"Nikahdankənar
doğulmuş uşaqların hüquqi statusu haqqında"
Avropa Konvensiyasına qoşulmaq barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara
alır:
1. Azərbaycan Respublikası "Nikahdankənar
doğulmuş uşaqların hüquqi statusu haqqında"
1975-ci il oktyabrın 15-də Strasburq şəhərində
imzalanmış Avropa Konvensiyasına qoşulsun.
2. Bu Qanun dərc edildiyi gündən qüvvəyə
minir.
Azərbaycan Respublikasının Prezidenti Heydər
Əlİyev
Bakı şəhəri, 17 mart 2000-ci il
¹ 832-IQ
Azərbaycan Respublikasının Qanunvericilik toplusu .-
2000.- 31 mart, ¹ 3.- S.931.