Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 5 fevral tarixli, 22 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında rabitə xidmətləri (beynəlxalq, şəhərlərarası, şəhər, kənd, sellülar, peycinq, radiotrank, kabel televiziyasının qurulması istismarı, sürətli poçt xidməti) fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları"na dəyişikliklər edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLӘR KABİNETİNİN QƏRARI

 

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 5 fevral tarixli, 22 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında rabitə xidmətləri (beynəlxalq, şəhərlərarası, şəhər, kənd, sellülar, peycinq, radiotrank, kabel televiziyasının qurulması istismarı, sürətli poçt xidməti) fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları"nın 2.1.7. bəndinə aşağıdakı redaksiyada yeni abzaslar əlavə edilsin:

"milli təhlükəsizlik təminatı baxımından elektrik rabitə sistemlərindən məlumatların əldə edilməsi üçün nəzərdə tutulan xüsusi avadanlıqların Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi ilə razılaşdırılmış texniki şərtləri";

ümumi rabitə şəbəkələri daxilində işlənib hazırlanan, yaradılan istismar edilən bütün növ elektrik rabitə sistemlərinin (idarə, müəssisələrə məxsus olan ümumi rabitə şəbəkəsinə çıxış olmayan sistemlər istisna olmaqla) milli təhlükəsizlik baxımından informasiya əldə edilməsini təmin edən xüsusi təyinatlı avadanlıqlarla təchizatı".

Bu şərtlər təchizat Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi Rabitə Nazirliyi tərəfindən təsdiq olunmuş Əsasnaməyə uyğun olaraq həyata keçirilir.

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. Rasİzadə

Bakı şəhəri, 28 fevral 2000-ci il

Azərbaycan Respublikasının Qanunvericilik toplusu.-2000.- 31 mart, № 3.- S. 1148.