"Azərbaycan Respublikasının Səhmdar Kommersiya Beynəlxalq Bankı ilə "AKA" Alman Bankları Konsorsiumu arasında" 1 nömrəli Respublika Klinik Xəstəxanasına tibb avadanlığının alınması üçün Fərdi Kredit Sazişi"nin bu layihə ilə əlaqədar müvafiq hökumət zəmanəti məktublarının təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

 

1. 2000-ci il fevralın 17-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Səhmdar Kommersiya Beynəlxalq Bankı ilə "AKA" Alman Bankları Konsorsiumu arasında "1 nömrəli Respublika Klinik Xəstəxanasına tibb avadanlığının alınması üçün Fərdi Kredit Sazişi" təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Səhmdar Kommersiya Beynəlxalq Bankı "AKA" Alman Bankları Konsorsiumu arasında "1 nömrəli Respublika Klinik Xəstəxanasına tibb avadanlığının alınması üçün Fərdi Kredit Sazişi" ilə bağlı "AKA" Alman Bankları Konsorsiumuna Azərbaycan Respublikasının Səhmdar Kommersiya Beynəlxalq Bankına verilən hökumət zəmanəti məktubları, eləcə 1 nömrəli respublika klinik xəstəxanasının yenidənqurmasına tələb olunan, Azərbaycan Respublikasının Səhmdar Kommersiya Beynəlxalq Bankından alınan kreditin hökumət zəmanəti məktubu təsdiq edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə Azərbaycan Respublikasının Səhmdar Kommersiya Beynəlxalq Bankına tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Sazişin həyata keçirilməsi ilə əlaqədar lazımi tədbirlər görsünlər.

4. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci 2-ci bəndlərində göstərilən sənədlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə xarici tərəfdaşa müvafiq bildiriş göndərsin.

 

 

Azərbaycan Respublikasının Prezidenti Heydər ӘLİYEV

Bakı şəhəri, 27 mart 2000-ci il

                 ¹ 373

Azərbaycan Respublikasının Qanunvericilik toplusu.-2000.- 31 mart, ¹ 3.- S.1144-1145.