Azərbaycan Respublikasının "Azərenerji" Səhmdar Cəmiyyəti ilə "ABB Alstom Power Ltd." şirkəti arasında 1 nömrəli Bakı İstilik Elektrik Mərkəzi ikinci qaz-turbin istilik elektrik blokunun tikintisinə dair Kontraktı, bu Kontraktın maliyyələşdirilməsinə dair "Azərenerji" Səhmdar Cəmiyyəti ilə "Bayerische Landesbank Girozentrale" bankı arasında Maliyyə Sazişini bu Maliyyə Sazişi ilə bağlı "Ödəniş üzrə Dövlət Təminatı" sənədini imzalamaq səlahiyyətinin verilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

 

1. Azərbaycan Respublikasının "Azərenerji" Səhmdar Cəmiyyəti ilə "ABB Alstom Power Ltd." şirkəti (Baden, İsveçrə) arasında 1 nömrəli Bakı İstilik Elektrik Mərkəzi ikinci qaz-turbin istilik elektrik blokunun tikintisinə dair Kontraktı, Azərbaycan Respublikası Hökuməti adından imzalamaq səlahiyyəti "Azərenerji" Səhmdar Cəmiyyətinin prezidenti Müslüm Məşədi Müseyib oğlu İmanova verilsin.

2. Azərbaycan Respublikasının "Azərenerji" Səhmdar Cəmiyyəti ilə "Bayerische Landesbank Girozentrale" bankı arasında 1 nömrəli Bakı İstilik Elektrik Mərkəzi ikinci qaz-turbin istilik elektrik blokunun tikintisinə dair Maliyyə Sazişini Azərbaycan Respublikası Hökuməti adından imzalamaq səlahiyyəti "Azərenerji" Səhmdar Cəmiyyətinin prezidenti Müslüm Məşədi Müseyib oğlu İmanova verilsin.

3. Azərbaycan Respublikasının "Azərenerji" Səhmdar Cəmiyyəti ilə "Bayerische Landesbank Girozentrale" bankı arasında 1 nömrəli Bakı İstilik Elektrik Mərkəzi ikinci qaz-turbin istilik elektrik blokunun tikintisinə dair maliyyə sazişi ilə bağlı "Ödəniş üzrə Dövlət Təminatı" sənədini Azərbaycan Respublikası Hökuməti adından imzalamaq səlahiyyəti Azərbaycan Respublikasının maliyyə naziri Əvəz Əkbər oğlu Ələkbərova verilsin.

4. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci, 2-ci 3-cü bəndlərində göstərilən sənədləri Azərbaycan Respublikası Hökuməti adından imzalamaq səlahiyyətlərinin "Azərenerji" Səhmdar Cәmiyyәtinin prezidenti Müslüm Məşədi Müseyib oğlu İmanova Azərbaycan Respublikasının maliyyə naziri Əvəz Əkbər oğlu Ələkbərova verilməsi barədə xarici tərəfdaşlara müvafiq bildiriş göndərsin.

 

 

Azərbaycan Respublikasının Prezidenti Heydər ӘLİYEV

Bakı şəhəri, 30 mart 2000-ci il

                 ¹ 374

Azərbaycan Respublikasının Qanunvericilik toplusu.-2000.- 31 mart, ¹ 3.- S.1145-1146.