maddə 6. Daktiloskopik məlumatdan istifadə
Dövlət daktiloskopik qeydiyyatının
aparılması nəticəsində əldə olunan
daktiloskopik məlumatlar:
1) itkin düşmüş Azərbaycan Respublikası
vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin axtarışında istifadə
üçün;
2) naməlum meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi
üçün; [3]
3) səhhətinə və ya yaşına görə
özü haqqında məlumat vermək qabiliyyətinə
malik olmayan Azərbaycan Respublikası vətəndaşlarının,
əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin şəxsiyyətinin müəyyənləşdirilməsi
üçün;
4) Qanunla müəyyən edilmiş hallarda Azərbaycan
Respublikası vətəndaşlarının, əcnəbilərin
və vətəndaşlığı olmayan şəxslərin
şəxsiyyətinin təsdiq edilməsi üçün;
5) cinayətlərin qarşısının
alınması, açılması və
araşdırılması, habelə inzibati xətaların
qarşısının alınması, aşkar edilməsi və
baxılması üçün istifadə edilir. [4]
Maddə 7. Dövlət daktiloskopik qeydiyyatının
növləri
Bu Qanuna müvafiq olaraq könüllü dövlət
daktiloskopik qeydiyyatı və ya məcburi dövlət
daktiloskopik qeydiyyatı aparılır.
Maddə 8. Məcburi dövlət daktiloskopik
qeydiyyatı [5]
"Aşağıdakı şəxslər məcburi
dövlət daktiloskopik qeydiyyatından keçirilir:
1) müddətli həqiqi hərbi xidmətə
çağırılan Azərbaycan Respublikası vətəndaşları;
2) sərnişin və yük
daşımalarını həyata keçirən nəqliyyat
heyətinin üzvləri;
3) mədən və şaxtalarda işləyənlər;
4) dənizdə işləyən, habelə dənizdəki
obyektlərə ezam olunan əməkdaşlar;
5) şəxsiyyətinin başqa üsullarla müəyyən
edilməsi mümkün olmayan, səhhətinə və ya
yaşına görə özü haqqında məlumat vermək
qabiliyyətinə malik olmayan Azərbaycan Respublikasının
vətəndaşları, əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər;
6) Azərbaycan Respublikasında müvəqqəti və
ya daimi yaşayan əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər;
7) cinayət törətməkdə şübhəli
bilinən, təqsirləndirilən və ya məhkum
olunmuş, habelə inzibati qaydada həbs edilmiş Azərbaycan
Respublikasının vətəndaşları, əcnəbilər
və vətəndaşlığı olmayan şəxslər;
8) müvafiq qanunvericiliyə uyğun olaraq Azərbaycan
Respublikasının hüdudlarından kənara
çıxarılmalı olan, habelə qanunsuz miqrantların
saxlanılması mərkəzlərində saxlanılan əcnəbilər
və vətəndaşlığı olmayan şəxslər;
[6]
9) Azərbaycan Respublikasında siyasi
sığınacaq almaq, habelə qaçqın statusu əldə
etmək barədə vəsatət vermiş şəxslər.
Naməlum meyitlər məcburi dövlət
daktiloskopik qeydiyyatından keçirilməlidirlər.
Fəsil II
Dövlət daktİloskopİk qeydİyyatının
aparılması
Maddə 9. Könüllü dövlət daktiloskopik
qeydiyyatının aparılması
Azərbaycan Respublikası vətəndaşları
könüllü dövlət daktiloskopik qeydiyyatından
keçmək hüququna malikdirlər.
Azərbaycan Respublikası vətəndaşlarının
könüllü dövlət daktiloskopik qeydiyyatı
onların yazılı ərizələrinə əsasən
yaşadıqları yer üzrə müvafiq icra hakimiyyəti
orqanları tərəfindən aparılır.
Fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən
təsdiq edilən Azərbaycan Respublikası vətəndaşlarının,
azyaşlıların və yetkinlik yaşına
çatmayanların dövlət daktiloskopik qeydiyyatı
yazılı ərizə əsasında onların valideynlərinin
və ya qanuni nümayəndələrinin iştirakı ilə
aparılır.
Maddə 10. Məcburi dövlət daktiloskopik
qeydiyyatının aparılması [7]
Bu qanunun 8-ci maddəsində göstərilən şəxslərin
məcburi dövlət daktiloskopik qeydiyyatı müvafiq icra
hakimiyyəti orqanları tərəfindən aparılır.
