"Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında rabitə sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycan Respublikası adından imzalamaq səlahiyyətinin verilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

1. "Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında rabitə sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycan Respublikası adından imzalamaq səlahiyyəti Azərbaycan Respublikasının rabitə naziri Nadir Alı oğlu Əhmədova verilsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Sazişi Azərbaycan Respublikası Hökuməti adından imzalamaq səlahiyyətinin Azərbaycan Respublikasının rabitə naziri Nadir Alı oğlu Əhmədova verilməsi barədə Gürcüstan Hökumətinə müvafiq bildiriş göndərsin.

 

 

Azərbaycan Respublikasının Prezidenti Heydər ӘLİYEV

Bakı şəhəri, 20 mart 2000-ci il

                 ¹ 368

Azərbaycan Respublikasının Qanunvericilik toplusu/-2000.- 31 mart, ¹ 3.- S. 1142-1143.