Müvafiq icra hakimiyyəti orqanları tərəfindən
alınmış daktiloskopik məlumatın maddi
daşıyıcılarının nüsxəsi vahid massivdə
saxlanılması üçün müvafiq icra hakimiyyəti
orqanına göndərilir.
Göndərilən nüsxədə
aşağıdakılar qeyd olunmalıdır:
1) məcburi dövlət daktiloskopik qeydiyyatından
keçirilmiş şəxsin fərdi identifikasiya nömrəsi,
soyadı, adı, atasının adı, vətəndaşlığı,
cinsi, doğulduğu yer və tarix, şəxsin
yaşadığı və ya olduğu yer üzrə
qeydiyyatı haqqında məlumatlar;
2) dövlət daktiloskopik qeydiyyatının
aparılmasının əsası və tarixi;
3) daktiloskopik məlumatı hazırlamış Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti
orqanının adı.
Fəsil III
Daktİloskopİk məlumatların
saxlanılması, İstİfadəsİ və məhvİ
Maddə 11. Daktiloskopik məlumatların
saxlanılması və istifadəsinin əsas tələbləri
Daktiloskopik məlumatların saxlanılması və
istifadə edilməsi şərtləri onun itirilməsini, təhrif
olunmasını və icazəsi olmayan şəxslər tərəfindən
ələ keçirilməsini istisna etməlidir.
Maddi daşıyıcılarda əksini tapmış
daktiloskopik məlumatların saxlanılması, sistemləşdirilməsi
və istifadəsi Azərbaycan Respublikasının müvafiq
icra hakimiyyəti orqanı tərəfindən həyata
keçirilir.
Müvafiq icra hakimiyyəti orqanları daktiloskopik məlumatların
alınmasını, uçotunu, saxlanılmasını və
verilməsini, bu Qanunla nəzərdə tutulan tələblərə
riayət etməklə məlumat massivlərinin
yaradılmasını müstəqil həyata keçirirlər.
[8]
Bu Qanunun 10-cu və 13-cu maddələrində göstərilən
dövlət orqanları xidməti məxfilik rejimində
daktiloskopik məlumatların mühafizəsini təmin edir,
onların vəzifəli şəxsləri isə həmin məlumatların
saxlanılması qaydalarını pozmağa və qeyri-qanuni
istifadə edilməsinə görə Azərbaycan
Respublikasının müvafiq qanunvericiliyində nəzərdə
tutulmuş məsuliyyəti daşıyırlar.
Maddə 12. Daktiloskopik məlumatların
saxlanılması müddətləri [9]
Maddi daşıyıcılarda əksini tapmış
daktiloskopik məlumatlar Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanında aşağıdakı
müddətdə saxlanılır:
1) bu qanunun 8-ci maddəsinin birinci hissəsinin 1-ci,
5-9-cu bəndlərində göstərilən şəxslər
haqqında məlumatlar (14-cü maddədə qeyd edilmiş
hallar istisna edilməklə) onlar səksən yaşına
çatana qədər və ya ölüm faktı müəyyən
edilənədək;
2) bu qanunun 8-ci maddəsinin birinci hissəsinin
2-4-cü bəndlərində göstərilən şəxslər
haqqında məlumatlar onların müvafiq müəssisə
və təşkilatlarda işlədikləri (müvafiq fəaliyyətlə
məşğul olduqları) müddətdə;
3) naməlum meyitlər haqqında məlumatlar
onların şəxsiyyəti müəyyən edilənə
qədər (lakin on beş ildən çox olmamaqla).
Maddə 13. Daktiloskopik məlumatların istifadəsi və
alınması hüququ
Məhkəmələr, prokurorluq orqanları, ibtidai
istintaq, təhqiqat orqanları, əməliyyat-axtarış fəaliyyətini
həyata keçirən orqanlar, Azərbaycan miqrasiya xidməti
orqanları daktiloskopik məlumatlardan istifadə etmək
hüququna malikdirlər.
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti
orqanının məlumat massivlərində saxlanan daktiloskopik
məlumatların alınması hüququ Azərbaycan
Respublikasının bağladığı beynəlxalq
müqavilələrə uyğun olaraq xarici dövlətlərə
verilə bilər.
Maddə 14. Daktiloskopik məlumatların məhv edilməsi
Könüllü dövlət daktiloskopik qeydiyyatı
aparılması nəticəsində alınmış
daktiloskopik məlumatlar onun saxlanılmasını həyata
keçirən Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikası
vətəndaşlarının, habelə fəaliyyət
qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq
edilən Azərbaycan Respublikası vətəndaşlarının,
həmin qeydiyyatı keçmiş azyaşlıların və
yetkinlik yaşına çatmayanların valideynlərinin və
ya qanuni nümayəndələrinin, yaşadıqları yer
üzrə Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanına verdikləri yazılı ərizələrinə
əsasən məhv edilir. Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanı daktiloskopik məlumatları
məhv edərək bu barədə 30 gündən gec olmayaraq
ərizə sahibini xəbərdar edir.
Bu Qanunun 8-ci maddəsinin birinci hissəsinin 5-ci bəndində
göstərilən şəxslər haqqında daktiloskopik məlumat
onların saxlanılmasını həyata keçirən Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən
həmin şəxslərin şəxsiyyətinin müəyyənləşdirildiyi
halda daktiloskopik məlumatlar onların yazılı ərizələrinə,
habelə həmin şəxslərin valideynlərinin və ya
qanuni nümayəndələrinin yazılı ərizələrinə
əsasən məhv edilir.
Bu qanunun 8-ci maddəsinin birinci hissəsinin 7-ci bəndində
göstərilən şəxslər haqqında daktiloskopik məlumatlar
onlar barəsində aparılan cinayət təqibinə bəraətverici
əsaslarla xitam verildikdən və ya məhkəmənin bəraət
hökmü qanuni qüvvəyə mindikdən, habelə
inzibati xətalar haqqında işlər üzrə icraata
xitam verildikdən (inzibati məsuliyyətə cəlb etmə
müddətlərinin başa çatması ilə əlaqədar
icraata xitam verildiyi hallar istisna olmaqla) sonra 30 gündən gec
olmayaraq məhv edilir. [10]
Məcburi dövlət daktiloskopik qeydiyyatı
aparılması nəticəsində alınmış
daktiloskopik məlumatlar bu Qanunun 12-ci maddəsində göstərilən
saxlama müddətləri keçdikdən sonra məhv edilirlər.
Fəsil IV
Qanunun İcrasına nəzarət
Maddə 15. Məhkəmə nəzarəti
Dövlət daktiloskopik qeydiyyatı aparan orqanların
və vəzifəli şəxslərin insan və vətəndaşların
hüquq və azadlıqlarını pozan qərarlarından və
hərəkətlərindən Azərbaycan Respublikası
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəməyə
şikayət verilə bilər.
Maddə 16. Prokuror nəzarəti
Dövlət daktiloskopik qeydiyyatını aparan və
daktiloskopik məlumatlardan istifadə edən orqanlarda bu Qanunun
icrasına riayət edilməsinə nəzarət Azərbaycan
Respublikasının Baş prokuroru və ona tabe olan prokurorlar
tərəfindən həyata keçirilir.
Maddə 17. İdarə nəzarəti
Müvafiq icra hakimiyyəti orqanlarının rəhbərləri
dövlət daktiloskopik qeydiyyatına nəzarəti həyata
keçirirlər. [11]
Həmin rəhbərlərin hərəkətlərindən
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş qaydada şikayət verilə bilər.
Fəsil V
Yekun müddəalar
Maddə 18. Dövlət daktiloskopik qeydiyyatının
aparılması tədbirlərinin maliyyələşdirilməsi
Dövlət daktiloskopik qeydiyyatının
aparılması, daktiloskopik məlumatların
saxlanılması və istifadə edilməsi, habelə bu tədbirlərin
həyata keçirilməsi üçün maddi-texniki təminat
məsələlərinin maliyyələşdirilməsinin Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanı həyata
keçirir.
Maddə 19. Qanunun qüvvəyə minməsi
Bu Qanun dərc edildiyi gündən qüvvəyə
minir.
Azərbaycan Respublikasının Prezidenti Heydər
Əlİyev
Bakı şəhəri, 22 fevral 2000-ci il
¹ 816-IQ
Azərbaycan Respublikasının Qanunvericilik toplusu .-
2000.- 31 mart, ¹ 3.- S.925-931.